𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.3%2.6K avg views
Posting 80.0/day last 12 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Sionizmin Kölgəsində

🔯 Azərbaycanın hakim partiyası sionist rejimlə əlaqələrə dair ittihamları rədd edir “İlk növbədə, Azərbaycan–sionist rejim münasibətlərini qəsdən təhrif etmək, bu əlaqələri guya müstəsna xarakter daşıyan münasibətlər kimi təqdim etmək və bundan Azərbaycana qarşı siyasi ittihamlar irəli sürmək üçün əsas kimi istifadə etmək cəhdlərini qətiyyətlə rədd edirik”. Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Mətbuat Xidmətinin Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlərə cavab olaraq yaydığı bəyanatda bildirilib. Bəyanatda vurğulanır ki, Azərbaycan Respublikası sionist rejimlə beynəlxalq hüquq normalarına və qarşılıqlı maraqlara əsaslanan normal dövlətlərarası münasibətlər saxlayır. Bundan əlavə, bəyanatda Azərbaycanın Fələstin məsələsində mövqeyinin ardıcıl, aydın və prinsipial olduğu qeyd edilir. “Azərbaycan Fələstin xalqının qanuni hüquqlarını ardıcıl şəkildə dəstəkləyib, Fələstinə maliyyə və humanitar yardımlar göstərib. Fələstin Prezidenti Mahmud Abbas və Baş nazir Məhəmməd Mustafa müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin fəaliyyəti də Azərbaycan hökumətinin maliyyə yardımı hesabına dəstəklənir. Prezident İlham Əliyev ən yüksək beynəlxalq tribunalardan dəfələrlə bəyan edib ki, Azərbaycan Fələstin məsələsinin beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri əsasında, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olması şərti ilə ‘iki dövlət’ prinsipi çərçivəsində həllini dəstəkləyir. Azərbaycanın Qəzzada baş verən hadisələrlə bağlı mövqeyi də humanitar dəyərlərə, mülki əhalinin müdafiəsinə və beynəlxalq hüquqa əsaslanır”, – deyə bəyanatda bildirilir. Mənbə: Trend ✡️ Abunə olun

Views over time

01K2K3K14 Oct 07:1113 Nov 15:492.8K14 Oct 07:11: 0 views13 Nov 15:49: 2,790 views
Snapshots we took after posting.
WhenViews
14 Oct 2026, 07:110
13 Nov 2026, 15:492.8K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.