𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.3/day last 27 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
  1. edited

    ☄️ Türkiyə “Korkut” qısamənzilli hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərib 🔹 “Middle East Eye” məlumatlı mənbələrə istinadən xəbər verir ki, Türkiyənin ASELSAN şirkəti Ukraynaya bir neçə “Korkut” qısamənzilli hava hücumundan müdafiə sistemi göndərib. 🔹 Sistem üç döyüş maşını və bir komanda-idarəetmə maşınından ibarətdir. İstehsalçı şirkətin bildirdiyinə görə, “Korkut” xüsusilə kamikadze dronlarına qarşı effektivdir. 🔹 Adları açıqlanmayan mənbələr Türkiyənin bu il Ukraynaya bir neçə belə sistem təhvil verdiyini bildiriblər. Lakin göndərilən sistemlərin dəqiq sayı açıqlanmayıb. #Rusiya #Türkiyə #Ukrayna #Müharibə Abunə olun 🟢 Ar-Rad İnfo

  2. repost

    Yeni kitab 📚 Bu kitabda müxtəlif mövzularda nazil olan ayələr cəm edilib (Zühur, Məhdəviyyət, İmamət, Şiəlikvə s.) https://t.me/pdf_dini_kitablar

  3. edited

    ☄️ İran bioloji dərman istehsalına görə dünyanın ilk 5 ölkəsi sırasındadır İran Tibb Şurasının rəhbəri Məhəmməd Rəiszadə bildirib: 🔹 “İranda 5 yaşadək uşaqlar arasında ölüm göstəricisi dünya üzrə orta göstəricinin üçdə biri qədərdir. 🔹 Peyvəndləmə səviyyəsinə görə dünyanın qabaqcıl ölkələri sırasındayıq. 🔹 Hamilə qadınlar arasında ölüm hallarının azaldılması sürətinə görə dünyada ilk üç ölkə arasındayıq. 🔹 Bioloji dərmanların istehsalına görə isə regionda birinci, dünyada ilk 5 ölkə sırasındayıq.” #İran_İslam_Respublikası Abunə olun 🟢 Ar-Rad İnfo

  4. edited

    ☄️ İranın Zimbabvedəki səfirliyi: “Ümumdünya Serebral İflic Günü münasibətilə serebral iflicdən əziyyət çəkən bütün xəstələrə, o cümlədən Trampa, cansağlığı arzulayırıq.” 🇮🇷🇺🇸🇿🇼 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  5. edited

    ☄️ Bolqarıstanın ərazi sularında naməlum dronların hücumu nəticəsində iki ticarət gəmisi zədələnib. #Avropa Abunə olun 🟢 Ar-Rad İnfo

  6. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ Limonlu çaylarınızı hazır edin Ənsarullahın hərbi mediası: 🔹 “Səudiyyə Ərəbistanına bağlı qüvvələrin Ras əl-Ara bölgəsində ballistik raketlərlə vurulmasının görüntülərini gözləyin. 🔹 Video saat 16:00-da yayımlanacaq.” 🇾🇪🇸🇦 #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  7. edited

    ☄️ Oman yaxınlığında ticarət gəmisinə hücum: 11 Hindistan vətəndaşı yaralanıb Hindistan Xarici İşlər Nazirliyi bildirib: 🔹 Oman sahilləri yaxınlığında Panama bayrağı altında üzən ticarət gəmisinə hücum nəticəsində gəminin 12 ekipaj üzvü yaralanıb. 🔹 Yaralananlardan 11-i Hindistan vətəndaşıdır. 🔹 Hücumu kimin həyata keçirdiyi, eləcə də gəminin və ekipajın hazırkı vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  8. ☄️KİV: 10 min suriyalı döyüşçünün Yəmənə göndərildiyi iddia olunur Sosial şəbəkələrdə yayılan məlumata görə: Colaniyə bağlı 10 min suriyalı vəhabi Yəmənə göndərilib. 🔹 İddiaya əsasən, həmin qüvvələr Səudiyyə Ərəbistanı tərəfdən husilərə qarşı döyüşmək üçün bölgəyə aparılıb. 🔹 Paylaşımda həmçinin bu qüvvələrin daha əvvəl Liviya, Ermənistan-Azərbaycan bölgəsi (Azərbaycan tərəfdən), Ukrayna, Sudan və Nigerdə, indi isə Yəməndə döyüşlərə cəlb edildiyi iddia edilir. 🔹 Paylaşım müəllifi onların Yəməndə döyüşməsini, lakin indiyədək İsrailə qarşı döyüşməməsini tənqid edir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  9. ☄️ Təhlükəsizlik eksperti: Əlamətlər ABŞ və İsrailin regionda yaxın zamanda böyük hücuma hazırlaşdığını göstərir Təhlükəsizlik və strateji məsələlər üzrə ekspert Abbas əz-Zeydi bildirib: 🔹 “Bəli, artıq hərbi hazırlıqlar başlayıb. Bunun bir neçə əlaməti var. İkinci əlamət Fransa və Britaniyanın Yəmənə qarşı Səudiyyə Ərəbistanının hücumuna qoşulmasıdır. Digər əlamət isə İsrailin Suriya ərazisində müəyyən hərbi hazırlıqları tamamlamasıdır.” 🔹 “İsrail Misirdə vaxtilə mövcud olmuş Bar-Lev xəttinə bənzər müdafiə səddi qurmağa başlayıb. Bu da onun Livanın cənubuna hücum etməyə hazırlaşdığını göstərir.” 🔹 “Digər mühüm məsələ ABŞ-ın üçüncü aviadaşıyan gəmisini regiona göndərməsidir. Eyni zamanda, bölgədə 10 mindən çox hərbçinin hərəkətliliyi müşahidə olunur.” 🔹 “Bütün bu əlamətlər regionda yaxın zamanda böyük bir hücumun baş verə biləcəyini göstərir. Ekspertin fikrincə, mümkün hücum yalnız İranla məhdudlaşmayacaq, İranın bölgədəki müttəfiqlərini də əhatə edəcək.” #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. repost

    ⚡️“Aypara Dalğası-I” Pakistan və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri ilk dəfə “Aypara Dalğası-I” adlı ikitərəfli təlim keçiriblər. Təlim qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, təcrübə mübadiləsi və dəniz əməliyyatları sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlib. #Pakistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  11. ☄️ İran Kəşfiyyat Nazirliyi: 3 terrorçu qrup zərərsizləşdirilib, 10 nəfər saxlanılıb İranın Kəşfiyyat Nazirliyi açıqlama yayıb: 🔸 Sistan və Bəlucistan vilayətinin kəşfiyyat qüvvələrinin keçirdiyi əməliyyatlar və Hörmüzqan vilayətinin kəşfiyyat qurumlarının əməkdaşlığı nəticəsində terrorçu-təkfirçi qruplaşmalarla əlaqəli 3 mütəşəkkil dəstə müəyyən edilib. Bu dəstələr İranşəhr, Sərbaz, Səravan, Zahidan və Qeşm bölgələrində fəaliyyət göstərirdi. Onlar hər hansı hücum və ya təxribat həyata keçirməzdən əvvəl zərərsizləşdirilib. 🔸 Əməliyyat zamanı dəstə üzvlərindən 2 nəfər təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurmada öldürülüb, daha 10 nəfər isə saxlanılıb. 🔸 Nazirliyin məlumatına görə, saxlanılan şəxslər xaricdə hərbi hazırlıq, bomba yerləşdirmə və sui-qəsd törətmə üzrə təlim keçiblər. Onların İrana ölkədə təhlükəsizliyi pozmaq məqsədilə daxil olduqları bildirilir. Saxlanılan şəxslərdən silah və döyüş sursatı da aşkar edilərək götürülüb. 🔸 Kəşfiyyat Nazirliyi həmçinin 2 mütəşəkkil silahlı cinayətkar dəstənin dağıdıldığını və silah-sursatla birlikdə 5 silahlı şəxsin saxlanıldığını bildirib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  12. 🔯 “Bir millət, iki siyasət: Azərbaycan İsraillə niyə bu qədər yaxındır?” Azərbaycan–İsrail münasibətlərini yalnız enerji ticarəti, silah alışı və ya İran əleyhdarlığı prizmasından qiymətləndirmək, məncə, mühüm tarixi və ictimai zəmini nəzərdən qaçırmaq deməkdir. Çünki bu gün Bakı ilə Təl-Əviv arasında gördüyümüz yaxınlığın arxasında yalnız dövlətlərin maraqları deyil, Qafqazda əsrlərdir yaşayan yəhudi icmalarının yaratdığı ayrıca insani bağ da dayanır. Azərbaycan nümunəsini regionda fərqləndirən məqamlardan biri məhz budur: yəhudilər Azərbaycan üçün yalnız İsrail üzərindən müəyyənləşdirilən xaricdəki bir icma deyil; ölkənin tarixi və ictimai quruluşunun bir hissəsidir... Məqaləni oxumaq üçün kanala abunə olun.

  13. repost

    ⚡️Ərdoğanla İlham Əliyev arasında söz dueli sərtləşir Ərdoğanla İlham Əliyev arasında söz dueli sərtləşir. İlham Əliyev Ərdoğana sərt cavab verdi: “Bizim daxili işlərimizə qarışma, get ac qoyduğun xalqınla məşğul ol”. İlham Əliyev Ərdoğanın nüfuzuna ciddi zərbə vurdu. Xatırladaq ki, Bakıda hicab qadağası ilə bağlı müzakirələr başlayan kimi Ərdoğan da ayın 22-də BMT-dəki çıxışında bu məsələyə toxunmuşdu. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  14. repost

    ⚡️Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib #BöyükBritaniya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  15. edited

    ☄️Cəbhədə vəziyyət necədir? Briqada generalı Yəhya Səri açıqladı: Səudiyyə qüvvələri böyük itki verib | Muzdlular Təizdən qaçır 🔰 Yəmən Silahlı Qüvvələrinin sözçüsü: ● Silahlı qüvvələr əldə etdikləri mövqelərə tam nəzarət edir. Düşmənin yaydığı xəbərlər isə öz tərəfdarlarını razı salmaq üçün uydurulmuş qələbələrdir. Onların Qərb sahilində və digər bölgələrdə istifadə etdiyi üsullar xalqımıza yaxşı məlumdur. ● Son saatlarda Rəs əl-Arə və əs-Səqiyə bölgələrində Səudiyyə qüvvələrinin hərəkətinə qarşı onlarla hücum həyata keçirilib. Nəticədə 200-dən çox Səudiyyə hərbçisinin öldüyü və ya yaralandığı bildirilir. ● Açıqlamaya görə, Səudiyyə qüvvələrinin həm canlı qüvvə, həm də hərbi texnika baxımından itkiləri əvvəlki döyüşlərlə müqayisədə görünməmiş səviyyədə olub. ● Son saatlarda Əl-Cəvf vilayətinin şərqində Səudiyyə qüvvələrinin toplandığı ərazilərə onlarla hücum edilib. Çox sayda hərbçinin öldüyü və yaralandığı, bir neçə hərbi maşının isə yandığı bildirilir. ● Mərib vilayətində, Rəğvanın şərqində yerləşən Səudiyyə qüvvələrinin mövqeləri də hədəfə alınıb. Nəticədə bir neçə hərbçinin öldüyü və yaralandığı, bəzi hərbi maşınların isə yandığı bildirilir. ● Yəmən qüvvələri Təiz vilayətinin qalan rayonlarında Səudiyyə qüvvələrini təqib etdiklərini bildirir. Açıqlamaya görə, həmin qüvvələr arasında ciddi qarışıqlıq yaranıb və onların bir qismi ərazidən qaçıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  16. edited

    ☄️ Hörmüz boğazında İranın əmrinə tabe olmayan neft tankerinin aqibəti 🔸 Hörmüz boğazında qaydaları pozan neft tankerinə qarşı görülən tədbirlərin yeni görüntüləri yayılıb. Bildirilir ki, tanker dəniz qaydalarını və edilən xəbərdarlıqları pozduğu üçün dayandırılıb. 🔸 İran son 7 gün ərzində qaydaları pozduğu bildirilən 13 neft tankerini hədəfə alıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  17. edited

    ☄️ Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki hava limanı Yəməndən atılan ballistik raketlərlə birbaşa vurulub. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  18. ☄️ Şəhid komandir Yəhya Sinvarın Rəfahdakı əməliyyatlar zamanı çəkilmiş yeni görüntüləri. #Qəzza #Fələstin #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  19. ☄️ İstanbulun Kayaşehir ərazisində bir məktəbdə qız şagird bıçaqla hücum edib. 3 şagird yaralanıb. #Türkiyə Abunə olun 🟢 Ar-Rad İnfo

  20. Older posts