☄️ Tehrandakı yüksəkvəzifəli təhlükəsizlik rəsmilərindən biri bildirib ki, İran ABŞ və İsrailin hərbi hücumunu əsas ehtimal kimi qəbul edir və Vaşinqtonun diplomatik jestlərini etibarsız hesab edir. Onun sözlərinə görə, bu qənaət xüsusilə Rubionun Afinada etdiyi çıxışdan sonra daha da güclənib. Belə ki, həmin çıxışda ABŞ-nin İrana qarşı müharibəsinə tarixi və sivilizasiya baxımından bəraət qazandırılmağa çalışılıb. İranın siyasi rəhbərliyi, eləcə də ölkənin siyasi və ziyalı elitası indiyədək görünməmiş dərəcədə ortaq qənaətə gəlib ki, ABŞ-nin Yaxın Şərq siyasəti Təl-Əvivdən istiqamətləndirilir. Onların fikrincə, İsrail Vaşinqtonun hər hansı diplomatik həll yoluna əl atmasına qətiyyən imkan vermir. Çünki Tramp üçün İsrail hər şeydən öndədir! İran artıq özünü ABŞ ilə müharibə vəziyyətində hesab edir. Tehran Vaşinqtonun tətbiq etdiyi iqtisadi və dəniz blokadasını, eləcə də hava məkanına qoyulan məhdudiyyətləri 9 İsfənd tarixində başlayan hərbi təcavüzün davamı kimi qiymətləndirir. Bu səbəbdən ölkədə müxtəlif ictimai təbəqələr tərəfindən qanuni özünümüdafiə hüququ çərçivəsində blokadanın yarılması üçün qətiyyətli addımların atılması istiqamətində ciddi təzyiqlər mövcuddur. Sözügedən təhlükəsizlik rəsmisinin bildirdiyinə görə, İran artıq müxtəlif əməliyyat bölmələrinə müvafiq göstərişlər verib. Belə ki, genişmiqyaslı müharibənin yeni mərhələsi başlayarsa, o cümlədən İran rəsmilərinə qarşı növbəti sui-qəsd dalğası həyata keçirilərsə və mülki əhali qətlə yetirilərsə, Tehran ABŞ-yə və müharibədə iştirak edən digər tərəflərə məxsus siyasi obyektləri, eləcə də onların infrastrukturunu qanuni hərbi hədəf hesab edərək müvafiq tədbirlər görəcək. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.8K
+0 24h
Reach per post (ERR)
10.4%2.6K avg views
Posting
79.8/day
last 17 minutes ago
Reactions per 1K views
62.3
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 21 Oct 2026, 20:57 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.6K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.