⚡️İran Xarici İşlər Nazirliyi Azərbaycanda məktəbli formasına dair tələblərlə bağlı məsələnin dialoq yolu ilə həllinə çağırıb İsmayıl Bəqayi bildirib ki, Azərbaycan xalqı müdrikdir və öz mövqeyini necə ifadə edəcəyini özü müəyyənləşdirməyə qadirdir. “...Bu, həm bizim, həm Azərbaycan xalqı, həm də digər müsəlmanlar üçün əhəmiyyətli olan hicabın taxılması məsələsinə də aiddir. Düşünürəm ki, onlar öz mövqelərini hansı formada və hökumətlə necə qarşılıqlı əlaqə quraraq, ölkələrinin maraqlarını ən yaxşı şəkildə qorumaqla ifadə edə biləcəklərinə özləri qərar verəcəklər”, – deyə o qeyd edib. Tehran məsələnin ortaq dəyərlər, qarşılıqlı anlaşma və vətəndaşların əsas hüquqlarına hörmət nəzərə alınmaqla həll ediləcəyinə ümid etdiyini bildirib. #Hicaba_azadlıq #İran #Azərbaycan Abunə olun🟢Ar-Rad GA