⚡️İranın daxili işlər naziri Azərbaycanda keçirilən danışıqlardan məmnunluğunu bildirib İranın daxili işlər naziri İsgəndər Mömininin Azərbaycana son səfəri uğurlu olub. Bu barədə İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeyni-Vənd APA-nın Tehran bürosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, səfər zamanı tərəflər sərhəd təhlükəsizliyi, terrorizmlə mübarizə, silah və narkotik qaçaqmalçılığının qarşısının alınması, eləcə də digər məsələləri müzakirə ediblər. İranın daxili işlər naziri keçirilən danışıqlardan məmnunluğunu ifadə edib. Daxili İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, səfər çərçivəsində aparılan müzakirələrlə yanaşı, Azərbaycan tərəfi ilə bir sıra mühüm razılaşmalar da əldə olunub. Zeyni-Vənd qeyd edib ki, son səfərdən əvvəlki 10 il ərzində hər iki ölkənin daxili işlər nazirləri qarşılıqlı səfərlər həyata keçirməyiblər. O, rəsmi dəvət əsasında baş tutan səfərin müsbət məqamlarından biri kimi İranın daxili işlər nazirinin Azərbaycan Prezidenti ilə görüşünü xüsusi vurğulayıb. #İran #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA