𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.8%2.7K avg views
Posting 80.9/day last 24 minutes ago
Reactions per 1K views 62.2 🤬 ❤ 👍

🔯 "Netanyahunun hakimiyyətdən getməsi halında Azərbaycan-İsrail münasibətləri fərqli ola bilər...” Teymur Qasımlı: “Düşünürəm ki, müharibənin taleyində əsas həlledici amillərdən biri Ukrayna xalqının və dövlətinin öz suverenliyini, ərazi bütövlüyünü qorumaq istiqamətində göstərəcəyi iradə və siyasi mövqe olacaq...” “Trampın bundan sonra İranla bağlı istədiyi bütün addımları maneəsiz şəkildə həyata keçirəcəyini düşünmək düzgün olmaz...” Beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı ABŞ-da keçirilən aralıq seçkilərin və İsraildəki parlament seçkilərinin nəticələrinin regiona və dünyaya mümkün təsirləri ilə bağlı Moderator.az-a açıqlama verib. Analitik bildirib ki, ABŞ-da aralıq seçkilərin nəticələri müəyyən mənada ölkənin siyasi ənənələrinə uyğundur. Onun sözlərinə görə, Ağ Evdə hakimiyyətdə olan partiyanın aralıq seçkilərdə Konqresdə mövqelərini itirməsi ABŞ siyasi sistemində tez-tez müşahidə olunan haldır: “ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrində təəccüblü məqam yoxdur. Çünki ölkənin siyasi sistemində prezidentin mənsub olduğu partiyanın aralıq seçkilərdə Konqresdə yerlərinin bir hissəsini itirməsi ənənəvi haldır. Bu dəfə də demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu əldə ediblər. Bununla da Donald Tramp administrasiyasının qarşıdakı iki ildə daxili və xarici siyasətlə bağlı qərarlarının Konqresdə daha ciddi müzakirələrlə üzləşəcəyi gözlənilir. Tramp da seçkilərdən sonra İranla müharibənin respublikaçıların məğlubiyyətinə təsir göstərən amillərdən biri olduğunu etiraf edib. Lakin o, hərbi əməliyyatlarla bağlı qərarını müdafiə edərək, bu addımı yenidən atacağını bildirib. Hesab edirəm ki, bundan sonra Trampın diqqəti daha çox ABŞ-ın daxili siyasi proseslərinə yönələcək. Onun prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatır. ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, bir şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Tramp artıq iki dəfə prezident seçildiyindən, yenidən bu vəzifəyə seçilməsi konstitusion baxımdan mümkün deyil. Buna görə də onun hakimiyyətdəki son iki il ərzində hansı siyasi kursu yürüdəcəyi və özündən sonra respublikaçıların siyasi gələcəyini necə formalaşdıracağı diqqət çəkən məsələlərdən olacaq”. İsraildəki parlament seçkilərinin nəticələrinə toxunan Teymur Qasımlı burada da əsas diqqətin hakimiyyətin formalaşması prosesinə yönəldiyini söyləyib: “İsraildə koalisiya hökumətlərinin qurulması, siyasi qüvvələr arasında fikir ayrılıqları və bunun nəticəsində növbədənkənar seçkilərin keçirilməsi yeni hadisə deyil. Ölkənin siyasi tarixində bu cür proseslər dəfələrlə yaşanıb. “İsraildə koalisiya hökumətlərinin qurulması, siyasi qüvvələr arasında fikir ayrılıqları və bunun nəticəsində növbədənkənar seçkilərin keçirilməsi yeni hadisə deyil. Ölkənin siyasi tarixində bu cür proseslər dəfələrlə yaşanıb. Budəfəki seçkilərin əsas nəticəsi isə Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlament çoxluğunu itirməsidir. Bununla yanaşı, müxalifətin də müstəqil şəkildə hökumət qurmaq üçün kifayət qədər mandatı yoxdur. Keçmiş İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Yəşar partiyasının lideri Qadi Ayzenkotun hökumət qurmaq üçün mandat alması siyasi proseslərdə yeni mərhələ açıb. Bu məsələdə ərəb siyasi partiyalarının və onların parlamentdəki təmsilçilərinin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çünki ərəb partiyalarının dəstəyi Ayzenkotun hökumət qurmaq imkanlarına təsir göstərən əsas amillərdəndir. Ancaq onların hökumətin tərkibində iştirak edib-etməyəcəyi, eləcə də koalisiya danışıqlarının hansı nəticə ilə yekunlaşacağı hələ dəqiq məlum deyil”. Analitik hesab edir ki, ABŞ və İsraildəki siyasi dəyişikliklər Yaxın Şərqdəki proseslərlə yanaşı, Cənubi Qafqaz üçün də müəyyən nəticələr doğura bilər: “Tramp administrasiyasının Qafqaz siyasətində hansı dəyişikliklərin baş verəcəyi mühüm məsələdir. Demokratların Konqresdə üstünlük qazanması ABŞ-ın xarici siyasətində müəyyən qərarların qəbuluna təsir göstərə bilər. Ancaq Konqresdəki siyasi qüvvələr nisbətinin dəyişməsi avtomatik olaraq Ağ Evin xarici siyasət kursunun dəyişməsi demək deyil. Əsas məsələ Tramp administrasiyasının bu yeni siyasi reallıq şəraitində hansı addımları atacağıdır. İsraildə isə Netanyahunun hakimiyyətdən getməsi halında Azərbaycan-İsrail münasibətləri fərqli ola bilər. Və yaxud həmin münasibətlərinin gələcək istiqaməti ilə bağlı müəyyən suallar yarana bilər. Çünki iki ölkə arasındakı münasibətlərin inkişafında siyasi rəhbərliklərin mövqeyi də müəyyən rol oynayır. Bununla belə, Azərbaycan-İsrail əlaqələrini yalnız Netanyahu amili ilə izah etmək düzgün olmaz. Bu münasibətlərin gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini yeni hökumətin xarici siyasət prioritetləri və qarşılıqlı maraqlar müəyyənləşdirəcək. Digər tərəfdən, İsraildə hökumətin dəyişməsi Fələstin məsələsinin, HƏMAS-la müharibənin və İranla qarşıdurmanın avtomatik şəkildə həll olunmasına gətirib çıxarmayacaq. Hakimiyyətə hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq, Yaxın Şərqdəki mövcud problemlərin qısa müddətdə aradan qalxacağını düşünmürəm. Bu münaqişələrin həlli daha geniş siyasi və diplomatik razılaşmalardan asılıdır”. Ukrayna-Rusiya müharibəsinin perspektivlərinə də münasibət bildirən Teymur Qasımlı qeyd edib ki, ABŞ-da demokratların Konqresdə üstünlük əldə etməsi Ukraynaya göstərilən dəstəyin davam etdirilməsi baxımından əhəmiyyətli ola bilər: “Hazırkı şəraitdə əsas məsələ Rusiya-Ukrayna müharibəsinin dayandırılmasıdır. Tramp administrasiyası Kiyevə müharibənin Rusiyanın irəli sürdüyü şərtlər nəzərə alınmaqla başa çatdırılması istiqamətində təzyiqlər göstərir. Lakin bu yanaşmanın Ukrayna tərəfindən qəbul edilməsi asan görünmür. Demokratların Konqresdə çoxluğu əldə etməsi Ukraynaya maliyyə, hərbi və digər yardımların davam etdirilməsi məsələsində Tramp administrasiyasının mövqeyinə təsir göstərə bilər. Konqres büdcə vəsaitlərinin ayrılması, hərbi yardım və digər məsələlərlə bağlı prezident administrasiyasının qərarlarına nəzarət imkanlarından istifadə edə bilər. Ancaq düşünürəm ki, müharibənin taleyində əsas həlledici amillərdən biri Ukrayna xalqının və dövlətinin öz suverenliyini, ərazi bütövlüyünü qorumaq istiqamətində göstərəcəyi iradə və siyasi mövqe olacaq. Müharibənin dayandırılması ilə bağlı qərarların Ukraynanın maraqları nəzərə alınmadan qəbul edilməsi uzunmüddətli sülhə təminat vermir”. İranla bağlı vəziyyətə toxunan siyasi analitik ABŞ-da demokratların Konqresdə üstünlük qazanmasının Tramp administrasiyasının hərbi və siyasi qərarlarına müəyyən məhdudiyyətlər yarada biləcəyini vurğulayıb: “İran məsələsində Trampın impiçmenti ilə bağlı müzakirələr də diqqət çəkir. Əgər bu proses real siyasi və hüquqi mərhələyə keçərsə, ABŞ-da ciddi daxili siyasi böhrana səbəb ola bilər. Lakin impiçmentin başlanması prezidentin avtomatik olaraq vəzifədən kənarlaşdırılması demək deyil. Bunun üçün Konqresin hər iki palatasında müvafiq konstitusion prosedurların tamamlanması tələb olunur. Bütün hallarda ABŞ siyasi sistemində prezidentin geniş səlahiyyətləri olsa da, onun qərarları tamamilə nəzarətsiz deyil. Xüsusilə hərbi əməliyyatların maliyyələşdirilməsi, büdcə vəsaitlərinin ayrılması və xarici siyasətlə bağlı məsələlərdə Konqresin mühüm rolu var. Bu baxımdan demokratların hər iki palatada çoxluq əldə etməsi Trampın İran siyasətinə təsir göstərmək üçün onlara əlavə siyasi və institusional imkanlar yaradır. Trampın bundan sonra İranla bağlı istədiyi bütün addımları maneəsiz şəkildə həyata keçirəcəyini düşünmək düzgün olmaz. Demokratlar hərbi əməliyyatların maliyyələşdirilməsi, onların hüquqi əsasları və davam etdirilməsi ilə bağlı administrasiyadan hesabat tələb edə, müəyyən məhdudiyyətlərin tətbiqinə çalışa bilərlər. ABŞ və İran arasında ortaq məxrəcə gəlinməsi üçün bir sıra fundamental məsələlərin həlli vacibdir. Bunların başında Hörmüz boğazının təhlükəsizliyi və bu strateji su yolunda gəmiçiliklə bağlı vəziyyət, eləcə də İranın nüvə proqramı, uran ehtiyatları və zənginləşdirilmiş uranla bağlı məsələlər dayanır. İranın bu tələblərə münasibəti və tərəflərin güzəştə getmək imkanları danışıqların gələcəyini müəyyənləşdirəcək.

Views over time

01K2K13 Nov 06:3513 Nov 15:491.9K13 Nov 06:35: 0 views13 Nov 15:49: 1,860 views
Snapshots we took after posting.
WhenViews
13 Nov 2026, 06:350
13 Nov 2026, 15:491.9K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.