𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.5%2.6K avg views
Posting 80.6/day last 28 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
  1. repost

    🔯 Mossadın Ankara ilə Bakı arasında parçalanma yaratmaq planı: İsrailin Türkiyə-Azərbaycan münasibətlərinə qarşı kiberhücumlarının pərdəarxası Türkiyə mediasının ölkənin təhlükəsizlik rəsmilərinə istinadən yaydığı məlumatlara görə, İsrail yüz milyonlarla dollar həcmində vəsait ayıraraq və sosial şəbəkələrdə 5 mindən çox hesabı idarə edərək Türkiyə ilə Azərbaycan Respublikası arasında gərginlik və qarşıdurma yaratmağa çalışır. Qafqaz Araşdırmaları Mərkəzinin (KAFKASSAM) rəhbəri Həsən Oktayın sözlərinə görə, Mossad Bakıda saxta dövlət çevrilişi, sui-qəsd və iğtişaşlar kimi təxribat planları hazırlayır. Məqsəd bu hadisələrin məsuliyyətini Türkiyənin üzərinə atmaqdır. İddialara əsasən, Tel-Əvivin əsas hədəflərindən biri İlham Əliyevin İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində iştirakına mane olmaq, Ərdoğan dövrünün başa çatacağı barədə şayiələr yaymaq və türk dünyasında öz təsirini gücləndirməkdir. Azərbaycanda hicab qadağası ətrafında yaradılan mübahisələr də bu planın tərkib hissələrindən biri kimi qiymətləndirilir. İsrail məsələləri üzrə ekspert Məhəmməd Tariq də saxta sosial media hesabları, süni intellekt texnologiyaları və saxta xəbər saytları vasitəsilə həyata keçirildiyi bildirilən bu fəaliyyətlərin arxasında Mossadın dayandığını iddia edib. ✡️ Abunə olun

  2. edited

    ☄️🇾🇪🤩 Misir parlamenti Ənsarullahın krallığa hücumlarının intensivləşməsi səbəbindən Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə icazə verib. Misirin potensial rolu Səudiyyə Ərəbistanının ərazisini və sərhədlərini qorumaqla məhdudlaşır ki, bu da Yəməndə və ya Yəmənə qarşı hər hansı hücum əməliyyatını istisna edir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  3. edited

    ☄️🌐Microsoft ümid edir ki, işçilərinin dörddə birindən çoxu tezliklə şirkətdən ayrılacaq və süni intellektlə əvəz olunacaq. Dünyanın ən böyük texnologiya şirkətlərindən biri dünya üzrə 60.000 işçini (işçi qüvvəsinin 27%-i) ixtisar etmək üçün nəzərdə tutulmuş könüllü ixtisar proqramına başlayıb. Business Insider-in məlumatına görə, işçilər doqquz aylıq əmək haqqına bərabər kompensasiya ala biləcəklər. #ABŞ Abunə olun 🟢 Ar-Rad İnfo

  4. ☄️ Arxiv İmam Seyyid Müctəba Xamenei #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  5. repost

    ⚡️ABŞ rəsmisi Ermənistanda investisiyaların genişləndirilməsi imkanlarını müzakirə edib ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) siyasət üzrə baş direktoru Karolin Vik bu həftə Ermənistana səfər edib. ABŞ səfirliyinin məlumatına görə, Karolin Vik Ermənistan hökumətinin rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə görüşlərində iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət əlaqələrinin gücləndirilməsi və investisiyaların artırılması imkanlarını müzakirə edib. ABŞ səfirliyi, həmçinin 8 avqust 2025-ci ildə ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın Ermənistanın iqtisadi inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Səfirliyin bəyanatında bildirilir: “8 avqust 2025-ci ildə ABŞ ilə əldə edilmiş razılaşma Ermənistanın iqtisadi inkişafı və rifahının yüksəldilməsi üçün yeni imkanlar yaradır. Karolin Vikin Ermənistan hökumətinin rəsmiləri və işgüzar dairələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə ticarət əlaqələrinin gücləndirilməsi, investisiyaların genişləndirilməsi, eləcə də Amerika və Ermənistan şirkətləri üçün yeni imkanların yaradılması məsələləri müzakirə olunub.” #ABŞ #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  6. edited

    ☄️Tramp bildirib ki, müharibəni ABŞ deyil, İran başlayıb: “Biz heç nə etmədik. İran özü bizimlə müharibəyə başladı”. ABŞ Prezidenti İranın hərbi texnologiyalarını və silah istehsalı sahəsindəki imkanlarını yüksək qiymətləndirərək deyib: “İranlılar çox yaxşı silahlar istehsal edirlər. Onlar çox ağıllı insanlardır. İranlıların indi hətta Avropaya çata bilən raketləri var. Halbuki onların belə raketlərə sahib olmaması nəzərdə tutulurdu. Biz özümüzdən soruşurduq ki, bunları haradan əldə ediblər?” Tramp həmçinin iddia edib ki, İran ABŞ-nin San-Dieqo və Los-Anceles şəhərlərinə hücum etməyi planlaşdırırdı. ABŞ Prezidenti İranla əldə olunmuş müvəqqəti atəşkəsdən də danışaraq bildirib: “Biz müvəqqəti atəşkəsə nail olduq, amma bu, mənim heç də xoşuma gəlmədi. Bunun vaxt itkisi olduğunu düşünürdüm və həqiqətən də vaxt itkisi oldu”. Tramp sözlərinin davamında İranın hərbi potensialını sürətlə bərpa etdiyini vurğulayıb: “Problem ondadır ki, biz onlara hücumları dayandıran kimi onlar yenidən öz hərbi imkanlarını bərpa etməyə başlayırlar”. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  7. 🤲🏻 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru üçün "Fəth" surəsinin, "Səhifeyi-Səccadiyyənin 14-cü duasının" və "Təvəssül" duasının oxunmasını tövsiyə etmişdir. #İran Abunə olun 🟢 Ar-Rad İnfo

  8. ☄️ Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli: “İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri olan və ‘arzuolunmaz şəxs’ elan edilən Məhəmməd Əmin Yıldırım saxlanılıb. Əsl dostluq, qardaşlıq məhz budur!” #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo

  9. ⚡️⚡️⚡️⚡️⚡️ İordaniya ordusu Suriyanın cənubuna hava zərbələri endirib. Bildirilir ki, hücum İordaniyada kilsəyə qarşı törədilən terror aktına cavab olaraq həyata keçirilib. Yerli mənbələrin məlumatına görə, hava hücumları nəticəsində eyni ailədən 7 nəfər həyatını itirib. Həlak olanlar arasında qadın və uşaqlar da var. İordaniya ordusu açıqlamasında Suriyanın cənubunda həyata keçirilən hərbi əməliyyatın kilsəyə hücum zamanı öldürülən şəxslərin qisasını almaq məqsədi daşıdığını bildirib. İordaniya ordusu həmçinin Suriyanın cənubundakı hədəflərə hava zərbələri endirən döyüş təyyarələrinin fotolarını yayımlayıb. Təyyarələrin üzərində “İordaniya çəkindirici gücü Həmud” sözlərinin yazıldığı diqqət çəkib. Yayılan görüntülərdə İordaniyanın hava hücumları nəticəsində həyatını itirən suriyalı uşaqların əks olunduğu bildirilir. #Suriya #İordaniya Abunə olun 🟢 Ar-Rad İnfo

  10. edited

    ☄️İsrail rejiminin ordusu hava hücumu nəticəsində HƏMAS və İslami Cihad hərəkatlarının 4 üzvünü terror etdiyini iddia edib. #Qəzza #Fələstin #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  11. repost

    Rusiyalı jurnalist və videobloger Kristina Maksimova maraqlı çıxış edib o bildirib ki, Azərbaycan və İsrailin adı qanunsuz orqan transplantasiyası ilə bağlı cinayət işlərində hallanır Kristina qeyd edib ki, fələstinlilər müharibədə həlak olduğu bir vaxtda Azərbaycan israillə hərbi əməkdaşlığını, o cümlədən hərbi-texniki əlaqələrini gücləndirir. Əvvəlcə düşündüm ki, bu, mümkün deyil. Axı Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan bir ölkədir. Sonra qərara gəldim ki, araşdırım, görəsən, bu iki ölkə arasında başqa hansısa əlaqələr də varmı? Qarşıma çıxan ilk məsələ qanunsuz orqan transplantasiyası oldu. Məncə, İsrail məhz bununla tanınır. Daha sonra həqiqətən də Azərbaycanın adının hallandığı materiallar tapdım. Azərbaycan və İsrail qanunsuz orqan transplantasiyası ilə bağlı cinayət işlərində həqiqətən də hallanır. Həmin materiallarda Azərbaycan qanunsuz əməliyyatların həyata keçirildiyi məkanlardan biri kimi göstərilir. Orqan alveri ilə isə İsrail vətəndaşları məşğul olublar.

  12. edited

    ❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  13. edited

    ☄️İordaniya ordusu: Hərbi hava qüvvələri Suriyanın cənubunda Əl-Kərək kilsəsinə hücumla əlaqəli terror qruplarının mövqelərini hədəfə alıb. #Suriya #İordaniya Abunə olun 🟢 Ar-Rad İnfo

  14. ☄️Naməlum hava hücumları İordaniya sərhədinin yaxınlığında yerləşən Dəraa bölgəsinin kənd yerlərini hədəfə alır. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  15. repost

    Söz tapmaq olmur Vallah... Bu hadisələr bəlkə də bizim üçün bu dünyada ən vacib imtahandır ki Allah bu imtahanda verdiyimiz qərarla bizim aqibətimizi bəlli edəcək. Bəlkə də bu hadisələrin Xanım Həzrət Fatimənin (s.ə.) şəhadət ildönümü günləri ilə üst üstə düşməyinin də bir nişanəsi var. Əgər həmin dönəmdə Mədinə camaatı kimi sussaq vay bizim halımıza... ◾️ t.me/muslimsyndicate

  16. edited

    ☄️Təhlükəsizlik rəsmisindən işğal olunmuş ərazilərin sakinlərinə sərt xəbərdarlıq: İran ilk qığılcımı gözləyir və buna hazırdır. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  17. edited

    ☄️İvritdilli Yayım Korporasiyası: "Tramp ABŞ Konqresinə keçirilən aralıq seçkilər başa çatdıqdan dərhal sonra İranda hərbi əməliyyat həyata keçirməyi nəzərdən keçirir. Bu ssenari İsraili də münaqişəyə cəlb edə və hökumətin formalaşmasına təsir göstərə bilər." #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  18. edited

    ☄️İvritdilli «Israel Hayom» qəzeti: "Səudiyyə Ərəbistanının müdafiə naziri Yəmənlə atəşkəs barədə danışıqlar aparmaq üçün İrana səfər edib. Bildirilir ki, razılaşmaya Səudiyyə Ərəbistanının Tehran vasitəsilə Sənaya 1 milyard dollar köçürməsi də daxil olacaq. Xalid bin Salman bu pulu özü ilə gətirib." #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  19. edited

    ☄️Ondan sonra dünya rahatlıq üzü görməyəcək... #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  20. Older posts