⚡️Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı bir ay ərzində 3,5 min nəfər artıb Sentyabr ayında Azərbaycanda Dövlət Məşğulluq Agentliyində qeydiyyatda olan işsizlərin sayı 3500 nəfər artaraq 251200 nəfərə çatıb. Rəsmi statistikaya əsasən, ölkədə işsizlərin ümumi sayı təxminən 280600 nəfər qiymətləndirilir. İqtisadçı ekspertlərin fikrincə, işsizliyin artmasına təsir edən amillərdən biri dövlət büdcəsindən maliyyələşən müəssisələrdə iş yerlərinin ixtisar edilməsidir. Ekspertlər bildirirlər ki, vakant iş yerlərinin mövcud olması bütün işsizlərin həmin yerlərdə işlə təmin edilə biləcəyi demək deyil. İqtisadçıların fikrincə, təklif olunan əməkhaqqının aşağı olması, iş yerlərinin uzaqda yerləşməsi və peşə ixtisasına dair tələblər insanların iş tapmasını çətinləşdirir. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA