𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 50 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
  1. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  2. ☄️Netanyahu: Mən əş-Şəra (Suriyanın müvəqqəti prezidenti) ilə telefonla danışdım və bundan sonra ötən il Süveyda şəhərində qətliamlar dayandırıldı. Əş-Şəra ilə telefon danışığı çox qısa və olduqca sərt keçdi. Druzilər öz evlərinə qayıtmalıdırlar və mən hər şeyi açıqlaya bilmərəm. #Suriya #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  3. edited

    🔯 Azərbaycan və Bəhreyn rəsmilərinin Bakıda Prezident Hersoqla görüşləri niyə mühümdür? – Təhlil Sionist rejimin müxtəlif müsəlman ölkələri ilə münasibətlərinin yaxşılaşdığı və son bir neçə illə müqayisədə daha açıq xarakter aldığı barədə təsəvvür getdikcə güclənir. Sionist rejim Prezidenti İsxak Hersoq bu həftə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O, həmçinin Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Raşid Əz-Zəyani ilə görüş keçirib. Bu görüşlər sionist rejim üçün mühüm əhəmiyyət daşıyır. Onlar bir sıra diplomatik və digər uğurlar fonunda baş tutur. Məsələn, Kolumbiya Yerusəlimdə öz səfirliyini açıb. Kolumbiyanın xarici işlər naziri Ömər Bula Eskobar bu tədbirdə iştirak etmək üçün sionist rejimə gəlib. Bundan əlavə, oktyabrın 8-də Baş nazir Benyamin Netanyahu Yerusəlimdə... Məqaləni oxumaq üçün kanala abunə olun.

  4. ☄️Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri: Səudiyyə Ərəbistanının düşmən qüvvələrinin Ədəndəki hərbi əməliyyatlar qərargahının bombalanması, Səudiyyə hərbi qüvvələrinin harada yerləşməsindən asılı olmayaraq, onların toplaşdığı məntəqələrin hədəfə alınmasını nəzərdə tutan elan edilmiş strategiya çərçivəsində həyata keçirilir. Səudiyyə Ərəbistanının düşmən qüvvələrinin istənilən yerdə hərbi mövcudluğu bizim qüvvələrimiz üçün qanuni hədəf hesab olunur. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  5. repost

    🔯 Hersoq Azərbaycan və Çin rəsmiləri ilə görüşüb Sionist rejim Prezidenti İsxak Hersoq dünən rəsmi səfər çərçivəsində Azərbaycana gəlib və Bakıda Prezident İlham Əliyevlə görüşüb. AQEM sammiti çərçivəsində Hersoq Çinin xarici işlər naziri ilə də görüş keçirib. Görüş zamanı o, sionist rejimin regionda üzləşdiyi strateji təhdidləri, xüsusilə İran və onun müqavimətçi qüvvələri tərəfindən törədildiyini iddia etdiyi təhlükələri vurğulayıb. ✡️ Abunə olun

  6. repost

    ⚡️Azərbaycan bu vəziyyətə necə gəlib çıxdı? Türkiyəyönlü Əbülfəz Elçibəyin devrilməsindən sonra Rusiyanın qurduğu oyun nəticəsində keçmiş Rusiya kəşfiyyat zabiti Heydər Əliyevin hakimiyyətə gəlişi prosesini sizin üçün izah etdik. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  7. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ Yəmənli hərbi mənbənin məlumatına görə, 8 raket Ədən şəhərindəki əl-Məaşiq sarayında, Səudiyyə Ərəbistanı zabitlərinin idarə etdiyi hərbi əməliyyatlar qərargahını və onlara məxsus silah anbarlarını hədəfə alıb. 🇾🇪🇸🇦 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  8. repost

    ⚡️Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə–Azərbaycan münasibətləri barədə: “Bir millət, iki dövlət” prinsipi bütün sahələrdə özünü göstərir. Liderlərimiz arasında sarsılmaz dostluq və qardaşlıq bağı mövcuddur. Zaman-zaman müəyyən məsələlərdə fərqli yanaşmalar ola bilər. Bunların iki ölkə arasındakı strateji münasibətlərin zədələnməsinə səbəb olmasına imkan verməmək lazımdır. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  9. edited

    ☄️ Səudiyyə Ərəbistanının dəstəklədiyi, istefaya getmiş Yəmən hökumətinin Ədən şəhərində yerləşən prezident sarayı Ənsarullah silahlı qüvvələrinin hücumu nəticəsində alovlar içində yanır. 🇾🇪 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. repost

    ⚡️Dindar çoxluqdan qorxu və ikili standartlar: Əliyev rejimi niyə hicabdan Avropadan daha çox qorxur? Qeyri-müsəlman Qərb ölkələrinin bir çoxunda təhsil müəssisələrində hicab taxmaq şəxsi azad seçim olaraq qalır. Azərbaycanda isə hökumət dindar qadınlara qarşı sistemli təzyiqləri davam etdirir. Almaniya, İsveç, Finlandiya, Niderland və İtaliyada məktəblərdə hicab taxılmasına dövlət səviyyəsində tətbiq edilən ümumi qadağa yoxdur. Fransa və Avstriya kimi sərt dünyəvilik prinsiplərinin tətbiq olunduğu ölkələrdə isə bu qaydalar bütün dini simvollara eyni şəkildə şamil edilir. Lakin Azərbaycanda hökumətin elan etdiyi “dünyəvilik” prinsipi son dərəcə seçici şəkildə tətbiq olunur. Belə ki, ənənəvi İslam hicabı hədəfə alınır, digər dinlərin rəmzləri, o cümlədən yəhudi məktəblərində mövcud olan dini simvollar isə heç bir məhdudiyyətə məruz qalmır. Bu siyasətin arxasında duran əsl səbəb dövlətin dünyəvi xarakterini qorumaq istəyi deyil. Bakı rejimi dini dəyərlərə bağlı və milli şüura malik əhali təbəqəsinin qaçılmaz şəkildə böyüməsindən dərin demoqrafik və siyasi qorxu keçirir. Çünki bu təbəqəni dövlətin təbliğat kanalları vasitəsilə tam nəzarət altında saxlamaq mümkün deyil. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  11. ☄️İran artıq altıncı gündür ki, raket sınaqlarını həyata keçirir #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  12. repost

    🔯 Müdafiə sənayesi üzrə mütəxəssis Yusif Ağbaba: “Mövcud prosesin qısa müddət sonra ötüb keçəcək bir vəziyyət olduğunu düşünənlər çox yanılırlar. Azərbaycanda Əliyev hakimiyyəti öz seçimini edib və Türkiyə əvəzinə sionist rejimi seçib. Müdafiə sənayesi sahəsində də bunun təsirini bir müddətdir görürdük. Başqalarına şəlalə kimi axan sifarişlər Türkiyə şirkətlərinə üç-beş damcı şəklində çatırdı. Bundan daha pisi də var. Qarabağ müharibəsindən sonra Türkiyə şirkətinə verilən partlayıcı maddələr zavodunun tikintisi üzrə tender həmin şirkətdən alınaraq məlum ölkənin şirkətlərindən birinə verilib”. ✡️ Abunə olun

  13. repost

    🔯 Başda İran olmaqla 14 ölkənin nümayəndə heyəti İsrail Prezidentinin çıxışına etiraz olaraq Bakı sammitini tərk edib Başda İran olmaqla, Türkiyə, Küveyt, Pakistan və Fələstin Muxtariyyəti də daxil olmaqla, ümumilikdə 14 ölkənin nümayəndə heyətinin Bakıda keçirilən AQEM (CICA) sammitində İsrail Prezidenti İsxak Hersoqun çıxışına etiraz olaraq iclas zalını tərk etdiyi bildirilir. Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani isə etirazlara qoşulmayaraq zalda qalıb. ✡️ Abunə olun

  14. repost

    🔯 İran və daha 13 ölkə İsrail Prezidentinin çıxışına etiraz olaraq Bakı sammitinin zalını tərk edib İran və daha 13 ölkənin nümayəndə heyəti İsrail Prezidenti İsxak Hersoqun çıxışına etiraz əlaməti olaraq Bakıda keçirilən AQEM (CICA) sammitinin iclas zalını tərk edib. ✡️ Abunə olun

  15. repost

    Trampın ailə dəyərlərini bolüşənlərə aldanmayın! Mən Azərbaycan xalqının kimliyi haqqında bir kitab üzərində işləmişəm. Kitabda kəlağayı ilə bağlı da qısa bir araşdırmaya yer vermişəm. Kəlağayı yerli ornamentləri və estetik zövqü özündə daşıyan İslami qadın örtüklərimizdən biridir. Tarixən kəlağayıdan daha çox ev daxilində, ailə və şənlik məclislərində, eləcə də müxtəlif mərasimlərdə istifadə olunub. Küçədə və ictimai məkanda, xüsusilə şəhər mühitində isə çadra geniş istifadə olunub. Buna görə də kəlağayı ilə çadranı bir-birinə qarşı qoymaq tarixi və mədəni baxımdan savadsız yanaşmadır. Həm kəlağayı, həm də çadra müxtəlif formalarda Azərbaycan qadınının geyim və örtünmə mədəniyyətinin bir hissəsi olub. Biri digərini inkar etmir. Bu gün kəlağayını çadraya qarşı ideoloji silaha çevirmək isə mənə Siffeyn hadisəsində Quran səhifələrinin nizələrə qaldırılmasını xatırladır, müqəddəs bir dəyər başqa bir dəyərə qarşı vasitəyə çevrilir. Kəlağayı ilə çadranı vuranlar, nizəyə Quran taxaraq İmam Əliyə (ə) qarşı çıxanların törəmələridir. Kəlağayı da bizimdir, çadra da. Birini qorumaq adı ilə digərini düşmən elan etmək hiylədir, xəyanətdir. Orxan Məmmədov https://t.me/qaf_simurq

  16. edited

    ❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  17. edited

    ❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  18. repost

    ⚡️Fələstin məsələsi AQEM sammitində gündəmə gətirilib Fələstin Qəzza zolağında daimi atəşkəsin təmin olunmasına, İsrail qüvvələrinin ərazidən tamamilə çıxarılmasına və yenidənqurma işlərinə başlanılmasına çağırıb. APA-nın məlumatına görə, bunu Fələstin Dövlətinin xarici işlər və xaricdə yaşayan fələstinlilərlə iş üzrə naziri Varsen Ağabekyan Şahin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, Qəzza zolağında müharibə genişmiqyaslı dağıntılara və ağır humanitar iztirablara səbəb olub. Nazirin sözlərinə görə, “Fələstinin milli məqsədi işğala son qoymaq, 4 iyun 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövləti yaratmaq və beynəlxalq qətnamələrə uyğun olaraq qaçqınlar probleminin ədalətli həllinə nail olmaqdır”. Fələstinli nazir AQEM-ə üzv dövlətləri mülki əhalinin qorunması, məcburi köçürülmənin qarşısının alınması, humanitar yardımların çatdırılmasının təmin edilməsi, məskunlaşdırma və ilhaq siyasətinin rədd olunması, eləcə də beynəlxalq qətnamələrin icrası istiqamətində konkret addımlar atmağa çağırıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə AQEM-in üzvü olan Fələstinin hüquqlarının müdafiəsi istiqamətində qətiyyətli mövqe nümayiş etdirilməsinə çağırıb. “Davamlı həll yolu 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin Dövlətinin yaradılmasını tələb edir. AQEM müxtəlif prioritetlərin uzlaşdırılması və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi üçün dəyərli platformadır. Bu sammit qitəmizdə davamlı sülhün və rifahın möhkəmləndirilməsi məqsədilə AQEM-in daha səmərəli fəaliyyəti üçün aydın istiqamət müəyyən etməlidir. Biz bu məqsədlərə nail olmaq üçün qətiyyətlə çalışmağa davam edəcəyik”, – deyə Hakan Fidan vurğulayıb. Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Raşid Əz-Zəyani də regionda davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli həllinin və İsraillə yanaşı müstəqil Fələstin Dövlətinin yaradılmasının vacibliyini qeyd edib. Misir Ərəb Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Əbu Bəkr isə bildirib ki, Fələstin məsələsi Yaxın Şərqdə sülhün və sabitliyin təmin olunması baxımından mərkəzi əhəmiyyət daşıyır. Misirli diplomat beynəlxalq hüquqa riayət edilməsinin və Qəzza zolağına humanitar yardımların sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Fələstin xalqının öz torpaqlarından zorla köçürülməsinə yönəlmiş istənilən cəhdi rədd edirlər. Xarici işlər nazirinin müavini əlavə edib ki, Fələstin–İsrail münaqişəsinin davamlı həlli Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olaraq qalmasını və iki dövlət prinsipi əsasında müstəqil Fələstin Dövlətinin yaradılmasına imkan verən etibarlı siyasi perspektivin formalaşdırılmasını nəzərdə tutmalıdır. Məhəmməd Əbu Bəkr həmçinin bildirib ki, İranda baş vermiş son müharibə münaqişələrin genişlənməsi və gərginliyin artması ilə bağlı riskləri üzə çıxarıb. Bu proseslərin nəticələri regionun hüdudlarından kənara da yayıla bilər. O qeyd edib ki, Misir gərginliyin azaldılması məqsədilə regional və beynəlxalq tərəfdaşlarla təmaslarını gücləndirib və Körfəz ölkələrinə qarşı hücumları pisləyib. İsrail Prezidenti İsxak Hersoq da çıxışında Fələstin məsələsinə toxunub. “Ümid edirəm ki, Yaxın Şərqdə — Livanda, Suriyada, Qəzzada və fələstinli qonşularımızla münasibətlərdə sülh perspektivini görə biləcəyik və terrorizmin bütün formalarına qarşı birlikdə mübarizə aparacağıq”, – deyə İsrail Prezidenti əlavə edib. #Fələstin #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  19. repost

    ⚡️Bəhreyn dəniz və hava nəqliyyatının təhlükəsizliyinin təmin olunmasına çağırıb Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Raşid Əz-Zəyani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitinin plenar iclasında dəniz və hava nəqliyyatının təhlükəsizliyinin təmin olunmasına çağırıb. Nazir bildirib ki, Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi qlobal təchizat zəncirlərinin, enerji və ərzaq təhlükəsizliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Əbdüllətif bin Raşid Əz-Zəyani husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad, Əbha, Cazan və Nəcran şəhərlərindəki hava limanlarına hücumlarını pisləyib. Bu hücumlar nəticəsində mülki şəxslərin həlak olmasını beynəlxalq hüququn və Çikaqo Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirən nazir Bəhreynin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu vurğulayıb. Bəhreynin xarici işlər naziri süni intellektin idarə olunmasına dair beynəlxalq müqavilənin qəbul edilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, bu təşəbbüsün məqsədi innovasiyaların qarşısını almaq deyil, əksinə, onları qorumaqdır. Nazir dənizdə və havada təhlükəsiz və maneəsiz hərəkətin təmin edilməsinə, eləcə də beynəlxalq hüquqa uyğun olaraq qanunsuz məhdudiyyətlər və ödənişlər tətbiq edilmədən tranzit keçid hüququnun həyata keçirilməsinə çağırıb. O, təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üçün etimadın möhkəmləndirilməsi tədbirlərinin əlaqələndirilməsində Azərbaycanın rolunu qeyd edib və bu təşəbbüsün dəniz və hava nəqliyyatının təhlükəsizliyini də əhatə edəcək şəkildə genişləndirilməsini təklif edib. Əbdüllətif bin Raşid Əz-Zəyani regionda davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli həllinin və İsraillə yanaşı müstəqil Fələstin Dövlətinin yaradılmasının vacibliyini də vurğulayıb. Nazir bildirib ki, Bəhreyn Krallığı dəniz, hava və iqtisadi əlaqələri tənzimləyən beynəlxalq qaydalara və qanunlara sadiq qalır. O qeyd edib ki, Asiyanın ortaq rifahı təhlükəsizlik və sülh üzərində qurulmalıdır. #Bəhreyn #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  20. Older posts