☄️ Fransaya məxsus “Mirage” qırıcı təyyarəsi qəzaya uğrayıb: ölən var 🔹 Fransa mətbuatının bu gün hərbi mənbələrə istinadən yaydığı məlumatlara görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000D” qırıcı təyyarəsi çərşənbə axşamı axşam saatlarında Fransanın şimal-şərqində təlim uçuşu zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində ekipaj üzvlərindən azı biri həyatını itirib. 🔹 Məlumatlara əsasən, iki nəfərlik qırıcı təyyarə ötən gecə yerli vaxtla saat 21:00-da Nansi şəhərinin kənarında yerləşən hərbi hava bazasının yaxınlığında qəzaya uğrayıb. İkinci ekipaj üzvünün tapılması istiqamətində axtarışlar davam edir. #Fransa Abunə olun 🟢 Ar-Rad İnfo