☄️🇮🇷🇹🇷🤩 Ərdoğan: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Müdafiə Sazişi İrana və ya İsrailə qarşı yönəlməyib Türkiyə Prezidenti Ərdoğan Newsweek-ə verdiyi açıqlamada Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında birgə müdafiə sazişinin İrana, İsrailə və ya başqa bir ölkəyə qarşı yönəlmədiyini bildirib. Prezident qeyd edib ki, "Bu saziş daha təhlükəsiz, dinc və firavan bir gələcək qurmaq üçün ortaq məsuliyyətimizin ifadəsidir". O, sənədin BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslandığını bildirib. Üç ölkədən birinə silahlı hücum bütün tərəflərə hücum hesab ediləcək. Yardım formatı vəziyyətdən asılı olaraq, kəşfiyyat və lojistik dəstəkdən hərbi yardıma qədər dəyişəcək. İsrail haqqında danışan Ərdoğan bildirib: "Türkiyənin İsrail xalqına və ya başqa bir cəmiyyətə qarşı heç bir düşmənçiliyi yoxdur". Onun sözlərinə görə, Ankaranın şikayətləri Türkiyənin beynəlxalq hüquqa zidd və regionda qeyri-sabitliyə töhfə verdiyini düşündüyü İsrail siyasəti ilə bağlıdır. #İran #Türkiyə #Məkkə_sazişi Abunə olun 🟢 Ar-Rad İnfo
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!
-
-
repost 2- Avrosentrizm və özünə başqasının gözü ilə baxmaq Bu zehniyyətin formalaşdırılmasının əsas vasitələrindən biri tarix və mədəniyyət haqqında yaradılan təsəvvürdür. Dünya tarixi elə təqdim olunur ki, sanki sivilizasiyanın təbii mərkəzi Yunanıstan və Romadır, sonrakı mərhələdə isə Avropadır. Çin, Mesopotamiya, Misir, İran və ümumilikdə Şərqin nəhəng elmi, fəlsəfi və siyasi irsi ya ikinci plana keçirilir, ya da Qərb tarixinin periferiyasında təqdim edilir. Biz Roma filosoflarını, yunan filosoflarını öyrənirik, amma öz coğrafiyamızın filosoflarını, Şərqin düşüncə tarixini çox vaxt tanımırıq. Nəticədə Şərq insanı öz tarixini belə Qərbin ona verdiyi xəritə ilə öyrənir. Bu yanaşmanın mühüm formalarından biri avrosentrizmdir: Avropa dünya tarixinin mərkəzi kimi götürülür, başqa xalqlar və sivilizasiyalar isə həmin mərkəzə olan məsafələrinə görə qiymətləndirilirlər. Bu təsəvvürdə Qərb dünyanın qəlbi və ürəyidir; Şərq, Afrika və başqa coğrafiyalar isə sanki həmin dünyanın əli, ayağı və ya ətraf orqanlarıdır. Mərkəz düşünür, istehsal edir, fəlsəfə yaradır və tərəqqi edir; periferiyanın vəzifəsi isə mərkəzin arxasınca getməkdir. Beləliklə, siyasi hökmranlıq mədəni iyerarxiyaya çevrilir. Sonra həmin iyerarxiya insanın ən adi həyatına qədər daxil olur. Ona deyilir ki, sənin geyimin geridəqalmışdır, sənin qadının belə geyinməməlidir, sənin ailə münasibətlərin köhnədir, sənin dini dəyərlərin müasir deyil, sənin əxlaq normaların tərəqqiyə mane olur. Bəs “müasir” nədir? Müasir olmaq Qərbə oxşamaqdır. Beləcə, modernləşmə ilə qərbləşmə eyniləşdirilir. Qərbdən fərqli olan hər şey geriliyin, Qərbə bənzəyən hər şey isə tərəqqinin əlamətinə çevrilir. Ardı var... Orxan Məmmədov
-
☄️🤩 ABŞ Dövlət Departamentinin Kəşfiyyat Xidməti yeni direktor təyin edildikdən sonra kadr dəyişikliklərinə başlayıb. “Intelligence Online” xəbər verir ki, ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Tədqiqat Bürosu (INR) Maykl Vensin direktor təyin olunmasından bir ay sonra rəhbərlikdə dəyişikliklərə başlayıb. Sentyabrın sonunda icraçı direktor müavini Bevan Benjaminin yerinə əvvəllər Liviya və BƏƏ-dəki ABŞ diplomatik missiyalarında xidmət etmiş Fadi Həddad təyin olunacaq. Vens bildirib ki, onun prioritetlərindən biri INR-in Çin üzrə analitik imkanlarını gücləndirmək olacaq. Bu arada, 500-dən az işçisi olan büro resurs kəsintiləri ilə üzləşir. #ABŞ Abunə olun 🟢 Ar-Rad İnfo
-
☄️🇦🇿🇸🇾 Suriyanın İqtisadiyyat və Sənaye Naziri Əl-Şaar Bakıda keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) Azərbaycan-Suriya Birgə Biznes Şurasının yaradıldığını açıqladı. Onun sözlərinə görə, Suriyanın dünya ilə yenidən əlaqə qurması indi çox vacibdir. "Biz yenidən əlaqə qurmalı, proseslərlə yenidən əlaqə qurmalı, ölkəmizi yenidən qurmalı və bərpa etməli və varlığımızı dünyaya tanıtmalıyıq. Keçmişdə münasibətlərimiz olan, lakin sağlam olmayan bütün ölkələrlə münasibətlər qurmalıyıq", - Əl-Şaar bildirib. #Suriya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited
☄️🇦🇿🇹🇷 Türkiyə polis rəisi Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşmək üçün Bakıya gəlib. Türkiyə Daxili İşlər Nazirliyinin Baş Təhlükəsizlik İdarəsinin baş direktoru Əli Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan və Türkiyə arasında polis əməkdaşlığı üzrə doqquzuncu işçi görüşdə iştirak etmək üçün Bakıya gəlib. Fidan Azərbaycanın daxili işlər naziri Eyvazovla görüşüb. Tərəflər hüquq-mühafizə orqanlarının əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və qlobal təhdidlərə qarşı birgə mübarizə məsələlərini müzakirə ediblər. #Azərbaycan #Türkiyə Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ☄️🇮🇷🤩 Təxminən 80 ölkə Hörmüz boğazında naviqasiyanın bərpasına çağırdı. 24 sentyabrda təxminən 80 ölkədən ibarət koalisiya Hörmüz boğazında naviqasiya azadlığının tam bərpasına çağırdı. BMT Baş Assambleyasına oxunan birgə bəyanatda ölkələr İran və Ənsarullahın hərəkətlərini pislədilər və bunu beynəlxalq naviqasiya üçün təhdid kimi qiymətləndirdilər. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ☄️🇦🇿🇦🇲🇪🇺 Avropa Şurasının Baş katibi və ABŞ senatoru Ermənistanla Azərbaycan arasında sülhü müzakirə ediblər. Avropa Şurasının Baş katibi Alen Berset və ABŞ senatoru Stiv Deyns Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar edilməsi, Ukraynaya dəstək və Avropa Şurasının fəaliyyətini müzakirə ediblər. Deyns həmçinin bildirib ki, ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin gücləndirilməsi Tramp administrasiyası üçün prioritet məsələyə çevrilib. #Azərbaycan #Ermənistan #Avropa_ittifaqı Abunə olun 🟢 Ar-Rad İnfo
-
🤲🏻 Şəhid Həzrət Ayətullah Xamenei, İslam İnqilabının Rəhbəri, müqavimət cəbhəsinin uğuru üçün "Fəth" surəsinin, "Səhifeyi-Səccadiyyənin 14-cü duasının" və "Təvəssül" duasının oxunmasını tövsiyə etmişdir. #İran Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ☄️İrandan Hörmüz boğazı istiqamətinə raket atılıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
repost Müstəmləkəçilikdən zehni müstəmləkəçiliyə Hicab qadağasında qul psixologiyasının rolu Bismillahir-Rəhmanir-Rəhim. 1- Zehni müstəmləkəçilik Müasir siyasi ədəbiyyatda dünya ölkələrinin birinci, ikinci və üçüncü dünya ölkələri şəklində təsnif edilməsi uzun müddət geniş yayılmış yanaşmalardan biri olub. Birinci dünya dedikdə əsasən iqtisadi, texnoloji və siyasi baxımdan inkişaf etmiş Qərb dövlətləri nəzərdə tutulub. İsrail də adətən bu siyasi-iqtisadi məkanın tərkib hissəsi kimi qəbul edilir. Bu ölkələr yalnız iqtisadi və texnoloji üstünlüyə malik deyillər. Eyni zamanda öz fəlsəfi, siyasi, sosioloji və antropoloji məktəblərini yaradaraq dünyanı izah etmək üçün istifadə olunan anlayışların böyük hissəsinin formalaşmasına təsir göstəriblər. İkinci və xüsusilə üçüncü dünya adlandırılan ölkələrin mühüm bir hissəsi isə müstəmləkəçilik və ya xarici imperiyaların hökmranlığı təcrübəsini yaşayıb. Əlbəttə, bu bölgünü mütləqləşdirmək olmaz. Məsələn, Rusiya özü imperiya olmuş bir dövlət olsa da, tarixi siyasi təsnifatlarda ikinci dünya daxilində göstərilib. Üçüncü dünya ölkələrinin böyük bir hissəsi isə keçmiş müstəmləkələrdən və ya böyük imperiyaların hakimiyyəti altında yaşamış xalqlardan ibarət olub. Lakin müstəmləkəçiliyin nəticələrini yalnız iqtisadi gerilik, zəif siyasi institutlar və sərvətlərin istismarı ilə məhdudlaşdırmaq olmaz. Müstəmləkəçi bir gün ordusunu geri çəkə, bayrağını endirə və idarəetmə aparatını götürüb gedə bilər, amma öz düşüncə sistemini müstəmləkə etdiyi xalqın beynində qoyub gedər. Ən təhlükəli müstəmləkəçilik də budur: torpağın deyil, zehnin işğalı. Müstəmləkə edilmiş xalqa illərlə, bəzən əsrlərlə açıq və ya dolayı şəkildə belə bir fikir təlqin edilir: sən ikinci və ya üçüncü dərəcəli insansan, sənin ağan isə səndən üstündür. Sənin tarixin onun tarixindən, dilin onun dilindən, geyimin onun geyimindən, mədəniyyətin onun mədəniyyətindən, hətta zahiri görünüşün belə onun zahiri görünüşündən aşağıdır. Bu fikir bir nəslə deyilmir, nəsillərlə təkrarlanır. Sonra bir gün müstəmləkəçi gedir, amma onun səsi müstəmləkə edilmiş insanın daxilində danışmağa davam edir. Artıq ona kimsə “sən aşağısan” deməyə ehtiyac duymur. O özü bunu özünə deyir. Hətta öz qara saçına, qara gözünə, dərisinin rənginə baxıb bunları aşağılıq əlaməti hesab edir, sarışın və göygöz insanı isə gözəlliyin və üstünlüyün standartı kimi qəbul edir. Uşaqlıqdan uşağın əlinə sarışın, göygöz kukla verilir və onun estetik idealı belə tədricən formalaşdırılır. Qul psixologiyasının ən dəhşətli mərhələsi məhz budur: ağanın sənə baxdığı gözlə özünə baxmağa başlamaq. Ardı var... Orxan Məmmədov
-
repost Salam əleykum, əziz dostlar. Biz “idrak savaşı”ndayıq və başımıza gələn müsibətlərin böyük bir hissəsi məhz bu savaşda məğlub olmağımızın nəticəsidir. Bu gündən etibarən hər gün “Müstəmləkəçilikdən zehni müstəmləkəçiliyə: hicab qadağasında qul psixologiyasının rolu” ümumi başlığı altında yazılarımı və fikirlərimi sizinlə bölüşəcəyəm. Bu mətnlər uzun illər ərzində qələmə alınıb, lakin indiyədək çapa verilməyib. Yazıların ümumi həcmi 600 səhifədən çoxdur. İndi isə Azərbaycan qadınının geyiminə qarşı edilən son hücumları nəzərə alaraq həmin yazılardan birini yenidən işlədim, müəyyən əlavələr etdim və baş verən hadisələrə uyğunlaşdıraraq sizinlə bölüşmək qərarına gəldim. Xahiş edirəm, bu yazıları diqqətlə oxuyun və paylaşın. Xüsusilə onları ziyalılara, düşüncə və fikir əhlinə, cəmiyyətdə fikir formalaşdıran insanlara çatdırmağa çalışın. Çünki idrak savaşında mübarizə yalnız hadisələrə reaksiya verməklə aparılmır. Əsas mübarizə insanların hadisələri hansı gözlə gördüyü, hansı anlayışlarla düşündüyü və özünü hansı meyarlarla qiymətləndirdiyi üzərində də gedir. Orxan Məmmədov https://t.me/qaf_simurq
-
edited ☄️Məlumatlara görə, İraq hökumətinin göstərişi ilə Yaşayış və Pasport İşləri İdarəsinə Nəcəf hava limanında iranlılara giriş icazələrinin verilməməsi barədə göstəriş verilib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ☄️NewsNation-un məlumatına görə, Nyu-Yorkda ABŞ və İran rəsmiləri arasında davam edən dolayı danışıqlarda vasitəçiliyi Qətər həyata keçirir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
repost İnşallah, tezliklə... Şəhid Seyyid Həsən Nəsrullahın şəhadətinin ildönümü münasibətilə onun həyatına dair, öz xatirələri əsasında qələmə alınmış “Əziz Seyyid” kitabının tərcüməsini sizə təqdim edəcəyik. Azərbaycan Araşdırma Mərkəzi
-
edited
☄️Türkiyə ABŞ-ın aviasiya sanksiyalarına baxmayaraq, İran təyyarəsinə Ankaradakı hava limanında eniş etməyə və xidmət göstərilməsinə icazə verib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited
☄️ Yəməndən Səudiyyə Ərəbistanının Cizan şəhərinə hücum həyata keçirilib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
☄️İraqın Bədr Təşkilatının siyasi bürosunun rəhbəri: “İran İslam Respublikasının mühasirəsinə yox, İraqın suverenliyinə bəli!” Bədr Təşkilatının siyasi bürosunun rəhbəri xalqı sabah İran İslam Respublikasına dəstək vermək və ABŞ-ın İraqa müdaxiləsini pisləmək üçün küçələrə çıxmağa çağırıb. O, insanları “Mühasirəyə yox, suverenliyə bəli!” şüarını səsləndirməyə çağırıb.
-
edited
☄️Səudiyyə Ərəbistanının Böyük Müftisi Əl-Fövzan dini səfərbərlik xarakterli bəyanat yayaraq Səudiyyə Ərəbistanının ərazisinin və müqəddəs məkanların müdafiəsini “ən böyük dini vəzifələrdən biri” adlandırıb. O, Ənsarullahı “şər dəstəsi” və “düşmənlərin planı” kimi xarakterizə edib, onların “tam məğlub edilməsinə və məhv edilməsinə” çağırıb və Koalisiya qüvvələrini “bu azğın məzhəbə qarşı vahid mövqe tutmağa” səsləyib. O, Yəməndə beynəlxalq səviyyədə tanınan hökumətin hakimiyyətinin bərpasını isə “ən təxirəsalınmaz vəzifələrdən biri” kimi təqdim edib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ☄️İranın xarici işlər naziri Abbas Əraqçi: “BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti İsrailin baş naziri ilə birlikdə faktları təhrif etməyə, qurbanla təcavüzkarın rollarını dəyişdirməyə çalışdı. ABŞ və İsrail rejimi İran xalqına qarşı törətdikləri cinayət xarakterli əməlləri ört-basdır edə bilməz.” #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ☄️İranın xarici işlər naziri Abbas Əraqçi: “2026-cı il fevralın 28-dək Hörmüz boğazı açıq idi. Hörmüz boğazında hökm sürən təhlükəsizliksizlik və dəniz gəmiçiliyinin pozulması ABŞ və İsrail rejiminin təcavüzkar əməllərinin birbaşa nəticəsidir. Siz bir ölkəni bombalayıb, onun məhv ediləcəyi ilə hədələyib, dəniz blokadası və məcburedici tədbirlər tətbiq edib, sonra isə təhlükəsizliyin və gəmiçiliyin avtomatik olaraq bərpa olunacağını gözləyə bilməzsiniz.” #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
- Older posts