𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 16 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
  1. edited

    ❗️❗️❗️ Bu günlərdə həbsdə olan xanımların ailələrinin maddi vəziyyəti heç də ürəkaçan deyil. Uşaqların hicabla bağlı yaşadığı problemləri də nəzərə alsaq, hazırda ailələrdə ciddi narahatlıq və çaşqınlığın hökm sürdüyünü deyə bilərik. Belə bir zamanda məhbus ailələrini tək buraxmaq olmaz. Bacardığımız qədər onlara dəstək olmalı, ehtiyaclarının qarşılanmasına kömək etməliyik. Gəlin, bu işdə fəal olaq və Allahın razılığını qazanmağa çalışaq! 4169 7388 5870 0028 Fərəcova Şəhla Yədulla qızı Kapital Bank Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  2. repost

    ⚡️31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı Türkiyənin 31 vətəndaşının adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda deyilir ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların ölkəyə girişinə qadağa qoyulub: 1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri; 2. Cem Özyurt – Bloqer; 3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı; 4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri; 5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı; 6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi; 7. Cüneyt Sezer – Bloqer, sosioloq, publisist və siyasi analitik; 8. Serhat Koyuncu – İctimai xadim; 9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı; 10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq; 11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025); 12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri; 13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini; 14. Aydın Binboğa – İqtisadçı, siyasətçi; 15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti; 16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri; 17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi; 18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi; 19. Mert Armağan – Jurnalist; 20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist; 21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı; 22. Yusuf Kaplan – Yazıçı, jurnalist; 23. Erdinc Teğmen – Erte Medya’nın sahibi; 24. Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi; 25. Halil Atakan Ay – İlahiyyatçı; 26. İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti; 27. Murat Şahin – Akıt TV- də proqram aparıcısı; 28. İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı; 29. Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı; 30. Ömer Ulutaş – Toprak partiyasının sədri; 31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili. XİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  3. ☄️Səudiyyə Ərəbistanı sahilləri yaxınlığında bir neçə gəminin çoxsaylı raketlərlə vurulmasının yeni görüntüləri. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  4. edited

    ☄️Suriyanın Həsəkə vilayətində yerləşən neft emalı zavodunda genişmiqyaslı yanğın baş verib. #Suriya Abunə olun 🟢 Ar-Rad İnfo

  5. repost

    ⚡️Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı bir ay ərzində 3,5 min nəfər artıb Sentyabr ayında Azərbaycanda Dövlət Məşğulluq Agentliyində qeydiyyatda olan işsizlərin sayı 3500 nəfər artaraq 251200 nəfərə çatıb. Rəsmi statistikaya əsasən, ölkədə işsizlərin ümumi sayı təxminən 280600 nəfər qiymətləndirilir. İqtisadçı ekspertlərin fikrincə, işsizliyin artmasına təsir edən amillərdən biri dövlət büdcəsindən maliyyələşən müəssisələrdə iş yerlərinin ixtisar edilməsidir. Ekspertlər bildirirlər ki, vakant iş yerlərinin mövcud olması bütün işsizlərin həmin yerlərdə işlə təmin edilə biləcəyi demək deyil. İqtisadçıların fikrincə, təklif olunan əməkhaqqının aşağı olması, iş yerlərinin uzaqda yerləşməsi və peşə ixtisasına dair tələblər insanların iş tapmasını çətinləşdirir. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  6. edited

    ☄️ Fransaya məxsus “Mirage” qırıcı təyyarəsi qəzaya uğrayıb: ölən var 🔹 Fransa mətbuatının bu gün hərbi mənbələrə istinadən yaydığı məlumatlara görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000D” qırıcı təyyarəsi çərşənbə axşamı axşam saatlarında Fransanın şimal-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində ekipaj üzvlərindən azı biri həyatını itirib. 🔹 Məlumatlara əsasən, iki nəfərlik qırıcı təyyarə ötən gecə yerli vaxtla saat 21:00-da Nansi şəhərinin kənarında yerləşən hərbi hava bazasının yaxınlığında qəzaya uğrayıb. İkinci ekipaj üzvünün tapılması istiqamətində axtarışlar davam edir. #Fransa Abunə olun 🟢 Ar-Rad İnfo

  7. edited

    ☄️Məlumatlara görə, Hörmüz boğazında güclü partlayış baş verib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  8. repost

    ⚡️Azərbaycan ordusunda faciə: Şəmkirdə əsgərin ölümü təhlükəsizlik qüvvələrindəki sistemli problemləri və qanunsuz davranışları üzə çıxarır Azərbaycan Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonunda yerləşən hərbi hissələrindən birində daha bir faciə baş verib. 19 yaşlı əsgər Orxan Şabanov güllə yarası nəticəsində həyatını itirib. Media qurumları və dövlət orqanları əvvəlcə ölümün başvermə şəraitini gizlətməyə və ya hadisəni “intihar” kimi təqdim etməyə çalışsalar da, faktlar əsgərin hərbi qurum daxilində qanunsuz rəftara və sistemli hüquq pozuntularına məruz qaldığını göstərir. Bu ölüm Azərbaycan Silahlı Qüvvələrinin sıralarında döyüşlə əlaqəsi olmayan çoxsaylı ölüm hallarından yalnız biridir. İlham Əliyevin avtoritar rejimi hərbi hissələrdəki korrupsiyanın, zorakılığın və qanunsuz davranışların miqyasını gizlətməyə çalışır. Eyni zamanda, hərbi təbliğata milyardlarla vəsait xərclədiyi halda, ən sadə təhlükəsizlik standartlarına və əsgərlərin həyatına məhəl qoymur. Ordu üzərində müstəqil mülki nəzarətin olmaması və hərbi komandirlərin törətdikləri əməllərə görə tamamilə cəzasız qalması Azərbaycan ordusunda hərbi xidməti gənc çağırışçıların həyatı üçün ölümcül təhlükəyə çevirir. #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

  9. edited

    ☄️ Hörmüz boğazının cənubundakı təhlükəli ərazidə naməlum mərminin hədəfinə çevrilən gəminin vəziyyəti. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. edited

    ☄️ Bir pilotsuz uçuş aparatı (PUA) İraqın Kürdüstan bölgəsində fəaliyyət göstərən separatçı qruplaşmaların mövqelərini hədəfə alıb. 🇮🇷🇮🇶 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  11. ❗️❗️❗️❗️ Artıq 10 gündür ki, sionist Əliyev rejimi tərəfindən məktəblərdə hicab qadağası davam edir #Hicaba_azadlıq #Hicab_qadağasına_susma Abunə olun 🟢 Ar-Rad İnfo

  12. ❗️❗️❗️ Artıq 433 gündür ki, sionist Əliyev rejimi inanclı xanımları həbsdə saxlayır. #Şəhla_Fərəcovaya_azadlıq #Aytən_İbrahimovaya_Azadlıq #Nigar_Bağırovaya_Azadlıq #Şərqiyyə_Sadıqovaya_Azadlıq #Xoşqədəm_Quliyevaya_Azadlıq #Arzu_Hüseynovaya_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  13. edited

    🔯 Hicab qalmaqalı, sionist rejim və Azərbaycan-Türkiyə münasibətlərində yaranan çatlar Təhlil: Hicabla bağlı məhdudiyyətlər ətrafında yaranan mübahisə Azərbaycanla Türkiyə arasında yeni fikir ayrılığına səbəb olub. Bakının sionist rejimlə münasibətləri isə gərginlik mənbəyi olaraq qalır. Bakı – Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də bildirib: “Avropa Parlamenti bu islamofoblardan ibarətdir və bunu daim diqqət mərkəzində saxlamaq lazımdır”. O, Qərbi İslama qarşı “elan olunmamış müharibə” aparmaqda ittiham edib. Lakin cəmi bir neçə gün sonra Azərbaycan hökuməti məktəblərdə hicabla bağlı məhdudiyyətlərin tətbiqini sərtləşdirib. Bu isə həm ölkə daxilində, həm də xaricdə sosial media kampaniyalarına və etiraz aksiyalarına səbəb olub. Azərbaycanın məktəblərdə hicabı qadağan etməyə çalışması ilk dəfə deyil. “WikiLeaks” tərəfindən yayımlanan diplomatik yazışmalar göstərir ki, hələ 2007-ci ildə Prezident... Təhlili oxumaq üçün kanala müraciət edin

  14. repost

    ⚡️İran Xarici İşlər Nazirliyi Azərbaycanda məktəbli formasına dair tələblərlə bağlı məsələnin dialoq yolu ilə həllinə çağırıb İsmayıl Bəqayi bildirib ki, Azərbaycan xalqı müdrikdir və öz mövqeyini necə ifadə edəcəyini özü müəyyənləşdirməyə qadirdir. “...Bu, həm bizim, həm Azərbaycan xalqı, həm də digər müsəlmanlar üçün əhəmiyyətli olan hicabın taxılması məsələsinə də aiddir. Düşünürəm ki, onlar öz mövqelərini hansı formada və hökumətlə necə qarşılıqlı əlaqə quraraq, ölkələrinin maraqlarını ən yaxşı şəkildə qorumaqla ifadə edə biləcəklərinə özləri qərar verəcəklər”, – deyə o qeyd edib. Tehran məsələnin ortaq dəyərlər, qarşılıqlı anlaşma və vətəndaşların əsas hüquqlarına hörmət nəzərə alınmaqla həll ediləcəyinə ümid etdiyini bildirib. #Hicaba_azadlıq #İran #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

  15. ☄️🇹🇷🤩 ABŞ-ın Türkiyədəki səfiri: "Sionizmin ortaya çıxmasından əvvəl bölgədə antisemitizm son dərəcə əhəmiyyətsiz idi" ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak İsrail mediasında böyük ajiotaj yaradan bir açıqlama verdi. "Antisemitizm hətta bu bölgədə [ərəb dünyasında] da son dərəcə əhəmiyyətsiz idi. Yəhudilər əsrlər boyu digər xalqlarla yan-yana yaşayıblar. Və 1948-ci ildə sionizm fərqli bir məsələyə çevrildi", - deyə o bildirib. "Tarix boyu yəhudilər üçün ən əlverişli şərait müsəlman ölkələrində yaranıb, burada onlar dinlərini sərbəst şəkildə ibadət edib və yüksək dövlət vəzifələrini tutublar. Ən məşhur nümunələrdən biri müsəlman Əndəlüs idi. Dönüş nöqtəsi 19-cu əsrin sonlarında sionizmin ortaya çıxması oldu. Əvvəlki birgəyaşayış modeli tarixi və bibliya arqumentlərinə əsaslanan ayrıca bir yəhudi dövləti yaratmaq ideyası ilə əvəz olundu və yəhudilik təkcə bir din kimi deyil, həm də milli kimlik kimi qəbul edilməyə başladı" - məlumatda bildirilir #Türkiyə #ABŞ #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  16. repost

    🔯 TÜRKİYƏ–AZƏRBAYCAN MÜTTƏFİQLİYİ BÖHRAN İÇİNDƏ — GÜNAH İSRAİLİN ÜZƏRİNƏ ATILIR Azərbaycanda hicab qadağası, Türkiyənin dövlət çevrilişi cəhdində ittiham olunması və Bakının İsraillə getdikcə genişlənən əlaqələri fonunda gərginlik artır. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan müttəfiqlik ciddi sınaq qarşısındadır. Türkiyədə bəzi şəxslər münasibətlərdə yaranan gərginliyi İsrailin qızışdırdığını iddia edirlər. Ankara isə dövlət çevrilişi ilə bağlı ittihamları rədd edir. Qeyd: Mossadın qeyri-rəsmi X hesabı elə yazır ki, sanki Azərbaycanla Türkiyə arasında vəziyyətin bu formada olması onlara heç sərf eləmir və bu işin bu həddə gəlib çıxmasını istəmirdilər. Ay yaramaz, elə sənin işindir, boynundan ata bilməzsən! ✡️ Abunə olun

  17. ☄️🤩 ABŞ Konqres seçkilərinə iki həftə qalıb. Aralıq seçkilərdə amerikalılar Nümayəndələr Palatasının hamısını və Senatın bir hissəsini yenidən seçəcəklər. Əsas intriqa 100 yerdən 35-nin ələ keçirildiyi Senat ətrafında qalır. Ən rəqabətli yarışlar istisna olmaqla, Demokratlar və Respublikaçılar hər biri 46 yerə sahib ola bilər. Çoxluq qazanmaq üçün Demokratlar səkkiz əsas yarışdan ən azı beşində qalib gəlməlidirlər. Təqdim olunan məlumatlara görə, Demokratlar Minnesota (+4,7%), Alyaska (+3,5%), Miçiqan (+3,4%), Ohayo (+4,1%), Men (+2,7%), Texas (+2,5%), Ayova (+1,3%) və Kanzas (+1%) ştatlarındakı sorğularda liderlik edirlər. Proqnoz bazarları ilk altı ştatda Demokratlara, Respublikaçılar isə Ayova və Kanzasda üstünlük təşkil edir. Əgər Demokratlar həm sorğular, həm də proqnoz bazarları tərəfindən bəyənilən altı yarışda qalib gəlsələr, 52 Senat yeri qazanacaqlar. Lakin fərqlər az olaraq qalır, ona görə də səslər sayıldıqdan sonra yekun güc balansı müəyyənləşəcək. #ABŞ Abunə olun 🟢 Ar-Rad İnfo

  18. edited

    ❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  19. Older posts