𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.4%2.6K avg views
Posting 79.8/day last 11 minutes ago
Reactions per 1K views 62.4 🤬 ❤ 👍
  1. repost

    🔯 Hakimiyyət dəyişikliyi qorxusu və ikili siyasət: Əliyev hakimiyyəti Tehran, Ankara və Təl-Əviv arasında balansı necə qorumağa çalışır? İddia olunur ki, Bakı ölkə daxilində sabitliyin pozulacağı təqdirdə Tehrandan müdaxilə etməməyi xahiş edib və “Biz bu məsələni özümüz həll edəcəyik” mesajını çatdırıb. Eyni zamanda, Azərbaycan hakimiyyətinin dəyişdirilməsi məqsədilə ölkədə sabitliyi pozmağa çalışan “təxribatçılar”la mübarizə apararkən digər tərəflərin də prosesə müdaxilə etməməsinin vacibliyi vurğulanıb. Burada, təbii ki, son vaxtlar Azərbaycan hakimiyyətinə təzyiqlərini artırdığı iddia edilən Böyük Britaniya və Türkiyə nəzərdə tutulur. Digər tərəfdən, Azərbaycan İrana sadiqliyini nümayiş etdirməyə çalışır. İlham Əliyevin bu yaxınlarda Məsud Pezeşkianla telefon danışığı aparması da bununla izah olunur. Həmin danışıq Ərdoğanın Əliyevə zəngindən dərhal sonra baş tutub. Beləliklə, Əliyev yenə də özünəməxsus “balanslaşdırılmış siyasət” xəttinə üz tutur. ✡️ Abunə olun

  2. edited

    ☄️ Bəzi KİV-lər İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Pakistan Ordusunun komandanı Asim Münirlə görüşməkdən imtina etdiyini iddia ediblər. Lakin “Fars” xəbər agentliyinin məlumatına görə, bu xəbər doğru deyil. 🇮🇷🇵🇰 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  3. edited

    ☄️ Livanın “Əl-Əxbar” qəzeti: Suriyadan minlərlə döyüşçünün Yəmənə göndərilməsinə hazırlıq görmək məqsədilə Suriyanın bir hərbi nümayəndə heyəti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, digər nümayəndə heyəti isə Nəcran və Əsir bölgələrindədir. 🇾🇪🇸🇦🇸🇾 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  4. repost

    ⚡️Türkiyə ilə Azərbaycan arasında gizli gərginliyin miqyası və strateji tərəfdaşlıqda baş verən dəyişikliklər Mərkəzi Asiya və Rusiya məsələləri üzrə ixtisaslaşmış türkiyəli siyasi analitik Kərim Has bildirir ki, Ankara ilə Bakı arasındakı münasibətlər gizli böhran və görünməmiş gərginlik mərhələsinə qədəm qoyub. Onun sözlərinə görə, bu gərginlik müvəqqəti fikir ayrılıqlarının hüdudlarını aşaraq strateji tərəfdaşlığın əsaslarına və tərəflərin qarşılıqlı kimlik anlayışına toxunur. Kərim Has hesab edir ki, hər iki tərəfin siyasi və media ritorikasında sürətlə baş verən dəyişikliklər ənənəvi strateji həmrəylik anlayışından təsir dairələrinin sərhədləri, daxili işlərə müdaxilə və müstəqil suverenlik məsələləri ətrafında açıq qarşıdurmaya keçidi əks etdirir. Siyasi analitik Ankaranın gərginliyi artıran tələblərə münasibətində ehtiyatlılıq və qeyri-müəyyənlik müşahidə olunduğunu qeyd edir. Onun sözlərinə görə, Türkiyə tərəfi hələlik bəzi sosial media hesablarına ölkə daxilindən girişi məhdudlaşdırmaqla kifayətlənib, lakin hər hansı sərt hüquqi tədbir görməyib və Saralın vəzifədən uzaqlaşdırılması tələbinə cavab verməyib. Kərim Has həmçinin diqqətə çatdırır ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə İlham Əliyevə ənənəvi telefon zəngi etməyib, bunun əvəzinə sosial şəbəkələrdə qısa təbrik mesajı yayımlamaqla kifayətlənib. Analitikin fikrincə, bu addım Türkiyə Prezident Administrasiyasında yaranmış ciddi narazılığın göstəricisidir. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  5. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ ☄️ Möhsün Rzayi Asim Münirlə görüşməkdən imtina edib 🔹 “Tabnak”ın məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Pakistan ordusunun komandanı Asim Münirin görüşmək istəyini qəbul etməyib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  6. edited

    ☄️ Britaniya Səudiyyə Ərəbistanına döyüş təyyarələri göndərir, İran isə ABŞ və İsraillə qarşıdurmaya hazırlaşır Bloomberg agentliyinin məlumatına görə, Britaniyanın Baş naziri Səudiyyə Ərəbistanının müdafiəsini gücləndirmək məqsədilə “Typhoon” qırıcı təyyarələrinin və hərbi müşavirlərin bu ölkəyə yerləşdirilməsinə razılıq verib. Hərbi texnika və avadanlıqların daşınması üçün A400M “Atlas” hərbi-nəqliyyat təyyarələrindən istifadə olunacaq. Reuters agentliyi isə İranın yüksəkvəzifəli mənbələrinə istinadən bildirib ki, Tehran müharibənin başa çatdırılması üçün razılaşma əldə etmək əvəzinə, ABŞ və İsraillə qarşıdurmaya hazırlaşır. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  7. edited

    ☄️ Bu gün Səudiyyə Ərəbistanının müxtəlif bölgələrinə, o cümlədən paytaxt Ər-Riyada Yəmən tərəfindən bir neçə ballistik raket hücumunun həyata keçirildiyi bildirilir. Ər-Riyadın ən hündür binalarından biri olan «Krallıq Qülləsi» (Kingdom Tower) təxliyə edilib. Bütün əməkdaşlara məsafədən işləmək barədə göstəriş verilib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  8. ⚡️⚡️⚡️⚡️⚡️ 🇸🇦🇾🇪 TƏCİLİ: Ənsarullah qüvvələri Təiz şəhərinin müdafiəsi üçün Prezident Rəhbərlik Şurası (PLC) tərəfindən istifadə edilən sonuncu dağlıq ərazi olan Cəbəl Səbr bölgəsində böyük irəliləyişlər əldə edir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  9. edited

    ☄️ Yəmənə məxsus kamikadze pilotsuz uçuş aparatları Səudiyyə Ərəbistanının muzdlularını hədəfə almaq üçün yola düşüb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. ☄️ Hazırda İranda raket təlimləri həyata keçirilir #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  11. repost

    İsrailli jurnalist Parisdə keçirilən etirazlarla bağlı bu gəncdən müsahibə alır. Gənc özünü İraqın Bağdad şəhərindən olan biri kimi təqdim edir və İsrailin düzgün addım atdığını söyləyir. Müsahibə yayımlandıqdan sonra isə həmin gənc İnstaqram hesabında açıqlama verərək deyir: “Hamısı zarafat idi. Əslində, mən israilliyəm. Heç düşünməzdim ki, bu müsahibəni yayımlayacaqlar.” https://t.me/yalandogru

  12. repost

    🔯 Azərbaycan–Türkiyə münasibətlərində gərginlik: Bakının İsrail və Qərbə yaxınlaşması regional güc balansını dəyişir? 🇦🇿 Azərbaycan Baş Prokurorluğu hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar və dini nifrətin qızışdırılması ilə bağlı cinayət işi çərçivəsində Türkiyənin yeddi vətəndaşını beynəlxalq axtarışa verib. Bundan əvvəl eyni ittihamlarla türkiyəli jurnalist Cəlal Çiftçi də axtarışa verilmişdi. Buna səbəb Türkiyə vətəndaşlarının Azərbaycan məktəblərində hicabın qadağan edilməsinə göstərdikləri reaksiya olub. Ankara Bakını “İslam dəyərlərini” pozmaqda ittiham edib. Beləliklə, Azərbaycanla Türkiyə arasında rəsmi müttəfiqlik münasibətlərinə baxmayaraq, qarşıdurma davam edir. Bu vəziyyət Bakının əvvəlki çoxvektorlu xarici siyasətində dəyişiklik kimi qiymətləndirilir. Azərbaycan indiyədək Türkiyə, İran, Rusiya, İsrail, ABŞ və Avropa İttifaqı arasında balans yaratmağa çalışırdı. Azərbaycanın siyasi elitası ənənəvi olaraq Rusiya və İranı ölkənin suverenliyinə potensial təhlükə hesab edir və əsas dayağını Türkiyədə görürdü. Ankara Azərbaycana Rusiyadan asılılığını azaltmaqda kömək etmişdi. Lakin zaman keçdikcə Türkiyənin həddindən artıq güclənən “himayəsini” məhdudlaşdırmaq zərurəti yaranıb. Bu istiqamətdə İsraillə münasibətlər, eləcə də ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıq əsas dayaqlara çevrilib. Ola bilsin ki, İlham Əliyev onların dəstəyinə ümid edir, lakin bununla bağlı riskləri nəzərə almır. Azərbaycanın nə İsraillə, nə ABŞ-la, nə də Avropa İttifaqı ilə ortaq sərhədi var. Rusiya, İran və Türkiyə isə Azərbaycanı təcrid etmək, ona ciddi hərbi və iqtisadi zərər vurmaq imkanlarına malikdir. ✡️ Abunə olun

  13. ☄️İranlı tələbələrdən və şagirdlərdən dəstək aksiyaları gəlməkdə davam edir Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  14. edited

    ☄️ 47 ildir Fransa başda olmaqla Qərb ölkələri İranı blokada şəraitində saxlayır. İran isə cəmi 9 aydır Hörmüz boğazı vasitəsilə Qərbi blokadaya alıb və artıq Paris yanır. Makron da çıxışında etiraf etdi ki, ölkədəki bahalaşmanın səbəbi İranın Hörmüz boğazını bağlı saxlamasıdır. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  15. repost

    ⚡️Son 24 saat ərzində Qəzzada yeddi nəfər şəhid olub, Qərb Sahilində isə hücumlar və basqınlar davam edir. Son 24 saat ərzində İsrailin Xan Yunis və Əş-Şifa Xəstəxanası ərazisinə hücumları nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla yeddi fələstinli şəhid olub. İki il əvvəl Qəzza zolağının mərkəzindəki Nuseyrat düşərgəsindəki dağıntılar altından iki il əvvəl hücumlarda həlak olan 22 nəfərin qalıqları da çıxarılıb. Qərb Sahilində son 24 saat ərzində yerli sakinlərə qarşı 20-dən çox hücum baş verib. Salfitdə məskunların hücumu nəticəsində dörd nəfər yaralanıb, İsrail basqınları zamanı daha 17 fələstinli saxlanılıb. Qəzzanın özündə ərzaq yardımı çatışmazlığı daha da pisləşir. BMT-nin Ümumdünya Ərzaq Proqramının məlumatına görə, maliyyə çatışmazlığı səbəbindən oktyabr ayından bəri təxminən 500.000 fələstinli aylıq yardım almağı dayandırıb. Alıcıların sayı 1,6 milyondan 1,1 milyona düşüb. #Fələstin #İşğalçı_Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad Fələstin

  16. repost

    🔠İstanbuldakı Azərbaycan Baş Konsulluğu gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb. İstanbuldakı Azərbaycan Baş Konsulluğunun yerləşdiyi küçə silahlı polis tərəfindən mühafizə altına alınıb. Verilən məlumata görə, ərazi hazırda gücləndirilmiş təhlükəsizlik tədbirləri görür. "Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Baş Konsulluğunun qarşısında etiraz aksiyası keçirilib. Bir qrup dini fəal Azərbaycanın təhsil müəssisələrində hicab taxmağın qadağan edilməsi ilə bağlı iddialara cavab olaraq rəsmi Bakıya qarşı şüarlar səsləndirib. Vəziyyətlə bağlı müvafiq şöbəyə aydınlıq gətirilməsi üçün sorğu göndərilib" - məlumatda bildirilir. ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin

  17. repost

    ⚡️ Azərbaycan və Cənubi Koreya Orta Dəhlizlə bağlı müzakirələr aparıblar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya arasında əlaqələrin gələcəyi” adlı tədbir keçirilib. Müzakirələrdə Orta Dəhlizin regional və beynəlxalq nəqliyyat-logistika əlaqələrinin inkişafındakı rolu, eləcə də Azərbaycanla Cənubi Koreya arasında əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. İştirakçılar Avrasiya boyunca nəqliyyat bağlantılarının gücləndirilməsi və ticarət əlaqələrinin inkişafı barədə də fikir mübadiləsi aparıblar. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Asiya ilə Avropa arasında dayanıqlı və təhlükəsiz nəqliyyat əlaqələrinə tələbatın artdığı bir şəraitdə Orta Dəhliz xüsusi əhəmiyyət qazanıb. O, Azərbaycanın ötən həftə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısına ev sahibliyi etdiyini xatırladaraq, beynəlxalq platforma və təşkilatların bu istiqamətdəki əhəmiyyətini vurğulayıb. Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq platformalarla da fəal əlaqələri mövcuddur. Ölkə, həmçinin Türk Dövlətləri Təşkilatının əsas hərəkətverici qüvvələrindən biridir. Fərid Şəfiyev qeyd edib: “İnanıram ki, bu gün müzakirə olunan məsələlər, xüsusilə Orta Dəhliz vasitəsilə yükdaşımaların artması və ticarət əlaqələrinin genişləndirilməsi bu istiqamətdə atılan addımların əhəmiyyətini nümayiş etdirir”. Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Qu Kanq bildirib ki, tədbirin məqsədi Orta Dəhlizin strateji əhəmiyyətinin daha dərindən anlaşılmasına nail olmaq və Cənubi Koreya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını araşdırmaqdır. Səfir vurğulayıb ki, Cənubi Qafqazda baş verən proseslər diqqətlə izlənilir. Bunun səbəblərindən biri Cənubi Koreya ilə Azərbaycanın geosiyasi şərait baxımından müəyyən oxşarlıqlara malik olmasıdır. Onun sözlərinə görə, hər iki ölkə mürəkkəb regional münasibətləri idarə etmək məcburiyyətində qalıb. Səfir Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını regionda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Seul Milli Universitetinin Asiya Mərkəzinin direktoru, professor So Honq Çe bildirib ki, Orta Dəhliz Azərbaycanla Cənubi Koreya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. O əlavə edib ki, regional sülh və sabitliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkə üçün yeni tərəfdaşlıq imkanları yarada bilər. #CənumbiKoraya #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

  18. Older posts