BT News | Новости Азербайджана, Кавказа и Мира

@btnewsaz · news · Russian · active

Subscribers 15.7K Subscribers, last 30 days: 15.7K → 15.7K +0 24h
Reach per post (ERR) 8.9%1.4K avg views
Posting 29.0/day last 9 hours ago
Reactions per 1K views 26.2 👍 ❤ 😁
repost from Асиф Байрамов

Düşmənlərimizə qarşı informasiya müharibəsi aparmağa necə başladığımı danışmaq istərdim. Mənim üçün bu, heç vaxt sadəcə internetdə mübahisə etmək olmayıb. Hər sözümün arxasında ağrı, yaddaş, xalqımızın yaşadığı faciələrin qisasını almaq və ölkəm haqqında həqiqətləri müdafiə etmək istəyi dayanıb. Bizim uşaqlığımız çətin keçib. Yadımdadır, səhərlər atamla çörək almaq üçün növbələrdə gözləyirdik. O günlərin çətinlikləri də yaddaşımdan silinməyib. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, şükürlər olsun ki, hər şey yaxşıya doğru dəyişməyə başladı. Mən uşaqlıqdan Xocalı faciəsinin görüntülərini izləyərək böyümüşəm. O dəhşətli kadrlar və yaşatdığı ağrı yaddaşımda silinməz iz qoyub. O vaxt sosial şəbəkələr hələ bu qədər inkişaf etməmişdi. Mən Rusiya və Ermənistan forumlarında informasiya mübarizəsi aparırdım. Xalqımı təhqir edəndə, həqiqətləri təhrif edəndə və faciəmizi lağa qoyanda susa bilmirdim. Cavab olaraq erməni istifadəçilər mənə daim Arşavir Qaramyanın başçılıq etdiyi erməni terrorçularının əsgərlərimizə işgəncə verərək onları “Əsgər marşı”nı oxumağa məcbur etdikləri videonu göndərirdilər. Özü də istehza və təhqirlərlə. Məqsədləri mənə ağrı yaşatmaq, məni alçaltmaq və susdurmaq idi. Bu, təkcə mənim başıma gəlmirdi. Həmin görüntüləri informasiya meydanında ölkəsini müdafiə edən digər azərbaycanlı vətənpərvərlərə də göndərirdilər. Mənim üçün bu video illərlə sağalmayan bir yaraya çevrilmişdi. Əsgərlərimizin üzlərini görür, onların ağrısını öz ağrım kimi hiss edirdim. Bu ağrı və onların alçaldılmasının qisasını almaq istəyi ilə mübarizəmi davam etdirirdim. Hər belə istehza qətiyyətimi daha da gücləndirirdi: mən susmayacağam. Sonra isə Zəfərimiz gəldi. Allaha şükürlər olsun ki, torpaqlarımızın azad olunduğu günü görmək mənə nəsib oldu. Acı göz yaşlarını sevinc göz yaşları əvəz etdi. İllərlə içimdə yığılıb qalan bütün hisslər bir anda üzə çıxdı. Daha sonra erməni əsgərlərinin “Cip-cip, cücələrim” mahnısını oxuduqları videonu gördüm. Bu, illərlə istehza ilə bizə göndərilən o alçaldıcı görüntülərə bir cavab oldu. Həmin an hiss etdim ki, nəhayət, çəkdiyimiz ağrıların qisası alındı. Xalqımız və ordumuz təkcə müharibə dövründə deyil, bütün çətin zamanlarda cənab Prezidentin ətrafında bir yumruq kimi birləşib. Prezidentin rəhbərliyi, hərbçilərimizin cəsarəti və xalqımızın sarsılmaz birliyi sayəsində həm döyüş, həm də informasiya meydanında Zəfər qazandıq. Qürur duyuram ki, bu böyük mübarizədə mənim də kiçik bir payım var. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! https://t.me/btasif

Views over time

05001K1.5K11 Nov 06:1411 Nov 16:341.2K11 Nov 06:14: 0 views11 Nov 16:34: 1,180 views
Snapshots we took after posting.
WhenViews
11 Nov 2026, 06:140
11 Nov 2026, 16:341.2K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.