[Ar-Rad informasiya agentliyi]
Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!
Subscribers24.8K +0 24h
Reach per post (ERR)10.7%2.7K avg views
Posting81.0/daylast 1 hour ago
Reactions per 1K views62.3🤬 ❤ 👍
edited
☄️ Fars xəbər agentliyi: Israel Hayom qəzetinin İranın 8 milyard dollarlıq dondurulmuş aktivlərinin azad edilməsi müqabilində Hörmüz boğazının açılması ilə bağlı danışıqlar aparıldığı barədə yaydığı xəbər yalandır.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
☄️ Associated Press: Suriya Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında mövcud olan Məkkə Birgə Müdafiə Sazişinə qoşulmağa hazırlaşır!
#Türkiyə
#Səudiyyə_rejimi
#Pakistan
#Suriya
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
☄️ Israel Hayom: İran Hörmüz boğazının açılması müqabilində 8 milyard dollar dəyərində dondurulmuş aktivlərinin azad edilməsini təklif edib.
🔹 Təklifə əsasən, İranın Fars körfəzində gəmiçiliyə qarşı hücumları dayandırılacaq, ABŞ-ın İrana qarşı tətbiq etdiyi məhdudiyyətlər isə ləğv ediləcək.
🔹 İranın nüvə proqramı bu təklif olunan razılaşmaya daxil deyil.
🔹 Donald Trampın bazar ertəsi bu təklifi Qətərin baş naziri ilə müzakirə edəcəyi gözlənilir.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
☄️ Ankara iddia etdi: Qətər Trampın müavini ilə Möhsün Rzainin görüşünə ev sahibliyi edəcək
🔹 Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bu gün, bazar ertəsi keçirilən toplantıda gələn həftə ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İranın Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai arasında Qətərdə görüş keçirilməsi planını təsdiqləyib.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
☄️Cuhud mediası: İsrail polisi və ŞABAK İranla əlaqəli haker qrupu tərəfindən Təl-Əvivdə poçt qutularına yerləşdirilən təhdid məzmunlu vərəqələrlə bağlı araşdırma aparır.
Vərəqələrin üzərindəki QR-kod «Hənzələ komandası»nın (Handala Team) saytına yönləndirir.
Saytda İsrailə xəbərdarlıq edilir ki, Müqavimət Cəbhəsinin enerji infrastrukturuna hücum ediləcəyi təqdirdə, işğal olunmuş ərazilərdəki elektrik stansiyaları, neft emalı zavodları və su təmizləyici qurğular hədəfə alınacaq.
Vərəqələr polis tərəfindən sübut kimi götürülüb. Araşdırmaya ŞABAK da qoşulub.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
repost
🌐 Yankilər Xəzərə girir?
Bəs Azərbaycan nə edəcək?
Amerikalılar dəniz və quru marşrutlarına nəzarət etmək məqsədilə «Dəmir qapılar» adlı CENTCOM əməliyyat qrupunu yaradaraq Xəzər dənizinə daxil olmağa qərar veriblər. Məqsəd İrana silah, sanksiyalara məruz qalan malların və maliyyə vəsaitlərinin daşınmasının qarşısını almaqdır.
Amerikanın bu ambisiyaları Azərbaycana da təsir edə bilər. Lakin Bakıda hələlik bu xəbərə rəsmi münasibət bildirilməyib. Bunun əvəzində Tehranda təşəbbüsü «söz oyunu» və ABŞ-ın uğursuzluqlarını kompensasiya etmək cəhdi adlandırıblar. Həmçinin bildirilib ki, qonşu ölkələrin, o cümlədən Azərbaycan və Ermənistanın əməkdaşlığı olmadan Vaşinqton Xəzər istiqamətinə çıxış əldə edə bilməyəcək.
Bakı onsuz da ABŞ-İsrail ittifaqı ilə sıx əməkdaşlıq edir. Bununla yanaşı, İranla iqtisadi və siyasi münasibətləri də qorumağa çalışır. Azərbaycanın mümkün fəaliyyət ssenarisi «Dəmir qapılar» təşəbbüsünə rəsmi şəkildə qoşulmadan kəşfiyyat məlumatlarının mübadiləsi, şübhəli yüklərin yoxlanılması və maliyyə monitorinqinin aparılması ola bilər.
Amerikanın təşəbbüsünün özü də böyük sual doğurur. Hələlik söhbət yalnız koordinasiya qərargahının yaradılmasından gedir. Dəniz, hava və quru blokadası ilə bağlı əvvəlki cəhdlər isə məqsədlərinə çatmayıb. Bununla belə, İrana qarşı təzyiq cəhdlərinin davam etdirilməsi Cənubi Qafqaz ölkələrini getdikcə daha çox münaqişəyə cəlb edə bilər. Azərbaycan və Ermənistan amerikalılara imtina edə biləcəklərmi? Bu sualın cavabı, demək olar ki, ritorikdir.
#İran
#ABŞ
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad GA
repost
🌐 Ərdoğanın güzəştləri
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri barışıq jesti kimi planlaşdırılsa da, Türkiyə mediasında «diplomatik alçalma» ittihamlarına səbəb olub.
Türkiyə-Azərbaycan tərəfdaşlığının liderləri böhrandan sonra birlik nümayiş etdirməyə çalışsalar da, tənqidçilər bu səfəri bir sıra açıq alçaldıcı hadisələrdən sonra İlham Əliyevin rəğbətini qazanmaq cəhdi kimi qiymətləndiriblər. Xüsusilə də Əliyevin şəxsi dəvətə baxmayaraq, Ankarada keçirilən «Türk Dövlətləri Təşkilatı» sammitində iştirak etmək üçün şəxsən gəlməkdən imtina etməsi Türkiyə tərəfi üçün xüsusilə ağır olub.
Əsas hadisə isə Ərdoğanın müşaviri Oktay Saralın taleyi ilə bağlı olub. Onun Azərbaycandakı məktəblərdə hicab qadağasını tənqid etməsindən sonra Bakıda onun vəzifədən azad edilməsi tələb olunub. Oktyabrın 26-da Saral vəzifəsindən ayrıldığını açıqlayıb. Bu isə belə təəssürat yaradır ki, Ərdoğan Əliyevlə münasibətləri qorumaq naminə öz silahdaşından imtina edib, daha sonra isə diplomatik qarşılıqlılığın ənənəvi prinsiplərini pozaraq özü Azərbaycana səfər edib.
Baş verənlər bir daha təsdiqləyir ki, tərəfdaşlığın problemi yalnız «üçüncü ölkələrin maneələri» ilə bağlı deyil. İkitərəfli münasibətlər gündəliyində, ilk növbədə, Türkiyə ictimaiyyətinin narazılığına səbəb olan kifayət qədər problem toplanıb. Beləliklə, «türk qardaşlığı» anlayışının legitimliyi həm Türkiyənin, həm də Azərbaycanın daxilində sarsılır.
Mənbə: Rybar
#Türkiyə
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad GA
repost
⚡️Azərbaycanda məktəblərdə hicab qadağası: Şagird qızlar təhsildən uzaqlaşdırılır, anaları isə həbs edilir
Azərbaycanda təhsil müəssisələrində hicab taxılmasına qoyulan qadağa fonunda sərt təzyiqlər davam edir. Şagird qızların sinif otaqlarına daxil olmasına icazə verilmir, qızlarının təhsil hüququnu təmin etməyə çalışan anaları isə həbs olunur.
Valideynlərin təqibə məruz qaldığı bir neçə hadisə qeydə alınıb:
⚪️15 yaşlı Nubar Həsənovanın anası qızını məktəbə buraxılmadığı üçün sinfinə aparmağa çalışarkən mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən həddindən artıq güc tətbiq edilməklə saxlanılıb.
⚪️Dördüncü sinif şagirdinin anası Çinarə Dərgahova aldadılıb. Ona bu məsələ ilə bağlı keçirilən etiraz aksiyalarından paylaşdığı videoları siləcəyi təqdirdə qızının yenidən məktəbə buraxılacağı vəd edilib. Lakin o, sonradan gözlənilmədən həbs olunub.
#Hicaba_azadlıq
#Azərbaycan
Abunə olun 🟢 Ar-Rad GA
repost
▶️Yeni kadrlar
🇮🇷İran İslam Cümhuriyyətinin Azərbaycan qaçqınları üçün tikdiyi çadır düşərgələri → 09.10.1993
https://t.me/qardas_yardimlari
edited
☄️ Türkiyə mediası: İzmir şəhərindəki dəmir-polad zavodunda baş verən partlayış nəticəsində indiyədək 6 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
Hadisənin səbəbi və təfərrüatları barədə hələlik məlumat yayılmayıb.
#Türkiyə
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
☄️ Ərdoğan: İrana qarşı yeni hücum dalğasının şahidi olmaq istəmirik. Narahatlıqlarımızı Trampla görüşümüz zamanı ona çatdırdıq.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
#Türkiyə
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
⚡️⚡️⚡️⚡️⚡️
☄️ İran Dövlət Televiziyası: İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri regionun sularında düşmənə məxsus dəniz naviqasiya sistemlərinin fəaliyyətini pozub. 🇮🇷🇺🇸
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
☄️ Türkiyədə dəmir-polad zavodunda güclü partlayış və yanğın baş verib
🔹 Türkiyənin İzmir vilayətində yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış yanğına və bir neçə nəfərin xəsarət almasına səbəb olub.
🔹 “Turkey Today” nəşrinin məlumatına görə, yaralananlardan 11-i tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Eyni zamanda, bəzi işçilərin zavodun daxilində köməksiz vəziyyətdə qalması ehtimalı ilə bağlı narahatlıq var.
#Türkiyə
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
☄️ABŞ-ın İsrail rejiminindəki səfiri Mayk Hakabi:
“İranla müharibəyə qarşı çıxan insanlar şeytanın gözlərini kor etdiyi şəxslərdir”.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
edited
☄️ Ayzenkot: İsrail İran hakimiyyətinin süqutunu istəyir. Lakin bu məqsədə İran xalqına dəstək vermək və ölkə daxilində baş verən proseslər vasitəsilə nail olunmalıdır.
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo
repost
🔠Azərbaycanın Tehrandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.
Rəsmi Tehran 14 İran vətəndaşının arzuolunmaz şəxslər siyahısına əlavə edilməsi ilə bağlı etirazını bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan tərəfinin qərarını "dost olmayan" adlandırıb.
➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin
repost
Yeni video
Yüngül qadınlar
Şeyx Orxan Məmmədov
edited
☄️ Jurnalist: Aralıq seçkiləri artıq başa çatıb. İndi İranla müharibəni daha da genişləndirmək niyyətində deyilsiniz?
🔹 Tramp: Xeyr, belə bir niyyətim yoxdur. Bunun üçün hər hansı bir səbəb olduğunu düşünmürəm.
🔹 Jurnalist: Amma onların hələ də nüvə materialları var.
🔹 Tramp: Onların heç nəyi yoxdur. Hər şey minlərlə ton qayanın altında basdırılıb!
#Müqavimət_Cəbhəsi
#Epşteyn_Alyansı
#Haqqla_Batilin_Müharibəsi
Abunə olun 🟢 Ar-Rad İnfo