🔯 Azərbaycanın hakim partiyası sionist rejimlə əlaqələrə dair ittihamları rədd edir “İlk növbədə, Azərbaycan–sionist rejim münasibətlərini qəsdən təhrif etmək, bu əlaqələri guya müstəsna xarakter daşıyan münasibətlər kimi təqdim etmək və bundan Azərbaycana qarşı siyasi ittihamlar irəli sürmək üçün əsas kimi istifadə etmək cəhdlərini qətiyyətlə rədd edirik”. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidmətinin Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə cavab olaraq yaydığı bəyanatda bildirilib. Bəyanatda vurğulanır ki, Azərbaycan Respublikası sionist rejimlə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlər saxlayır. Bundan əlavə, bəyanatda Azərbaycanın Fələstin məsələsində mövqeyinin ardıcıl, aydın və prinsipial olduğu qeyd edilir. “Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını ardıcıl şəkildə dəstəkləyib, Fələstinə maliyyə və humanitar yardımlar göstərib. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan hökumətinin maliyyə yardımı hesabına dəstəklənir. Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan dəfələrlə bəyan edib ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərti ilə ‘iki dövlət’ prinsipi çərçivəsində həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır”, – deyə bəyanatda bildirilir. Mənbə: Trend ✡️ Abunə olun
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!
-
repost -
🔯 Məktəbli qızlar göz yaşları içində, 37 nəfər saxlanılıb: Hicab qaydaları İsraillə dost münasibətləri olan Azərbaycanı müttəfiqi Türkiyə ilə qarşı-qarşıya qoyub Sionist rejimin “Ynet” xəbər portalı Azərbaycanda hicab qadağası ilə bağlı məqalə dərc edib. Məqaləni olduğu kimi diqqətinizə təqdim edirik. Əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olan Azərbaycanda məktəbli geyimləri ilə bağlı yeni qaydalar şagirdlərin ağlamasına, dərslərin boykot edilməsinə və 37 nəfərin saxlanılmasına səbəb olub. Ərdoğanın müşaviri hicabın dini vəzifə olduğunu bildirir, Bakı xarici müdaxiləni rədd edir, Azərbaycanın sionist rejimlə yaxın əlaqələri isə tənqid olunur. Azərbaycan hökuməti çərşənbə axşamı İslam dini baş örtüyünə qoyulan məhdudiyyətlərlə bağlı etirazlara səbəb olan sərt məktəbli forması qaydalarının tətbiqini müdafiə edib. Eyni zamanda, Ankara bu tədbirləri tənqid etdikdən sonra Bakı yaxın müttəfiqi.. Məqaləni oxumaq üçün kanala abunə olun.
-
repost 
⚡️Azərbaycanın Media və Yayım Şurası İran və Türkiyədən koordinasiyalı şəkildə həyata keçirildiyini bildirdiyi informasiya hücumlarını pisləyib Qurumun məlumatına görə, güya sosial şəbəkələrdə eyni səhvləri və şərhləri ehtiva edən çoxsaylı oxşar paylaşımlar, eləcə də Azərbaycanla əlaqəsi olmayan montaj edilmiş foto və videolar yayılır. Qısa müddət ərzində Azərbaycanla bağlı eyni həştəq altında 400-dən çox belə paylaşım edilib. Şuranın bildirdiyinə görə, informasiya hücumları əsasən X, Telegram və TikTok platformaları üzərindən həyata keçirilir. Qurum vətəndaşları və media nümayəndələrini məlumatları yoxlamağa və dezinformasiyanın yayılmasında iştirak etməməyə çağırıb. #Hicaba_azadlıq #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
-
repost ⚡️Azərbaycanın paytaxtı Bakıda hicab qadağalarına qarşı etiraz edən vətəndaşlar saxlanılır Sosial şəbəkələrdə yayılan görüntülərin oktyabrın 12-də Bakıda hicab qadağasına qarşı etiraz edən vətəndaşların polis tərəfindən saxlanılması anlarını əks etdirdiyi iddia olunur. #Hicaba_azadlıq #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
-
repost ⚡️“Əl-Məyadin” telekanalından xüsusi videoxəbər: Dünyada qadınlar Azərbaycanda məktəbə buraxılmayan hicablı şagirdlərə dəstək üçün hicab taxırlar Sosial şəbəkələrdə geniş vüsət alan həmrəylik kampaniyası çərçivəsində qadınlar Azərbaycanda məktəblərə buraxılmayan hicablı şagird qızlara dəstək məqsədilə hicab taxırlar. #Hicaba_azadlıq #AlMayadeenNews #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
-
repost ⚡️Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda məktəblərdə hicab qadağan edilir Hindistanın tanınmış jurnalisti Palki Şarma Azərbaycanda məktəblərdə hicab qadağasını gündəmə gətirib. #Hicaba_azadlıq #PalkiSharmaShow #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
-
repost Azərbaycanda məktəblərdə hicab qadağası: Bunun arxasında nə dayanır və bundan sonra nə baş verəcək? Bəzi məktəblərin şagird və müəllimləri dərslərə buraxmamağa başlaması etirazlara səbəb olub. Azərbaycan hökumətinin məktəblərdə şagirdlərin və müəllimlərin hicab taxmasını dolayı yolla qadağan edən qərarı etirazlara səbəb olub. Ötən ay təsdiqlənən dəyişiklikdə müsəlman qadınların baş örtüyü olan hicab açıq şəkildə qadağan edilməsə də, hökumətin “dünyəvilik prinsipini” pozduğunu bildirdiyi geyimlərin məktəblərdə istifadəsinə qadağa qoyulub. Bəzi məktəblərin şagird və müəllimləri dərslərə buraxmamağa başlaması etirazlara səbəb olub. Müəllim Zəhra Həsənova “Əl-Cəzirə”yə bildirib ki, ona bundan sonra məktəbdə hicab taxa bilməyəcəyi deyilib. “Düzünü desəm, bir qədər emosional vəziyyətdəyəm. Çox incimişəm. Hicab şəxsi seçimdir və əgər bir gün onu çıxarmaq istəsəm, bu da mənim öz seçimim olmalıdır”, – deyə o bildirib. Qadağa necə tətbiq olunur? Dövlətə məxsus Azərbaycan Press Agentliyinin (APA) məlumatına görə, “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirləri”nə edilən dəyişiklik ölkənin “dünyəvilik prinsipini” əks etdirən vahid geyim qaydasının təmin olunmasına yönəlib. Azərbaycan əhalisinin təxminən 96 faizi özünü müsəlman hesab edir. Ölkə Konstitusiyası Azərbaycanı dünyəvi dövlət kimi müəyyənləşdirməklə yanaşı, dini etiqad azadlığına da təminat verir. APA əlavə edib ki, Azərbaycan xalqının “tarixini, mədəniyyətini, milli və mənəvi dəyərlərini” əks etdirən geyimlərdən bayram tədbirlərində Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Pedaqoji Şuranın razılığı ilə istifadə oluna bilər. Agentliyin məlumatına görə, bu cür geyim qaydaları müəllimlərin “peşəkar standartlara” uyğun görünməsini təmin edəcək və “məktəbin ictimai nüfuzuna” müsbət təsir göstərəcək. Etiraz aksiyaları keçirilibmi? Bu qərar Azərbaycanda etirazlara və sosial şəbəkələrdə kampaniyanın başlanmasına səbəb olub. İnternetdə yayılan videolarda məktəblərə buraxılmayan şagirdlərin müəllimlərini qucaqlayaraq ağladıqları görünür. Yerli media qurumları Azərbaycanda ən azı iki məktəbin şagirdlərinin məhdudiyyətlərə etiraz olaraq dərsləri boykot etdiyini bildiriblər. 2020-ci ildə dövlətə xəyanət ittihamı ilə məhkum edilmiş və 11 il 3 ay həbs cəzası çəkən jurnalist Polad Aslanov da yeni tələblərə etiraz olaraq aclıq aksiyasına başlayıb. “Həbsxanada olmağıma baxmayaraq, əlimdə olan yeganə mübarizə vasitəsindən – aclıq aksiyasından istifadə edərək konstitusion hüquqlarımızın tapdalanmasına qarşı səsimi ucaldıram!” – deyə Aslanov həyat yoldaşı Gülmirə Aslanovanın Facebook səhifəsində paylaşdığı mesajında bildirib. İnternetin kəsilməsi ilə bağlı yayılan məlumatlar isə Open Observatory of Network Interference və NetBlocks da daxil olmaqla, internetə nəzarət edən müstəqil təşkilatların məlumatları ilə təsdiqlənməyib. Digər ölkələr necə reaksiya verib? Sosial şəbəkələrdə başlayan kampaniya və etiraz aksiyaları Türkiyəyə də yayılıb. Bəzi şəxslər Azərbaycanda baş verənləri Türkiyədə 1997-ci ildə yaşanan və “postmodern çevriliş” adlandırılan hadisələrlə müqayisə edirlər. Həmin dövrdə hicablı qadınların universitet dərslərində iştirakına qadağa qoyulmuş, onlar dövlət qulluğundakı işlərindən uzaqlaşdırılmış və ya istefa verməyə məcbur edilmişdilər. Ötən həftə etirazçılar İstanbulda Azərbaycanın konsulluğu qarşısına toplaşaraq müsəlman qadınlara təsir edən məhdudiyyətlərə etiraz ediblər. Onlar Bakı hakimiyyətini qərara yenidən baxmağa çağırıblar. Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin yaxın müttəfiqi olan Türkiyəyə etirazlarla bağlı dolayı yolla tənqid ünvanlayıb. Əliyev Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışında Türkiyənin adını birbaşa çəkmədən “həyat tərzimizə müdaxilə etməyin” xəbərdarlığını edib. Ankara rəsmiləri Əliyevin açıqlamasına rəsmi münasibət bildirməyiblər. Bununla belə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də BMT Baş Assambleyasındakı çıxışında müsəlman qadınların getdikcə daha çox ayrı-seçkiliklə üzləşdiyini qeyd edib. Mənbə: Əl-Cərizə #Hicaba_azadlıq #AlJazeera #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
-
edited
❗️❗️❗️ Sumqayıt şəhəri 9 saylı orta məktəbdə 3 gündür şagirdləri dərsə buraxmırlar. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
repost 🔯 Aztehsil.az-ın 152 saylı məktəblə bağlı reportajı: Cuhud-sionist əsilli şagirdlər nümunə göstərilərək hicab qadağasına haqq qazandırılır Aztehsilaz xəbər verir ki, Bakı şəhərində yerləşən 152 nömrəli tam orta məktəbdə şagirdlər dərsə məktəbli formasında gəlir və müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. Ölkəmizdə yaşayan cuhud-sionist əsilli vətəndaşlarımızın övladlarının da təhsil aldığı bu müəssisədə geyim qaydaları bütün şagirdlərə eyni qaydada tətbiq olunur. Uşaqlar digər məktəblilər kimi vahid forma geyinir, əlavə geyim elementlərindən istifadəyə yol verilmir. Valideynlər də yeni qərardan sonra övladlarının məktəbə hansı geyimdə gəlməsinə daha ciddi nəzarət etdiklərini bildirirlər. Onların sözlərinə görə, uşaqların müəyyən olunmuş geyim tələblərinə uyğun şəkildə dərsə gəlməsinə xüsusi diqqət yetirirlər. Qeyd edək ki, fərqli mənsubiyyətlərə sahib uşaqların eyni məktəbdə ortaq qaydalara əməl etməsi bərabər təhsil mühitinin qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşmada əsas olan şagirdlərin fərqlərini qabartmaq deyil, onların birlikdə, qarşılıqlı hörmət şəraitində təhsil almasını önə çəkməkdir. Qeyd: Aztehsil.az-ın bu paylaşımı jurnalistikadır, yoxsa hicab qadağasına haqq qazandırmaq cəhdi? Aztehsilaz Bakıdakı 152 nömrəli məktəblə bağlı paylaşımında cuhud-sionist əsilli vətəndaşların övladlarının da həmin məktəbdə təhsil aldığını xüsusi vurğulayır. Ardınca bütün şagirdlərin vahid məktəbli forması geyindiyini, əlavə geyim elementlərinə icazə verilmədiyini və valideynlərin bu qaydalara ciddi nəzarət etdiyini bildirir. Bəs məktəbin direktoru, müəllimləri və ya digər məsul şəxslərlə müsahibə haradadır? Bu barədə danışdığı iddia edilən valideynlər kimlərdir? Onların fikirləri niyə birbaşa təqdim olunmur? Paylaşım elə bir təəssürat yaradır ki, guya yəhudi ailələri də öz dini simvollarından imtina edib və bütün valideynlər bu yanaşmanı nümunə götürməlidirlər. Halbuki yazıda cuhud-sionist şagirdlərin hansı dini simvollardan istifadə etdiyi, yaxud belə simvolların məktəbdə qadağan olunması ilə bağlı konkret fakt göstərilmir. Üstəlik, burada incə bir psixoloji mesaj da yer alır: cuhud-sionist əsilli şagirdlərin və onların valideynlərinin nümunəsi üzərindən hicablı müsəlman ailələrə vahid geyim qaydalarını mübahisəsiz qəbul etməyin düzgün davranış olduğu təlqin edilir. Sual olunur: Niyə hicablı qızların və onların valideynlərinin narahatlığına eyni diqqət göstərilmir? Niyə onların mövqeyi də ayrıca araşdırılmır? Məsələ cuhud-sionist, müsəlman və ya başqa dinə mənsub ailələri qarşı-qarşıya qoymaq deyil. Məsələ bütün uşaqların təhsil hüququna və dini etiqad azadlığına bərabər yanaşılmasıdır. Üstəlik, Azərbaycan müsəlman ölkəsi olduğu üçün müsəlmanların dini inanclarına və hüquqlarının qorunmasına daha çox diqqət ayrılmalıdır. Əgər məqsəd obyektiv jurnalistikadırsa, yalnız qaydalara əməl edənlərdən danışmaq kifayət deyil. Bu qaydaların yaratdığı problemləri, etiraz edən ailələrin mövqeyini və məktəb rəhbərliyinin izahatını da təqdim etmək lazımdır. Jurnalistikanın vəzifəsi qərarı təbliğ etmək yox, onun bütün tərəflərini araşdırmaqdır. ✡️ Abunə olun
-
edited ❗️❗️❗️ Aldığımız məlumata görə, Masallıda dindarlar və həyat yoldaşları həbs edilib. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ❗️❗️❗️ İzləyicimizin verdiyi məlumata görə, Lökbatan qəsəbəsində yerləşən 288 nömrəli məktəbdə çalışan hicablı bir xanımın dünəndən polis şöbəsində saxlanıldığı bildirilir. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited
❗️❗️❗️ İzləyicimizin verdiyi məlumata əsasən, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində dindar Namiq Məmmədov həbs edildi. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
edited ❗️❗️❗️ Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
https://t.me/zionismaz/589
-
edited
❗️❗️❗️ İzləyicimizin verdiyi məlumata görə, Şeyx Abbas az əvvəl 88 nömrəli məktəbin önündə həbs edilib. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
repost 🔯 Əliyev həddini aşıb! Sionizmin uşağından heç kimə dost olmaz. Müsəlman Azərbaycan azad olacaq. ✡️ Abunə olun
-
repost 


+4
🔠Qlobal media Azərbaycanda hicab qadağasına qarşı genişmiqyaslı etirazları fəal şəkildə işıqlandırır. #Hicaba_azadlıq #Hicab_qadağasına_susma ➡️Geosiyasi və regional xəbərləri 🇦🇿 Qızılbaş TV də izləyin
-
repost
🔯 Hicab qadağasına sionistlər tərəfdarından açıq dəstək: “İlham Əliyevə təşəkkür edirəm, dünyəvilik bizi dini zülmdən azad edir” Məktəblərdə hicabı qadağan etməklə dünyəviliyi tətbiq etdiklərinə görə Azərbaycana və İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan 1992-ci ildə İsraillə münasibətlərini normallaşdırıb. Bu fotoda Əliyev 2016-cı ildə Netanyahu ilə görüşərkən əks olunub. Dünyəvilik bizi dini zülmdən azad edir. Qeyd: Neçə gündür hicab məsələsi ilə bağlı aparılan müzakirələri və paylaşımları diqqətlə araşdırdıqda belə qənaətə gəlirəm ki, bu qadağaya ən çox sevinən və onu dəstəkləyənlər sionistlər, onlarla eyni düşüncəni bölüşən geydirmə müsəlmanlar, dövlətin trolları və onların maraqları naminə İslama, müsəlmanlara qarşı hürənlərdir. Görünən odur ki, hicablı qadınların hüquqlarının məhdudlaşdırılması bu çevrələr üçün az qala bayrama çevrilib. ✡️ Abunə olun
-
Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo
-
repost 🔯 Paradoks: Hersoqun Bakıya gəlişinə hələ indidən video hazırlayan sionist rejimin Bakıdakı marionetkaları və trolları İran və Türkiyəni “trol hücumları” planlaşdırmaqda ittiham edirlər! "14 oktyabr 2026-cı ildə İsrail Prezidenti İshaq Hersoq Azərbaycana rəsmi səfər edəcək. İranın molla rejiminə bağlı trollar və AKP-yə yaxın dini trollar sosial şəbəkələrdə hücumlara başlayacaqlar. Qoy belə olsun — Azərbaycan seçdiyi yolla irəliləməyə davam edəcək." ✡️ Abunə olun
- Older posts