2- Avrosentrizm və özünə başqasının gözü ilə baxmaq Bu zehniyyətin formalaşdırılmasının əsas vasitələrindən biri tarix və mədəniyyət haqqında yaradılan təsəvvürdür. Dünya tarixi elə təqdim olunur ki, sanki sivilizasiyanın təbii mərkəzi Yunanıstan və Romadır, sonrakı mərhələdə isə Avropadır. Çin, Mesopotamiya, Misir, İran və ümumilikdə Şərqin nəhəng elmi, fəlsəfi və siyasi irsi ya ikinci plana keçirilir, ya da Qərb tarixinin periferiyasında təqdim edilir. Biz Roma filosoflarını, yunan filosoflarını öyrənirik, amma öz coğrafiyamızın filosoflarını, Şərqin düşüncə tarixini çox vaxt tanımırıq. Nəticədə Şərq insanı öz tarixini belə Qərbin ona verdiyi xəritə ilə öyrənir. Bu yanaşmanın mühüm formalarından biri avrosentrizmdir: Avropa dünya tarixinin mərkəzi kimi götürülür, başqa xalqlar və sivilizasiyalar isə həmin mərkəzə olan məsafələrinə görə qiymətləndirilirlər. Bu təsəvvürdə Qərb dünyanın qəlbi və ürəyidir; Şərq, Afrika və başqa coğrafiyalar isə sanki həmin dünyanın əli, ayağı və ya ətraf orqanlarıdır. Mərkəz düşünür, istehsal edir, fəlsəfə yaradır və tərəqqi edir; periferiyanın vəzifəsi isə mərkəzin arxasınca getməkdir. Beləliklə, siyasi hökmranlıq mədəni iyerarxiyaya çevrilir. Sonra həmin iyerarxiya insanın ən adi həyatına qədər daxil olur. Ona deyilir ki, sənin geyimin geridəqalmışdır, sənin qadının belə geyinməməlidir, sənin ailə münasibətlərin köhnədir, sənin dini dəyərlərin müasir deyil, sənin əxlaq normaların tərəqqiyə mane olur. Bəs “müasir” nədir? Müasir olmaq Qərbə oxşamaqdır. Beləcə, modernləşmə ilə qərbləşmə eyniləşdirilir. Qərbdən fərqli olan hər şey geriliyin, Qərbə bənzəyən hər şey isə tərəqqinin əlamətinə çevrilir. Ardı var... Orxan Məmmədov
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.7K
−100 24h
Reach per post (ERR)
10.2%2.5K avg views
Posting
79.7/day
last 9 minutes ago
Reactions per 1K views
62.2
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 26 Sep 2026, 05:25 | 0 |
| 13 Nov 2026, 15:49 | 2K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.