⚡️ Azərbaycan və Cənubi Koreya Orta Dəhlizlə bağlı müzakirələr aparıblar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Orta Dəhliz və onun perspektivləri: Azərbaycan, Koreya və Avrasiya arasında əlaqələrin gələcəyi” adlı tədbir keçirilib. Müzakirələrdə Orta Dəhlizin regional və beynəlxalq nəqliyyat-logistika əlaqələrinin inkişafındakı rolu, eləcə də Azərbaycanla Cənubi Koreya arasında əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub. İştirakçılar Avrasiya boyunca nəqliyyat bağlantılarının gücləndirilməsi və ticarət əlaqələrinin inkişafı barədə də fikir mübadiləsi aparıblar. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Asiya ilə Avropa arasında dayanıqlı və təhlükəsiz nəqliyyat əlaqələrinə tələbatın artdığı bir şəraitdə Orta Dəhliz xüsusi əhəmiyyət qazanıb. O, Azərbaycanın ötən həftə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısına ev sahibliyi etdiyini xatırladaraq, beynəlxalq platforma və təşkilatların bu istiqamətdəki əhəmiyyətini vurğulayıb. Azərbaycanın Avropa İttifaqı və digər beynəlxalq platformalarla da fəal əlaqələri mövcuddur. Ölkə, həmçinin Türk Dövlətləri Təşkilatının əsas hərəkətverici qüvvələrindən biridir. Fərid Şəfiyev qeyd edib: “İnanıram ki, bu gün müzakirə olunan məsələlər, xüsusilə Orta Dəhliz vasitəsilə yükdaşımaların artması və ticarət əlaqələrinin genişləndirilməsi bu istiqamətdə atılan addımların əhəmiyyətini nümayiş etdirir”. Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Qu Kanq bildirib ki, tədbirin məqsədi Orta Dəhlizin strateji əhəmiyyətinin daha dərindən anlaşılmasına nail olmaq və Cənubi Koreya ilə Azərbaycan arasında əməkdaşlıq imkanlarını araşdırmaqdır. Səfir vurğulayıb ki, Cənubi Qafqazda baş verən proseslər diqqətlə izlənilir. Bunun səbəblərindən biri Cənubi Koreya ilə Azərbaycanın geosiyasi şərait baxımından müəyyən oxşarlıqlara malik olmasıdır. Onun sözlərinə görə, hər iki ölkə mürəkkəb regional münasibətləri idarə etmək məcburiyyətində qalıb. Səfir Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını regionda davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib. Seul Milli Universitetinin Asiya Mərkəzinin direktoru, professor So Honq Çe bildirib ki, Orta Dəhliz Azərbaycanla Cənubi Koreya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır. O əlavə edib ki, regional sülh və sabitliyin möhkəmləndirilməsi, nəqliyyat, energetika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkə üçün yeni tərəfdaşlıq imkanları yarada bilər. #CənumbiKoraya #Azərbaycan Abunə olun🟢Ar-Rad GA
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.8K
+0 24h
Reach per post (ERR)
10.4%2.6K avg views
Posting
79.7/day
last 21 minutes ago
Reactions per 1K views
62.4
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 20 Oct 2026, 09:57 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.5K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.