𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.7/day last 25 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
  1. ☄️İbrahim Əzizi: Sizi xəritədən silməyə hazırıq! İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədrindən düşmənə xəbərdarlıq: Seçkilərinizin nəticəsinin necə olmasından asılı olmayaraq, sizə qarşı düşmənçiliyiniz barədə heç bir şübhəmiz yoxdur. Hər hansı əməliyyat səhvinizə cavab olaraq sizi xəritədən silməyə hazırıq. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  2. ☄️Financial Times-ın iddiası: Netanyahu oktyabrın 10-da İrana qarşı genişmiqyaslı hücum planlaşdırıb. ABŞ-da noyabrın 3-də keçirilməsi nəzərdə tutulan aralıq seçkilərdən əvvəl yeni müharibənin başlaya biləcəyindən ehtiyat edən Tramp bu planın qarşısını alıb. Bir neçə gün davam etməsi planlaşdırılan əməliyyat zamanı İranın nüvə obyektlərinin, elektrik stansiyalarının və digər infrastruktur obyektlərinin hədəfə alınması nəzərdə tutulurdu. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  3. ☄️Livanda “Hizbullah” tərəfdarları suriyalını soyunduraraq göbək rəqsi etməyə məcbur ediblər Livanda “Hizbullah” tərəfdarları Həsən Nəsrullahın şəklini tapdaladığı görüntüləri paylaşan suriyalı Əhməd əş-Şəra (Culani) tərəfdarını soyunmağa və göbək rəqsi etməyə məcbur ediblər. #Hizbullah #Suriya Abunə olun 🟢 Ar-Rad İnfo

  4. edited

    🇮🇱🇦🇿 Biz tez-tez ehtimal edirdik ki, azərbaycanlıların adından yazan, son dərəcə iyrənc, əxlaqsız, islamofob və İsrailpərəst fikirlər yayan bu qədər çox hesabın mövcudluğu şübhəli və qəribə görünür. Lakin netcore kanalının İsrailin Team Jorge komandası ilə bağlı apardığı bu araşdırmanın timsalında məsələ getdikcə daha aydın görünür. Bu, kəşfiyyat və siyasi təbliğat sahəsində xidmət göstərən çoxsaylı İsrail şirkətlərindən yalnız biridir. Ən vacib məqam isə budur ki, Team Jorge müxtəlif sosial şəbəkələrdə istənilən milliyyətin nümayəndəsi kimi görünən hesablar yaratmağa imkan verən xüsusi proqram təminatına malikdir. Bu hesablar əvvəlcə adi və zərərsiz məzmunla avtomatik şəkildə idarə olunur, lazım olan anda isə Twitter və digər platformalarda tələb olunan siyasi gündəmi yaymaq üçün işə salınır. Team Jorge müxtəlif ölkələrdə onlarla seçki kampaniyası və siyasi hadisə zamanı ictimai şüurun manipulyasiyası sahəsində təcrübəyə malikdir.

  5. edited

    🇮🇱➡️🏔️ İsrailli alim və Netanyahu tərəfdarı Meir Masri Azərbaycan məktəblərində hicabın qadağan edilməsi ətrafında yaranmış mübahisələrdən istifadə etməyə çalışarkən səhvən şəxsi hesabından Türkiyə əleyhinə bir açıqlama yayımlayıb. Halbuki həmin paylaşım onun yaratdığı saxta hesab üçün nəzərdə tutulmuşdu; o, bu hesabda özünü azərbaycanlı kimi təqdim edib. 🔴 Masri: 🗣️ «Biz Türkiyəni sevirik. Lakin təhdidləri, müdaxiləni və hörmətsizliyi qəbul etmirik.»

  6. ☄️Yəhya Səri: Ədən şəhərindəki Bədr hərbi düşərgəsində Səudiyyə Ərəbistanının düşmən qüvvələrinin komanda mərkəzinə raket zərbəsi endirdik. Raket birbaşa hədəfə dəydi. Yəmən Silahlı Qüvvələri bildirir ki, bu gün Səudiyyə Ərəbistanının ərazisinə doğru heç bir hərbi əməliyyat həyata keçirməyib. Mədinənin hava məkanında PUA-ların ələ keçirilməsi barədə iddia isə yalandır və kobud böhtandır. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  7. ☄️İranlı hakerlər İsrail ordusunun komandirinin telefonunu sındırdıqlarını iddia edirlər İranın “Handala” haker qrupu İsrail ordusunun “Yahalom” xüsusi mühəndis bölməsinin komandirlərindən birinin telefonunu sındıraraq yüzlərlə məxfi sənəd və görüntü ələ keçirib. #Cuhud_rejimi #Epşteyn_Alyansı #Handala Abunə olun 🟢 Ar-Rad İnfo

  8. edited

    ☄️Hörmüz boğazında son günlər qaydaları pozduqları üçün hədəfə alınan gəmilərin daha çox görüntüləri. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  9. edited

    ☄️Hörmüz boğazında son günlərdə bir gəminin hədəfə alınmasının əsərləri. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. repost

    🌐 NATO Bakıda Hərbi təhsil və Şimali Atlantika istiqamətində əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin NATO strukturlarına inteqrasiya istiqamətində yaxınlaşması sürətlənir. Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev “Tərəfdaş ölkələrin imkanlarının qarşılıqlı uyğunluğunun təmin edilməsi təşəbbüsü” adlı təlim kursunun üçüncü toplantısında iştirak etmək üçün Azərbaycana gələn NATO nümayəndə heyəti ilə görüşüb. Eyni zamanda, Brüsseldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşərək əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə edib. Hərbi təhsil və siyasi dialoq istiqamətində təmaslar fasiləsiz davam edir. Azərbaycan rəhbərliyi isə alyansla münasibətlərin inkişafında ardıcıl mövqe nümayiş etdirir və əməkdaşlığı formal tərəfdaşlıq çərçivələri ilə məhdudlaşdırmır. Bu görüşlər göstərir ki, Azərbaycan Şimali Atlantika əməkdaşlıq mexanizmlərinə inteqrasiyasını davam etdirir və hərbi təhsil NATO ilə qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən birinə çevrilir. Mənbə: Rybar #NATO #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  11. edited

    ☄️Rusiyanın baş nazirinin müavini: Sabah ABŞ-a 40 min ton tutumlu, dizel yanacağı daşıyan ilk tanker göndəriləcək. #Rusiya #ABŞ Abunə olun 🟢 Ar-Rad İnfo

  12. edited

    ☄️Yəmənin Hədrəmut vilayətindəki hava limanı raket hücumuna məruz qalıb. Ərəb mənbələri: Hədrəmut vilayətinin Mükəlla şəhərində yerləşən Ər-Rayyan hava limanı 4 ballistik raketlə hədəfə alınıb. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  13. edited

    🔯 Hicabdan kənarda: Bakı ilə Ankara arasındakı strateji istiqamət dəyişikliyinin təhlili Asanlıqla belə düşünmək olar ki, hicab ətrafında yaranmış mübahisə və buna qarşı etirazlar Azərbaycanla Türkiyə arasındakı son gərginliyə səbəb olub. Konkret olaraq, Azərbaycan məktəblərdə geyim qaydalarını dəyişərək şagirdlərin hicab taxmasını faktiki şəkildə məhdudlaşdırıb, bu isə bəzi türkiyəli jurnalistlərin və Türkiyə hökumətinin bəzi nümayəndələrinin etirazına səbəb olub və bundan sonra vəziyyət qəfil nəzarətdən çıxıb. Lakin mən hesab edirəm ki, hicab məsələsi sadəcə bəhanədir və bunun arxasında daha dərin məsələlər dayanır. Azərbaycan Prezidentinin açıqlamaları və məhz sionist rejim Prezidenti İshaq Hersoqun Bakıya səfəri zamanı Türkiyənin Azərbaycandakı dövlət çevrilişlərində iştirakı ilə bağlı ittihamların yer aldığı məqalələrin dərc olunması Türkiyədən tədricən uzaqlaşmağa yönəlmiş incə bir siyasətə işarə edir. Dövlət çevrilişi iddiaları və onların ardınca həbslərin aparılması Azərbaycan siyasəti üçün yeni deyil. Keçmişdə, həm Qarabağ müharibəsi zamanı, həm də ondan sonra Ramiz Mehdiyev və Nəcməddin Sadıqov kimi şəxslər haqqında oxşar söz-söhbətlər yayılmış, nəticədə onlar nəzarət altına alınmış və siyasi, yaxud hərbi vəzifələrindən uzaqlaşdırılmışdılar. Hətta Heydər Əliyevin dövründə Rövşən Cavadovun məşhur çevriliş cəhdi və Surət Hüseynovun qiyamı da Azərbaycanın müəyyən dairələri tərəfindən Türkiyə ilə əlaqələndirilməyə çalışılmışdı. Halbuki həmin illərdə Süleyman... Təhlili oxumaq üçün kanala müraciət edin

  14. ☄️Bu gün səhər tezdən ABŞ-a məxsus 5 hərbi-nəqliyyat təyyarəsi Qərbi Asiyaya daxil olub. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  15. ☄️Türkiyə Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərəcək “Reuters” agentliyinin məlumatına görə, Türkiyə Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərməyə hazırlaşır. Bu addım Səudiyyə Ərəbistanı və Pakistanla birgə müdafiə sazişi çərçivəsində atılacaq. Saziş təsdiqləndikdən sonra hərbi qüvvələrin göndərilməsinə icazə verilməsi məsələsi Türkiyə parlamentinin müzakirəsinə təqdim olunacaq. #Yəmən #Türkiyə #Pakistan #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  16. repost

    🔠Brüsseldə Azərbaycan və NATO nümayəndələri görüşüblər. Brüsselə işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə elçisi Əmirbəyov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Hamilton ilə görüşdü. Görüş zamanı tərəflər əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etdilər və siyasi, hərbi və humanitar sahələrdə tərəfdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqlədilər. ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin

  17. ☄️Ədən hava limanının yaxınlığında yerləşən, Səudiyyə Ərəbistanının muzdlu qüvvələrinin zabitlərinin olduğu Bədr hərbi düşərgəsi Ənsarullahın ballistik raketi ilə vurulub. Səudiyyə Ərəbistanının muzdlu qüvvələri ilə əlaqəli mənbələrin məlumatına görə, hücum nəticəsində bir neçə Səudiyyə zabiti və onların muzdlu döyüşçüləri ölüb və yaralanıb, hərbi texnikaları isə yanaraq məhv olub. #Yəmən #Səudiyyə_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  18. repost

    🔯 ⚡️Müsəlman Azərbaycan: İki ailənin ələ keçirdiyi respublikanın hekayəsi! Sovet repressiya orqanlarında öz hakimiyyətini quran ata, respublikanı miras alan oğul, hakimiyyətin şərikinə çevrilən həyat yoldaşı və ətrafında milyardlarla dollarlıq biznes imperiyası formalaşmış iki qız. Bu, Əliyevlər ailəsinin respublikanı sanki öz şəxsi mülkləri kimi idarə etdiyi Azərbaycandır. Avtoritar hakimiyyətin hekayəsi ata Heydər Əliyevlə başlayır. O, karyerasına Sovet təhlükəsizlik orqanlarında başlayıb və 28 il bu strukturlarda çalışaraq SSRİ-nin kəşfiyyat sistemində yüksək vəzifəli məmura çevrilib. 1969-cu ildə Sovet Azərbaycanının kommunist rəhbəri olub və 1982-ci ilə qədər bu vəzifədə qalıb. Daha sonra Moskvadakı mərkəzi rəhbərliyə keçərək 1982–1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub. Sovet İttifaqının dağılmasından sonra Azərbaycanda yenidən hakimiyyətə qayıdıb, 1993-cü ildə respublikanın prezidenti olub və oğlunun hakimiyyətə gəlməsinə zəmin hazırlayıb. 2003-cü ildə İlham Əliyev seçki saxtakarlığı və müxalifətin repressiyaya məruz qalması ilə bağlı ittihamların səsləndirildiyi prezident seçkilərində hakimiyyətə gəlib və bütün hakimiyyəti öz əlində cəmləşdirib. 2017-ci ildə İlham Əliyev həyat yoldaşını birinci vitse-prezident təyin edərək onu hakimiyyətin ən yüksək pilləsinə gətirib. Bununla da zərurət yarandıqda prezident səlahiyyətlərini icra etmək baxımından ona konstitusion üstünlük verib. Həyat yoldaşı Mehriban Əliyeva geniş iqtisadi maraqlara malik nüfuzlu Paşayevlər ailəsindəndir. Beləliklə, siyasi hakimiyyət və sərvət iki nüfuzlu ailənin əlində birləşib. İlham Əliyevin qızları Leyla və Arzunun da ailəyə məxsus şirkətlər və aktivlər şəbəkəsi ilə əlaqəli olduğu bildirilir. “The Sentry” təşkilatının 2024-cü ildə açıqladığı məlumatlara görə, bu aktivlərin təxmini dəyəri 13 milyard dolları ötür. Araşdırmaçı jurnalistlərin apardığı təhqiqatlar İlham Əliyevin ailəsinə məxsus Londonda yüz milyonlarla dollar dəyərində dəbdəbəli daşınmaz əmlakın olduğunu da üzə çıxarıb. Bütün bunlar siyasi korrupsiya ilə bağlı sənədləşdirilmiş ittihamlar fonunda baş verir. Lakin bu hakimiyyətin digər üzü daha təhlükəlidir: azadlıqları məhdudlaşdıran, İslam dininə bağlılığın zahiri təzahürlərini hədəfə alan və İsrail işğalçıları ilə müttəfiqlik edən bir hakimiyyət. Bu gün isə hicablı qadınları təqib edir. Budur Azərbaycan! Repressiya və korrupsiya ilə kök salmış, İsraillə müttəfiqlik edən və İslamın dini ayinlərinə qarşı müharibə aparan bir ailənin hekayəsi! Qeyd: Tunisə məxsus olduğu bildirilən ərəbdilli “Meem Magazine” (ميم) media kanalı Azərbaycanda Əliyevlər ailəsinin hakimiyyəti, korrupsiya ittihamları, İsraillə münasibətlər və hicablı qadınlara qarşı təzyiqlərdən bəhs edən videomaterial yayımlayıb. Materialda xüsusilə Azərbaycanda hicaba qarşı məhdudiyyətlər və dini azadlıqların vəziyyəti tənqid olunur. ✡️ Abunə olun

  19. edited

    ❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  20. repost

    ⚡️İranın daxili işlər naziri Azərbaycanda keçirilən danışıqlardan məmnunluğunu bildirib İranın daxili işlər naziri İsgəndər Mömininin Azərbaycana son səfəri uğurlu olub. Bu barədə İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeyni-Vənd APA-nın Tehran bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, səfər zamanı tərəflər sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, silah və narkotik qaçaqmalçılığının qarşısının alınması, eləcə də digər məsələləri müzakirə ediblər. İranın daxili işlər naziri keçirilən danışıqlardan məmnunluğunu ifadə edib. Daxili İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, səfər çərçivəsində aparılan müzakirələrlə yanaşı, Azərbaycan tərəfi ilə bir sıra mühüm razılaşmalar da əldə olunub. Zeyni-Vənd qeyd edib ki, son səfərdən əvvəlki 10 il ərzində hər iki ölkənin daxili işlər nazirləri qarşılıqlı səfərlər həyata keçirməyiblər. O, rəsmi dəvət əsasında baş tutan səfərin müsbət məqamlarından biri kimi İranın daxili işlər nazirinin Azərbaycan Prezidenti ilə görüşünü xüsusi vurğulayıb. #İran #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  21. Older posts