⚡️Azərbaycanda məktəblərdə hicab qadağası: Şagird qızlar təhsildən uzaqlaşdırılır, anaları isə həbs edilir Azərbaycanda təhsil müəssisələrində hicab taxılmasına qoyulan qadağa fonunda sərt təzyiqlər davam edir. Şagird qızların sinif otaqlarına daxil olmasına icazə verilmir, qızlarının təhsil hüququnu təmin etməyə çalışan anaları isə həbs olunur. Valideynlərin təqibə məruz qaldığı bir neçə hadisə qeydə alınıb: ⚪️15 yaşlı Nubar Həsənovanın anası qızını məktəbə buraxılmadığı üçün sinfinə aparmağa çalışarkən mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən həddindən artıq güc tətbiq edilməklə saxlanılıb. ⚪️Dördüncü sinif şagirdinin anası Çinarə Dərgahova aldadılıb. Ona bu məsələ ilə bağlı keçirilən etiraz aksiyalarından paylaşdığı videoları siləcəyi təqdirdə qızının yenidən məktəbə buraxılacağı vəd edilib. Lakin o, sonradan gözlənilmədən həbs olunub. #Hicaba_azadlıq #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA