☄️“Rosatom” Buşehr Atom Elektrik Stansiyasındakı əməkdaşlarının sayını 200 nəfərə çatdıracaq. Rusiyanın dövlət şirkəti “Rosatom”un baş direktoru Aleksey Lixaçov jurnalistlərə bildirib ki, şirkət noyabr ayında İrandakı Buşehr Atom Elektrik Stansiyasında çalışan əməkdaşlarının sayını 200 nəfərə çatdırmağı planlaşdırır. O deyib: Biz əməkdaşlarımızı Buşehr Atom Elektrik Stansiyasına qaytarırıq. Hərbi münaqişənin ən gərgin dövründə onların sayı 700 nəfərdən 20 nəfərə qədər azalmışdı. Buna baxmayaraq, həmkarlarımız stansiyanın ərazisini tərk etmədilər. Ən çətin günlərdə belə əməkdaşlarımızdan 20 nəfər orada qaldı. Hazırda tikinti bölməsində çalışan təxminən 125 nəfər ərazidədir. İlkin əməliyyatların həyata keçirilməsinə cavabdeh olan qrupa daha 40 nəfər qoşulacaq. Gələn ay tikinti bölməsində çalışanların sayını 200 nəfərə çatdırmağı planlaşdırırıq. #İran #Rusiya Abunə olun 🟢 Ar-Rad İnfo