☄️Şeyx Nəim Qasim: Müqavimətin bədəlini ödəməyin ağır olduğu doğrudur, lakin təslim olmaq və geri çəkilmək heç nəyi qoruyub saxlamağa imkan vermir. Livan məsələsinə gəldikdə, əgər müqavimət, xalqın fədakarlıqları, ümmətin şəhidlərinin ağası Seyid Həsən Nəsrullah (Allah ondan razı olsun) və Seyid Haşim Səfiyəddin başda olmaqla, böyük şəhidlərin qurbanları, yaralıların və əsirlərin fədakarlıqları, eləcə də insanların didərginlik, evlərin və əkin sahələrinin dağıdılması ilə bağlı çəkdikləri əzablar olmasaydı və bu böyük müqavimət göstərilməsəydi, sionist düşmən Livanda məskunlaşma siyasətinə başlayar, ölkənin bütün ərazisini siyasi, inzibati və coğrafi baxımdan öz nəzarəti altına alar və bununla da kifayətlənməyərək hazırkı sərhədlərini aşmağa çalışardı. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo