𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 1 hour ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Orxan Məmmədov (Səfəvi-1)

Trampın ailə dəyərlərini bolüşənlərə aldanmayın! Mən Azərbaycan xalqının kimliyi haqqında bir kitab üzərində işləmişəm. Kitabda kəlağayı ilə bağlı da qısa bir araşdırmaya yer vermişəm. Kəlağayı yerli ornamentləri və estetik zövqü özündə daşıyan İslami qadın örtüklərimizdən biridir. Tarixən kəlağayıdan daha çox ev daxilində, ailə və şənlik məclislərində, eləcə də müxtəlif mərasimlərdə istifadə olunub. Küçədə və ictimai məkanda, xüsusilə şəhər mühitində isə çadra geniş istifadə olunub. Buna görə də kəlağayı ilə çadranı bir-birinə qarşı qoymaq tarixi və mədəni baxımdan savadsız yanaşmadır. Həm kəlağayı, həm də çadra müxtəlif formalarda Azərbaycan qadınının geyim və örtünmə mədəniyyətinin bir hissəsi olub. Biri digərini inkar etmir. Bu gün kəlağayını çadraya qarşı ideoloji silaha çevirmək isə mənə Siffeyn hadisəsində Quran səhifələrinin nizələrə qaldırılmasını xatırladır, müqəddəs bir dəyər başqa bir dəyərə qarşı vasitəyə çevrilir. Kəlağayı ilə çadranı vuranlar, nizəyə Quran taxaraq İmam Əliyə (ə) qarşı çıxanların törəmələridir. Kəlağayı da bizimdir, çadra da. Birini qorumaq adı ilə digərini düşmən elan etmək hiylədir, xəyanətdir. Orxan Məmmədov https://t.me/qaf_simurq

Views over time

01K2K3K15 Oct 12:3513 Nov 15:492.4K15 Oct 12:35: 0 views13 Nov 15:49: 2,390 views
Snapshots we took after posting.
WhenViews
15 Oct 2026, 12:350
13 Nov 2026, 15:492.4K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.