☄️ Türkiyə “Korkut” qısamənzilli hava hücumundan müdafiə sistemlərini Ukraynaya göndərib 🔹 “Middle East Eye” məlumatlı mənbələrə istinadən xəbər verir ki, Türkiyənin ASELSAN şirkəti Ukraynaya bir neçə “Korkut” qısamənzilli hava hücumundan müdafiə sistemi göndərib. 🔹 Sistem üç döyüş maşını və bir komanda-idarəetmə maşınından ibarətdir. İstehsalçı şirkətin bildirdiyinə görə, “Korkut” xüsusilə kamikadze dronlarına qarşı effektivdir. 🔹 Adları açıqlanmayan mənbələr Türkiyənin bu il Ukraynaya bir neçə belə sistem təhvil verdiyini bildiriblər. Lakin göndərilən sistemlərin dəqiq sayı açıqlanmayıb. #Rusiya #Türkiyə #Ukrayna #Müharibə Abunə olun 🟢 Ar-Rad İnfo