𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

[Ar-Rad informasiya agentliyi] Aydınlatma cihadında çiyin-çiyinə vuruşaq!

Subscribers 24.7K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.2%2.5K avg views
Posting 79.4/day last 4 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍
  1. repost

    🔯 Sionist rejimin Azərbaycandakı səfirliyində 7 oktyabr "qətliamının" üçüncü ildönümü ilə bağlı anım mərasimi keçirilib Sionist rejimin Azərbaycan Respublikasındakı cəsus yuvası dünən 7 oktyabr "qətliamının" üçüncü ildönümü münasibətilə HƏMAS-ın törətdiyi amansız terror hücumunda qətlə yetirilənlərin xatirəsinə həsr olunmuş təsirli anım mərasimi keçirdi. Dualar, anım çıxışları və şəxsi hekayələrlə ömürləri yarıda qalan insanları, parçalanmış ailələri və taleyi əbədi dəyişmiş icmaları yad etdik. Hücumdan sağ çıxanların və doğmalarını itirən ailələrin yanında olduğumuzu ifadə etdik. Onlar üçün 7 oktyabr sadəcə tarixdə bir gün deyil, hər gün qəlblərində daşıdıqları itkinin ağrısıdır. Mərasimdə Reim kibbutzunun sakini, sionist rejimdən olan rejissor sionist Talila Frankın “From a Balcony, 90km Up” filmi də nümayiş etdirildi. "Qətliamdan" əvvəl kibbutzda lentə aldığı görüntülər vasitəsilə onun filmi hekayəsinin mərkəzində dayanan insanları və doğma yurdunu bizə daha yaxından tanıtdı. Sionist Talila, bizi dərindən duyğulandıran filminiz və təsirli sözləriniz üçün sizə təşəkkür edirik. Ağrınızı, cəsarətinizi, yaratmağa və yaşamağa davam etmək əzminizi bizimlə bölüşdüyünüz üçün minnətdarıq. Bizə qoşulan və sionist rejimin yanında olduğunu göstərən hər kəsə təşəkkür edirik. "Terrora" bəraət qazandırmaq olmaz. "Antisemitizmə" göz yummaq olmaz. Dünyanın heç bir yerində. ✡️ Abunə olun

  2. repost

    🌐 Estoniyalı deputat heç bir sübut təqdim etmədən Azərbaycanın Almaniyadakı casusluq qalmaqalında əli olmadığını irəli sürüb Estoniya parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mixkelson Azərbaycanın Almaniyada baş vermiş son səs-küylü casusluq qalmaqalında iştirak etmədiyini irəli sürüb. Qalmaqal çərçivəsində kəşfiyyat xidmətinin keçmiş rəhbəri Avqust Hanning casusluq və dövlətə xəyanət ittihamları ilə həbs edilib. Almaniya rəsmiləri hadisədə hansı ölkələrin iştirak etdiyini açıqlamasalar da, Almaniya mediası Hanningin Azərbaycana yardım etməkdə şübhəli bilindiyini yazıb. “Bakıda keçirdiyim iki günlük görüşlər məni qətiyyən inandırmadı ki, Azərbaycanın kəşfiyyat xidməti dünyanın ən nüfuzlu xidmətlərindən birinə çevrilib və Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbərini dövlətə xəyanətə sövq edə biləcək gücə çatıb”, – deyə Mixkelson hadisə barədə məlumatın yayılmasından iki gün sonra, çərşənbə günü yazıb. Almaniya Federal Prokurorluğunun oktyabrın 6-da yaydığı bəyanata əsasən, 1998–2005-ci illərdə BND-yə rəhbərlik etmiş Hanning çərşənbə axşamı keçmiş aparat rəhbəri ilə birlikdə həbs edilib. Keçmiş aparat rəhbərinin şəxsiyyəti yalnız Manfred D. kimi açıqlanıb. Çərşənbə günü Almaniyanın Correctiv media qurumu da Hanningin Azərbaycanla geniş əlaqələrini ətraflı təsvir edən məqalə dərc edib. Azərbaycan isə öz növbəsində Hanning işi ilə hər hansı əlaqəsinin olduğunu təkzib edib. Hökumətə yaxın Anewz media qurumu adları açıqlanmayan “Almaniya mənbələrinə” istinadən hadisənin Azərbaycanla heç bir əlaqəsinin olmadığını iddia edib. Lakin Almaniya tərəfi bu iddiaları təsdiqləməyib. Bundan əlavə, Mixkelson çərşənbə günü Azərbaycanın hökumətyönlü APA informasiya agentliyinə müsahibə verib. O, müsahibəsində həm Estoniyanın, həm də bütövlükdə Avropa İttifaqının Azərbaycanla genişlənən əlaqələrinin əhəmiyyətini vurğulayıb. Mixkelson qeyd edib ki, onun Azərbaycana səfəri son 22 ildə Estoniyanın bu ölkəyə həyata keçirdiyi ilk rəsmi nümayəndə heyəti səfəridir. Mənbə: OC Media #Almaniya #Estoniya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  3. repost

    İran Prezidenti MDB ilə yeni əməkdaşlıq formatı təklif edib Məsud Pezeşkian İran və MDB ölkələri arasında əməkdaşlığı dərinləşdirmək üçün “MDB+1” formatının yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu format dialoq və əməkdaşlıq üçün çevik mexanizm ola bilər. #MDB #İran #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  4. 🔯 Azərbaycan silah ixrac edən ölkələr sırasında: Nailiyyətlər və maneələr Uzun illər təhlükəsizliyini təmin etmək üçün silah idxalından asılı olan Azərbaycan Respublikası indi qeyri-sabit qlobal bazarlarda silah ixracatçısı kimi çıxış etməyə başlayıb. Bu analitik məqalədə Bakının silah alışından hərbi texnika istehsalına və satışına doğru keçdiyi mürəkkəb yol, gizli müştəriləri və ölkənin qarşılaşdığı texnoloji maneələr araşdırılır. Tarixən Azərbaycan Respublikası silah və sursat idxal edən ölkə olub. Bakı keçmiş Sovet İttifaqının Ukrayna, Belarus və Gürcüstan kimi bəzi respublikalarından fərqli olaraq, əhəmiyyətli hərbi sənaye potensialı miras almayıb və sənaye və hərbi baxımdan zəif ölkələr (Ermənistan, Tacikistan, Türkmənistan və Qırğızıstan kimi) sırasında yer alıb. Digər tərəfdən, Ermənistanla uzunmüddətli Qarabağ münaqişəsi və silah alışını asanlaşdıran neft gəlirləri Bakının əsasən silah və sursat idxalçısı olaraq qalmasına səbəb olub. Rusiya, İsrail və Türkiyə Azərbaycana silah ixrac edən əsas ölkələr idi. Son illərdə isə Çin, Pakistan, Çexiya və Serbiya da bu sıraya qoşulub. Bununla belə, Azərbaycan öz hərbi sənayesini yaratmağa çalışıb. Silah və sursat istehsalında Azərbaycana ən böyük dəstəyi Türkiyə və İsrail göstərib. Azərbaycan hərbi sənayesini inkişaf etdirmək üçün Pakistandan da yardım ala biləcəyinə ümid edir... Məqalənin ardını oxumaq üçün kanala abunə olun.

  5. repost

    ⚡️İlham Əliyev, Vladimir Putin və Sərdar Berdiməhəmmədov Türkmənistanda keçirilən MDB sammitinin kuluarlarında qısa görüş keşiriblər #Rusiya #Türkmənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

  6. edited

    ☄️🇦🇿 Cəbrayıl rayonunda hicablı müəlliməyə qadağa qoyulduğu üçün şagirdlər göz yaşlarını saxlaya bilməyiblər #Hicaba_azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  7. edited

    ☄️ Pakistanın milli aviaşirkəti Ər-Riyada uçuşları müvəqqəti dayandırıb 🔹 Pakistan Beynəlxalq Hava Yolları (PIA) Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar olaraq Ər-Riyad istiqamətində həyata keçirdiyi uçuşları müvəqqəti dayandırdığını açıqlayıb. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  8. edited

    ☄️ Hacı Taleh Bağırzadənin adından paylaşılan bu xəbər yalan xəbərdir P.s Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  9. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ ☄️ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Bab əl-Məndəb boğazının cənubunda hücumu dəf edilib 🔹 Yəmənli hərbi mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Ləhc vilayəti istiqamətindən Bab əl-Məndəb boğazının cənubuna doğru başlatdığı hücumun qarşısı alınıb və hücum uğursuzluğa düçar edilib. 🔹 Əməliyyat zamanı düşmən qüvvələrinin onlarla hərbçisi öldürülüb və yaralanıb. Həmçinin onlara məxsus bir neçə hərbi texnika və nəqliyyat vasitəsi yandırılaraq məhv edilib. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  10. edited

    ⚡️⚡️⚡️⚡️⚡️ ☄️ 199 saylı məktəbdə qanunsuzluq və təhdid! 199 nömrəli məktəbin direktoru şagirdlərin və müəllimlərin məktəbə hicabla gəlməsinə qadağa qoyub. Üstəlik, onlara dəstək verib hicab taxan şagirdlərin atalarını işdən çıxartdıracağı ilə hədələdiyi bildirilir. Bu özbaşınalığa səssiz qalmayaq! P.s Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  11. ☄️ Təkzib edildi Bəzi kanallar tərəfindən İranın cənubundakı adalarda «Çelçəle» dəniz minasının sınağı adı ilə yayılan görüntülər əslində Şərqi Asiya ölkələrindən birində keçirilən atəşfəşanlığa aiddir. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  12. edited

    ❗️❗️❗️ İzləyicimizin verdiyi məlumata görə, Lənkəran şəhərində yerləşən Mehman Bağırov adına 1 nömrəli tam orta məktəbdə hicablı şagirdlərlə bağlı valideynlərə xəbərdarlıq edilib. İzləyicinin sözlərinə görə, hicablı şagirdlərə hicablarını açmaları üçün həftənin birinci gününə qədər vaxt verilib. Əks halda isə valideynlərə məktəbdən çıxmaq üçün ərizə yazmalı olduqları bildirilib. Məlumata əsasən, bu gün hicablı şagirdlərin valideynləri məktəbə çağırılıb və onlarla ayrı-ayrılıqda söhbətlər aparılıb. Məktəbin direktoru Zaur Ağazadədir. P.s Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  13. edited

    ☄️ Şagirdləri hicablı müəllimələri üçün belə ağlayırlar. P.s Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  14. edited

    ❗️❗️❗️ İzləyicimizin verdiyi məlumata görə, Bakı şəhəri Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində (keçmiş Kirov qəsəbəsi kimi tanınan ərazidə) yerləşən 143 nömrəli tam orta məktəbdə şagirdlərin hicabla məktəbə gəlməsinə qadağa qoyulub. P.s Adminlə əlaqə @Ar_Rad_Admin #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

  15. edited

    ☄️İran KİV: İranın adalarından birində SEPAH-ın hava minalarını sınaqdan keçirməsinə aid olduğu iddia edilən görüntülər yayılıb. Bu minalar düşmən helikopterlərinin adaya enərək hərbi qüvvələrini sahilə çıxarmasının qarşısını almaq üçün nəzərdə tutulub. #Müqavimət_Cəbhəsi #Epşteyn_Alyansı #Haqqla_Batilin_Müharibəsi Abunə olun 🟢 Ar-Rad İnfo

  16. ☄️ Sionist terrorçular kəndlərə daxil olaraq müsəlmanlara məxsus qoyunları oğurlamağa başlayıblar #Qəzza #Fələstin #Cuhud_rejimi Abunə olun 🟢 Ar-Rad İnfo

  17. Older posts