𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 59 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️Bəhreyn dəniz və hava nəqliyyatının təhlükəsizliyinin təmin olunmasına çağırıb Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Raşid Əz-Zəyani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitinin plenar iclasında dəniz və hava nəqliyyatının təhlükəsizliyinin təmin olunmasına çağırıb. Nazir bildirib ki, Hörmüz və Bab əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi qlobal təchizat zəncirlərinin, enerji və ərzaq təhlükəsizliyinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Əbdüllətif bin Raşid Əz-Zəyani husilərin Səudiyyə Ərəbistanının Ər-Riyad, Əbha, Cazan və Nəcran şəhərlərindəki hava limanlarına hücumlarını pisləyib. Bu hücumlar nəticəsində mülki şəxslərin həlak olmasını beynəlxalq hüququn və Çikaqo Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirən nazir Bəhreynin Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu vurğulayıb. Bəhreynin xarici işlər naziri süni intellektin idarə olunmasına dair beynəlxalq müqavilənin qəbul edilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, bu təşəbbüsün məqsədi innovasiyaların qarşısını almaq deyil, əksinə, onları qorumaqdır. Nazir dənizdə və havada təhlükəsiz və maneəsiz hərəkətin təmin edilməsinə, eləcə də beynəlxalq hüquqa uyğun olaraq qanunsuz məhdudiyyətlər və ödənişlər tətbiq edilmədən tranzit keçid hüququnun həyata keçirilməsinə çağırıb. O, təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişafı üçün etimadın möhkəmləndirilməsi tədbirlərinin əlaqələndirilməsində Azərbaycanın rolunu qeyd edib və bu təşəbbüsün dəniz və hava nəqliyyatının təhlükəsizliyini də əhatə edəcək şəkildə genişləndirilməsini təklif edib. Əbdüllətif bin Raşid Əz-Zəyani regionda davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli həllinin və İsraillə yanaşı müstəqil Fələstin Dövlətinin yaradılmasının vacibliyini də vurğulayıb. Nazir bildirib ki, Bəhreyn Krallığı dəniz, hava və iqtisadi əlaqələri tənzimləyən beynəlxalq qaydalara və qanunlara sadiq qalır. O qeyd edib ki, Asiyanın ortaq rifahı təhlükəsizlik və sülh üzərində qurulmalıdır. #Bəhreyn #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K15 Oct 12:2513 Nov 15:492.5K15 Oct 12:25: 0 views13 Nov 15:49: 2,550 views
Snapshots we took after posting.
WhenViews
15 Oct 2026, 12:250
13 Nov 2026, 15:492.5K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.