𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.6/day last 43 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
  1. edited

    ☄️Şeyx Nəim Qasim: Müqavimətin bədəlini ödəməyin ağır olduğu doğrudur, lakin təslim olmaq və geri çəkilmək heç nəyi qoruyub saxlamağa imkan vermir. Livan məsələsinə gəldikdə, əgər müqavimət, xalqın fədakarlıqları, ümmətin şəhidlərinin ağası Seyid Həsən Nəsrullah (Allah ondan razı olsun) və Seyid Haşim Səfiyəddin başda olmaqla, böyük şəhidlərin qurbanları, yaralıların və əsirlərin fədakarlıqları, eləcə də insanların didərginlik, evlərin və əkin sahələrinin dağıdılması ilə bağlı çəkdikləri əzablar olmasaydı və bu böyük müqavimət göstərilməsəydi, sionist düşmən Livanda məskunlaşma siyasətinə başlayar, ölkənin bütün ərazisini siyasi, inzibati və coğrafi baxımdan öz nəzarəti altına alar və bununla da kifayətlənməyərək hazırkı sərhədlərini aşmağa çalışardı. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  2. edited

    ☄️ABŞ-a məxsus 5 yanacaqdolduran təyyarə Fars körfəzi üzərində uçuş həyata keçirir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  3. repost

    🔠Sionist rejimin prezidenti İshaq Herzoq işğal olunmuş ərazilərdə keçirilən son seçkilərin nəticələrini belə yekunlaşdırıb: "Xüsusilə dünənki hadisələrdən sonra yeni seçkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik. Bura gələn hər kəsin açıq fikirli gələcəyini gözləyirəm." 🟠Seçki nəticələri: Netanyahunun Likud partiyasının rəhbərlik etdiyi blok: 53 yer (Likud - 27, Otzma Yehudit - 7, Birləşmiş Tora - 7, Şas - 6, Tkuma - 6) Eisenkotun rəhbərlik etdiyi blok: 48 yer (Yaşar - 21, Bi'Ahad - 12, Demokratlar - 8, Yisrael Beitnu - 7) Ərəb partiyaları: 19 yer (Birgə Siyahıda 12 yer, Ra'amda 7 yer var.) Heç bir fraksiya hökumət qurmaq üçün lazım olan 61 yeri əldə edə bilməyib. Bu, bir sıra mümkün ssenarilərə və ən çox ehtimal olunan hökumətin qurulmamasına gətirib çıxarır. Əksər regional ekspertlər danışıqların davamlı olaraq uğursuz olacağını proqnozlaşdırırlar, çünki risklər hər iki tərəf üçün potensial faydalardan daha çoxdur və yeni seçkilər 2027-ci ilin aprel ayında keçiriləcək. Bu proses boyunca Benyamin Netanyahu müvəqqəti baş nazir olaraq qalacaq və bu vəzifədən o, bir çox cəbhədə hərbi əməliyyatlara başlaya və aprel ayına qədər populyarlığını artıra bilər. ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin

  4. ☄️“Rosatom” Buşehr Atom Elektrik Stansiyasındakı əməkdaşlarının sayını 200 nəfərə çatdıracaq. Rusiyanın dövlət şirkəti “Rosatom”un baş direktoru Aleksey Lixaçov jurnalistlərə bildirib ki, şirkət noyabr ayında İrandakı Buşehr Atom Elektrik Stansiyasında çalışan əməkdaşlarının sayını 200 nəfərə çatdırmağı planlaşdırır. O deyib: Biz əməkdaşlarımızı Buşehr Atom Elektrik Stansiyasına qaytarırıq. Hərbi münaqişənin ən gərgin dövründə onların sayı 700 nəfərdən 20 nəfərə qədər azalmışdı. Buna baxmayaraq, həmkarlarımız stansiyanın ərazisini tərk etmədilər. Ən çətin günlərdə belə əməkdaşlarımızdan 20 nəfər orada qaldı. Hazırda tikinti bölməsində çalışan təxminən 125 nəfər ərazidədir. İlkin əməliyyatların həyata keçirilməsinə cavabdeh olan qrupa daha 40 nəfər qoşulacaq. Gələn ay tikinti bölməsində çalışanların sayını 200 nəfərə çatdırmağı planlaşdırırıq. #İran #Rusiya Abunə olun 🟢 Ar-Rad İnfo

  5. edited

    ☄️ABŞ gəmilərə Hörmüz boğazından zərurət olmadan keçməmələri barədə xəbərdarlıq edib. ABŞ çərşənbə günü gəmilərə lazımsız gecikmələrin qarşısını almaq üçün Oman dənizində və Hörmüz boğazında zərurət olmadan hərəkət etməmələrini tövsiyə edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı bəyanatında bildirib: Mövcud geosiyasi şəraiti nəzərə alaraq, bu ərazidən keçməyə ehtiyacı olmayan gəmilərə həmin ərazidən uzaq durmaları tövsiyə edilir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  6. edited

    ☄️Cakartada keçirilən kütləvi nümayişdə «Azad Fələstin» şüarları səslənib. İndoneziya xalqı Fələstin xalqına dəstəyini bəyan edib. #İndoneziya Abunə olun 🟢 Ar-Rad İnfo

  7. edited

    ❗️❗️❗️ Sumqayıtda hicablı şagirdlərin valideynlərinin məsuliyyətə cəlb olunacağı bildirilib. Daxil olan məlumata görə, Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbə Təhsil Nazirliyinin nümayəndəsi olduğu bildirilən bir qadın gələrək hicablı şagirdlərin valideynləri ilə görüşüb. İddia olunur ki, görüş zamanı valideynlərə övladlarının hicablarını çıxarmalı olduqları, əks halda isə onların məsuliyyətə cəlb ediləcəkləri bildirilib. Valideynlərin sözlərinə görə, nazirliyin nümayəndəsi bunun artıq rəsmi qayda olduğunu deyərək belə bir tələb irəli sürüb: “Ya uşaqlar hicablarını çıxarmalıdırlar, ya da valideynlər məsuliyyətə cəlb olunacaqlar. Təhsil vacibdir, uşaqları təhsildən yayındırmayın”. Bildirilir ki, həmin şəxs xəbərdarlığını etdikdən sonra məktəbi tərk edib. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  8. edited

    ❗️❗️❗️ Masallı rayonunda hicablı şagirdlərin ailələrinə təzyiq göstərildiyi barədə məlumat var. Daxil olan məlumata görə, Masallı rayonunda müəllimlər və təhsil işçiləri hicab məsələsi ilə əlaqədar şagirdlərin evlərinə gedərək onlardan hicablarını çıxarıb məktəbə gəlmələrini tələb edirlər. Bildirilir ki, şagirdlərdən biri hicabını çıxarmayacağını söylədikdə ona atasının iki dəfə cərimələnəcəyi, bundan sonra isə həbs olunacağı bildirilib. İddialara görə, hicabını çıxarmaqdan imtina edən şagirdlərin ailələri bu yolla təhdid edilir. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  9. edited

    ☄️Fox News: "ABŞ Körfəz bölgəsindəki müttəfiqlərinə aralıq seçkilərdən dərhal sonra İrana qarşı hücumlar dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib." #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. edited

    ☄️İraqın Baş naziri Suriyadakı Əməvi məscidinin ehtiyaclarını və zəruri ləvazimatlarını təmin etmək üçün şəxsi hesabından vəsait ayırıb. #İraq #Suriya Abunə olun 🟢 Ar-Rad İnfo

  11. edited

    ☄️ Suriyanın İdlib bölgəsində fransalı vəhabi terrorçuların (keçmiş HTŞ üzvlərinin) yerləşdiyi, “Fransızlar düşərgəsi” kimi tanınan ərazidə silahlı qarşıdurma baş verdiyi bildirilir. İddialara görə, düşərgədəki silahlı şəxslərlə Suriyanın Daxili Təhlükəsizlik Qüvvələri arasında toqquşma yaşanıb. Hadisə nəticəsində düşərgədəki şəxslərdən biri ölüb #Suriya Abunə olun 🟢 Ar-Rad İnfo

  12. edited

    ☄️ Səudiyyə Ərəbistanının ən böyük neft emalı zavodunun əsas emal bölməsi sıradan çıxıb. 🔹 Peyk görüntülərinin son təhlili göstərir ki, Yəmən Silahlı Qüvvələrinin Rəs-Tənnurədə hədəf aldığı hissə neft emalı zavodunun əsas emal bölməsi olub və həmin bölməyə ciddi ziyan dəyib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  13. edited

    ☄️ Şas Partiyasının sədri: Bu seçkilər Məsihin zühurundan əvvəl keçirilən son seçkilərdir. Cuhud parlamentinə (Knesset) keçirilən seçkilərdə Netanyahunun müttəfiqi olan Şas Partiyasının sədri Arye Deri partiyasının tərəfdarlarını və dəstəkçilərini seçkilərdə iştirak etməyə çağırıb. #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  14. edited

    ☄️ Allahşükür Paşazadə: “Azərbaycandakı dindarlar hər zaman dövlətimizin yanındadır. Xaricdən idarə olunan hər cür təxribata lazımi cavabı verməyə qadirik və buna hazırıq.” #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo

  15. edited

    ☄️ Cuhud mediası: Təxminən 650 min ikiqat zərfdə verilmiş səs hələ sayılmayıb. Bu səslər Knessetdə deputat yerlərinin yekun bölgüsünə təsir göstərə bilər. #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  16. edited

    ☄️Səslərin 100 faizi sayıldıqdan sonra, ikiqat zərflərdəki səslər nəzərə alınmadan seçkilərin nəticələri: 🔹 Netanyahu bloku: 53 mandat 🔹 Ayzenkot bloku: 47 mandat 🔹 Ərəb partiyaları: 19 mandat #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  17. edited

    ☄️ Ədən körfəzində dəniz insidenti Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı: Ədən körfəzində ticarət gəmələri kiçik qayıqlar tərəfindən mühasirəyə alınıb. 🇾🇪 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  18. edited

    ☄️ Ermənistan parlamenti “Tramp marşrutu”nu təsdiqlədi 🔹 Ermənistan parlamenti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı Ermənistan və ABŞ arasında əməkdaşlıq sazişini 63 lehinə, 32 əleyhinə səslə qəbul edib. 🔹 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözlərinə görə, saziş əsasında “TRIPP İnkişaf Şirkəti” yaradılacaq. Şirkətin 26 faizi Ermənistana, 74 faizi isə ABŞ-yə məxsus olacaq. Əməkdaşlıq ilkin olaraq 49 il davam edəcək. Əgər tərəflər razılaşaraq bu müddəti daha 50 il uzatsalar, Ermənistanın payı 49 faizə yüksələcək, ABŞ-nin payı isə 51 faizə düşəcək. #ABŞ #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo

  19. edited

    ☄️ İmam Müctəba Xameneinin rəsmi media hesabında yeni paylaşım: “Salam, mənim əziz övladlarım! Sevgi dolu məktublarınızı oxudum...” #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  20. Older posts