⚡️⚡️⚡️⚡️⚡️ İordaniya ordusu Suriyanın cənubuna hava zərbələri endirib. Bildirilir ki, hücum İordaniyada kilsəyə qarşı törədilən terror aktına cavab olaraq həyata keçirilib. Yerli mənbələrin məlumatına görə, hava hücumları nəticəsində eyni ailədən 7 nəfər həyatını itirib. Həlak olanlar arasında qadın və uşaqlar da var. İordaniya ordusu açıqlamasında Suriyanın cənubunda həyata keçirilən hərbi əməliyyatın kilsəyə hücum zamanı öldürülən şəxslərin qisasını almaq məqsədi daşıdığını bildirib. İordaniya ordusu həmçinin Suriyanın cənubundakı hədəflərə hava zərbələri endirən döyüş təyyarələrinin fotolarını yayımlayıb. Təyyarələrin üzərində “İordaniya çəkindirici gücü Həmud” sözlərinin yazıldığı diqqət çəkib. Yayılan görüntülərdə İordaniyanın hava hücumları nəticəsində həyatını itirən suriyalı uşaqların əks olunduğu bildirilir. #Suriya #İordaniya Abunə olun 🟢 Ar-Rad İnfo