𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 17 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” siyahısına salındı Türkiyənin 31 vətəndaşının adı “arzuolunmaz şəxslər” siyahısına daxil edilib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda deyilir ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların ölkəyə girişinə qadağa qoyulub: 1. Ahmet Barış İyison – İyison Medya şirkətinin və Gazeteciabi layihəsinin rəhbəri; 2. Cem Özyurt – Bloqer; 3. Akın Duru – TV8 və Acunmedya əməkdaşı; 4. Dursun Eker – Jurnalist, File Prodüksiyon Hizmetleri; 5. Adem Özköse – Jurnalist, siyasi analitik, yazıçı; 6. Muhammed Emin Yıldırım – “Köklü Değişim” jurnalının və media qrupunun İstanbul təmsilçisi; 7. Cüneyt Sezer – Bloqer, sosioloq, publisist və siyasi analitik; 8. Serhat Koyuncu – İctimai xadim; 9. Mikail Ayyıldız – Dini yazar və araşdırmaçı; 10. Ahi Aratoğlu – Araşdırmaçı yazar, şair və sosioloq; 11. Muharrem Çavuş – AK Parti Boğaziçi Gençlik Kolları Başkanı (2020-2025); 12. Fatih Erbakan – Yeniden Refah Partiyasının sədri; 13. Yahya Uğraş – HÜDA PAR Partiyasının sədr müavini; 14. Aydın Binboğa – İqtisadçı, siyasətçi; 15. Hakkı Eren – “Köklü Değişim” jurnalisti; 16. Sait Seyitoğlu – HÜDA PAR partiyasının Batman maliyyə və inzibati işlər şöbəsinin rəhbəri; 17. Mehmet Boynukalın – Marmara Universiteti İlahiyat professoru, Ayasofya İmam-Hatibi; 18. Okan Aytaş – Jurnalist, Finansopia Medya şirkətinin sahibi; 19. Mert Armağan – Jurnalist; 20. Yaşar Yavuz – Yeni Şafak, Diriliş Postası, Referans jurnalist; 21. Ahmet Sırrı Arvas – Şair, jurnalist, yazıçı; 22. Yusuf Kaplan – Yazıçı, jurnalist; 23. Erdinc Teğmen – Erte Medya’nın sahibi; 24. Ahmet Çakar – İdman şərhçisi, keçmiş futbol hakimi; 25. Halil Atakan Ay – İlahiyyatçı; 26. İsmail Kılıçarslan – TV NET, “Yeni Şafak” qəzeti; 27. Murat Şahin – Akıt TV- də proqram aparıcısı; 28. İrfan Kaya Ülger – Akıt TV- də proqram aparıcısı; 29. Fatin Dağistanlı – Akıt TV- də proqram aparıcısı; 30. Ömer Ulutaş – Toprak partiyasının sədri; 31. Ömer Faruk Gergerlioğlu – Millət vəkili. XİN-dən o da bildirilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K21 Oct 09:4313 Nov 15:492.4K21 Oct 09:43: 0 views13 Nov 15:49: 2,370 views
Snapshots we took after posting.
WhenViews
21 Oct 2026, 09:430
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.