Müstəmləkəçilikdən zehni müstəmləkəçiliyə Hicab qadağasında qul psixologiyasının rolu Bismillahir-Rəhmanir-Rəhim. 1- Zehni müstəmləkəçilik Müasir siyasi ədəbiyyatda dünya ölkələrinin birinci, ikinci və üçüncü dünya ölkələri şəklində təsnif edilməsi uzun müddət geniş yayılmış yanaşmalardan biri olub. Birinci dünya dedikdə əsasən iqtisadi, texnoloji və siyasi baxımdan inkişaf etmiş Qərb dövlətləri nəzərdə tutulub. İsrail də adətən bu siyasi-iqtisadi məkanın tərkib hissəsi kimi qəbul edilir. Bu ölkələr yalnız iqtisadi və texnoloji üstünlüyə malik deyillər. Eyni zamanda öz fəlsəfi, siyasi, sosioloji və antropoloji məktəblərini yaradaraq dünyanı izah etmək üçün istifadə olunan anlayışların böyük hissəsinin formalaşmasına təsir göstəriblər. İkinci və xüsusilə üçüncü dünya adlandırılan ölkələrin mühüm bir hissəsi isə müstəmləkəçilik və ya xarici imperiyaların hökmranlığı təcrübəsini yaşayıb. Əlbəttə, bu bölgünü mütləqləşdirmək olmaz. Məsələn, Rusiya özü imperiya olmuş bir dövlət olsa da, tarixi siyasi təsnifatlarda ikinci dünya daxilində göstərilib. Üçüncü dünya ölkələrinin böyük bir hissəsi isə keçmiş müstəmləkələrdən və ya böyük imperiyaların hakimiyyəti altında yaşamış xalqlardan ibarət olub. Lakin müstəmləkəçiliyin nəticələrini yalnız iqtisadi gerilik, zəif siyasi institutlar və sərvətlərin istismarı ilə məhdudlaşdırmaq olmaz. Müstəmləkəçi bir gün ordusunu geri çəkə, bayrağını endirə və idarəetmə aparatını götürüb gedə bilər, amma öz düşüncə sistemini müstəmləkə etdiyi xalqın beynində qoyub gedər. Ən təhlükəli müstəmləkəçilik də budur: torpağın deyil, zehnin işğalı. Müstəmləkə edilmiş xalqa illərlə, bəzən əsrlərlə açıq və ya dolayı şəkildə belə bir fikir təlqin edilir: sən ikinci və ya üçüncü dərəcəli insansan, sənin ağan isə səndən üstündür. Sənin tarixin onun tarixindən, dilin onun dilindən, geyimin onun geyimindən, mədəniyyətin onun mədəniyyətindən, hətta zahiri görünüşün belə onun zahiri görünüşündən aşağıdır. Bu fikir bir nəslə deyilmir, nəsillərlə təkrarlanır. Sonra bir gün müstəmləkəçi gedir, amma onun səsi müstəmləkə edilmiş insanın daxilində danışmağa davam edir. Artıq ona kimsə “sən aşağısan” deməyə ehtiyac duymur. O özü bunu özünə deyir. Hətta öz qara saçına, qara gözünə, dərisinin rənginə baxıb bunları aşağılıq əlaməti hesab edir, sarışın və göygöz insanı isə gözəlliyin və üstünlüyün standartı kimi qəbul edir. Uşaqlıqdan uşağın əlinə sarışın, göygöz kukla verilir və onun estetik idealı belə tədricən formalaşdırılır. Qul psixologiyasının ən dəhşətli mərhələsi məhz budur: ağanın sənə baxdığı gözlə özünə baxmağa başlamaq. Ardı var... Orxan Məmmədov
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
−100 24h
Reach per post (ERR)
10.2%2.5K avg views
Posting
79.7/day
last 10 minutes ago
Reactions per 1K views
62.2
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 25 Sep 2026, 23:20 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.2K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.