𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 17 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
  1. edited

    ☄️ABŞ-nin CBS telekanalının yaydığı məlumata görə, Vaşinqton hazırda Yaxın Şərq regionu boyunca diplomatik əməkdaşlarının və hərbi personalının genişmiqyaslı təxliyəsini həyata keçirir. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki səfirlik əməkdaşlarının başqa yerlərə köçürülməsi ilə bağlı suala cavab verərkən belə deyib: “Yaxın Şərqdəki səfirlik əməkdaşlarının başqa yerlərə köçürülməsi barədə heç bir məlumatım yoxdur”. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  2. edited

    ☄️ Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  3. edited

    ☄️ Hazırda Əl-Udeyd hərbi hava bazasından ABŞ-yə məxsus hərbi qüvvə və texnikanın genişmiqyaslı şəkildə çıxarılması müşahidə olunur. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  4. edited

    ☄️Hörmüz boğazında qaydaları pozan gəmilərə doğru qanadlı raketlər buraxılıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  5. ☄️Livanda və İranda hicab qadağasına etirazlar davam edir Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  6. edited

    ☄️ Tehrandakı yüksəkvəzifəli təhlükəsizlik rəsmilərindən biri bildirib ki, İran ABŞ və İsrailin hərbi hücumunu əsas ehtimal kimi qəbul edir və Vaşinqtonun diplomatik jestlərini etibarsız hesab edir. Onun sözlərinə görə, bu qənaət xüsusilə Rubionun Afinada etdiyi çıxışdan sonra daha da güclənib. Belə ki, həmin çıxışda ABŞ-nin İrana qarşı müharibəsinə tarixi və sivilizasiya baxımından bəraət qazandırılmağa çalışılıb. İranın siyasi rəhbərliyi, eləcə də ölkənin siyasi və ziyalı elitası indiyədək görünməmiş dərəcədə ortaq qənaətə gəlib ki, ABŞ-nin Yaxın Şərq siyasəti Təl-Əvivdən istiqamətləndirilir. Onların fikrincə, İsrail Vaşinqtonun hər hansı diplomatik həll yoluna əl atmasına qətiyyən imkan vermir. Çünki Tramp üçün İsrail hər şeydən öndədir! İran artıq özünü ABŞ ilə müharibə vəziyyətində hesab edir. Tehran Vaşinqtonun tətbiq etdiyi iqtisadi və dəniz blokadasını, eləcə də hava məkanına qoyulan məhdudiyyətləri 9 İsfənd tarixində başlayan hərbi təcavüzün davamı kimi qiymətləndirir. Bu səbəbdən ölkədə müxtəlif ictimai təbəqələr tərəfindən qanuni özünümüdafiə hüququ çərçivəsində blokadanın yarılması üçün qətiyyətli addımların atılması istiqamətində ciddi təzyiqlər mövcuddur. Sözügedən təhlükəsizlik rəsmisinin bildirdiyinə görə, İran artıq müxtəlif əməliyyat bölmələrinə müvafiq göstərişlər verib. Belə ki, genişmiqyaslı müharibənin yeni mərhələsi başlayarsa, o cümlədən İran rəsmilərinə qarşı növbəti sui-qəsd dalğası həyata keçirilərsə və mülki əhali qətlə yetirilərsə, Tehran ABŞ-yə və müharibədə iştirak edən digər tərəflərə məxsus siyasi obyektləri, eləcə də onların infrastrukturunu qanuni hərbi hədəf hesab edərək müvafiq tədbirlər görəcək. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  7. edited

    ☄️ Tramp jurnalistə müraciət edərək: “Sən ümumiyyətlə, nə barədə danışdığını başa düşmürsən! Sən axmaqsan! Sən CNN telekanalında çalışan, intellektual səviyyəsi aşağı olan birisən!” #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  8. edited

    ☄️ Əli Qolhəki: Pakistan və İraq ABŞ ilə tam əməkdaşlıq çərçivəsində İranla quru sərhədlərinin bir hissəsini bağlayıblar. 🇮🇶🇵🇰🇮🇷🇺🇸 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  9. repost

    🔠Siyavuş Novruzov xarici hibrid informasiya təhdidlərinə qarşı mübarizə bayrağını qaldırıb. Bələdiyyələrə dezinformasiya ilə mübarizə aparmaq tapşırılıb Milli Məclisin üzvü Siyavuş Novruzov bildirib ki, İlham Əliyev süni intellektdən istifadə etməklə yaradılan məlumatlar da daxil olmaqla, Azərbaycan haqqında məlumatların yayılmasına qarşı mübarizə aparmaq vəzifəsini qoyub. Onun sözlərinə görə, deputatlar və bələdiyyə nümayəndələri ictimaiyyəti dövlət siyasəti barədə daha fəal şəkildə məlumatlandırmalı və dezinformasiyanı təkzib etməlidirlər. P.S Deyəsən söhbət bizdən gedir...)) ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin

  10. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ 🔹 İsrailin “Haaretz” qəzeti Ağ Evdəki mənbələrə istinadən: “Görünür, son saatlarda ABŞ-nin mövqeyində dəyişiklik baş verib və İrana qarşı qabaqlayıcı hərbi zərbə endirilməsi ehtimalı gündəmə gəlib.” #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  11. repost

    ⚡️İraq azərbaycanlı hicablı qızları ölkənin universitetlərində təhsil almağa dəvət edib İraqın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi bildirib ki, nazirliyin Məşvərət Şurası azərbaycanlı hicablı qızların İraq universitetlərində təhsil almağa dəvət edilməsi barədə qərarı təsdiqləyib. Nazirliyin bəyanatına əsasən, həmin tələbələr mövcud universitetə qəbul imkanlarından və “İraqda təhsil al” proqramından yararlana bilərlər. Bu proqram çərçivəsində ödənişsiz təhsil üçün təqaüd imkanları da nəzərdə tutulub. Qərar 21 oktyabr 2026-cı il, çərşənbə günü keçirilən iclasda müzakirə edilərək təsdiqlənib. #İraq #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

  12. repost

    🔠Beynəlxalq kampaniya məktəblərdə De-fakto Hicab Qadağasının ləğvini tələb edib 🟠21 oktyabrda İslam İnsan Hüquqları Komissiyası İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə Azərbaycana qarşı təzyiq kampaniyasına başladı. Yeni məktəbli forması qaydalarında hicab açıq şəkildə qeyd olunmasa da, guya "dünyəvilik prinsipini" pozan geyimlər qadağandır. 12 oktyabrdan bəri hicablı qadın şagird və müəllimlərin bir sıra məktəblərə girməsi qadağan edilib. 🟠23 ildir dərs deyən ingilis dili müəllimi Gülşən Əliyeva nə özünün, nə də qızının məktəbə buraxılmadığını bildirib. Daxili İşlər Nazirliyi xeyli sayda etirazçının "ictimai asayişi pozmaq" ittihamı ilə saxlanıldığını təsdiqləyib. Amnesty International ayrı-seçkilik məhdudiyyətlərinin qaldırılmasını və dinc etirazçıların azad edilməsini tələb edib. #Hicaba_azadlıq #Hicab_qadağasına_susma ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin

  13. repost

    ⚡️İsrail ordusu Qəzzanın şimalında irəliləyir: hücumlarda beş nəfər həyatını itirib Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Cəbəliya düşərgəsinə və Xan Yunisə hücumlarında bir yeniyetmə də daxil olmaqla beş nəfər şəhid olub. "Əl-Qüds" qəzeti xəbər verir ki, İsrail hərbi maşınları Qəzza zolağının şimalındakı Kamal Ədvan Xəstəxanasının ətrafındakı əraziyə irəliləyib. Burada məcburi köçkünlərin evləri və çadırları ağır atəşə tutulur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Qəzzada vəziyyəti fəlakətli adlandırıb, qida və su çatışmazlığını əsas gətirib və beynəlxalq ictimaiyyəti humanitar vəziyyətə görə məsuliyyət daşımağa çağırıb. Ben-Qvir bildirib ki, İsrail hökuməti "Qəzzanın 60%-ni məhv edib və minlərlə, bəlkə də on minlərlə insanı qətlə yetirib". O, HƏMAS-ın məhv edilməsinə, Qəzza zolağının işğalına, əhalisinin mühacirətinin təşviq edilməsinə və Fələstin Muxtariyyətinin dağılmasına çağırıb. #Fələstin #İşğalçı_Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad Fələstin

  14. edited

    ☄️ ABŞ Dövlət Departamenti Fransanın AFP xəbər agentliyinin yaydığı məlumatı təkzib edərək təsdiqləyib ki, Yəməndən həyata keçirilən hücumların artması səbəbindən yalnız Səudiyyə Ərəbistanında çalışan ABŞ əməkdaşlarının təxliyəsi barədə göstəriş verilib. 🇺🇸🇸🇦🇾🇪 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  15. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ İlkin və hələlik təsdiqlənməmiş məlumatlara görə, ABŞ ordusunun İranın Sirik şəhərində yerləşən ərazilərdən birinə hücum etdiyi iddia olunur. Eyni zamanda, İranın cənub sahillərində bir pilotsuz uçuş aparatının (PUA) vurularaq yerə salındığı barədə ilkin məlumatlar yayılıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  16. edited

    ☄️ ABŞ-nin dörd ölkədəki səfirliklərinin əməkdaşlarına ölkəni tərk etmək göstərişi verildiyi bildirilir Ərəb mənbələrinin yaydığı məlumatlara görə, ABŞ-nin Qətər və Bəhreyndəki səfirliklərinin əməkdaşlarına ailələri ilə birlikdə bu ölkələri tərk etmək barədə göstəriş verilib. Eyni zamanda, ABŞ-nin İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki səfirliklərinin də əməkdaşlarına ailələri ilə birlikdə ölkədən çıxmaq göstərişi verdiyi bildirilir. Digər tərəfdən, xəbər mənbələri İranın Sirik şəhəri yaxınlığında iki güclü partlayış səsinin eşidildiyini bildirirlər. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  17. edited

    ☄️ Cuhud rejimində hava hücumundan müdafiə sistemlərinin yerinin dəyişdirilməsi və yeni mövqelərdə yerləşdirilməsini əks etdirdiyi iddia olunan görüntülər. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  18. edited

    ☄️ABŞ rəsmiləri: "Fars körfəzi bölgəsindən bəzi əməkdaşlarımızın və onların ailə üzvlərinin təxliyə edilməsi barədə göstəriş verməyə hazırlaşırıq." #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  19. edited

    ❗️❗️❗️ Hicabını açmaqdan imtina edən müəllimənin ölüm hədəsi ilə təhdid edildiyi bildirilir İzləyicimizdən aldığımız məlumata görə, hicablı müəllimə hicabını açmadığı təqdirdə öldürülməklə hədələnib. Müraciətdə qeyd olunur ki, müəllimədən hicabını açması və ya işdən çıxması tələb edilib. O, işdən çıxmağa qərar versə də, hazırda ərizəsinin yazılmasına maneələr yaradıldığı və onu hicabsız şəkildə işə gəlməyə məcbur etdikləri bildirilir. Məlumata əsasən, qadına hicabsız işə gəlmədiyi təqdirdə qızlarının təhsil almasına imkan verilməyəcəyi, ailə üzvlərinin işdən çıxarılacağı və özünün öldürüləcəyi ilə bağlı təhdidlər səsləndirilib. Müraciəti göndərən şəxs müəllimənin ciddi təzyiqlərlə üzləşdiyini, qohumlarının da təhlükəsizlik və uşaqların gələcəyi ilə bağlı narahatlıqlarını əsas gətirərək təzyiq göstərildiyini yazır. Həmçinin, tanışlarından birinin ailəsinin də mərhələli şəkildə həbs ediləcəyi ilə hədələndiyini qeyd edir. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  20. Older posts