⚡️Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqunun 17-ci iclası keçirilib Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoqunun 17-ci iclası çərçivəsində Bakıda təlim və hazırlıq məsələləri üzrə işçi qrupunun fəaliyyətinə həsr olunmuş seminar keçirildi. Tərəflər iki ölkənin silahlı qüvvələrinin komandanlıq və idarəetmə, elektron müharibə və kibertəhlükəsizlik sahələrində imkanlarının inkişafını, eləcə də bu sahələrdə mövcud qlobal trendləri müzakirə etdilər. Tədbirdən sonra işçi qrupunun yekun protokolu imzalandı. İştirakçılar həmçinin xatirə hədiyyələri mübadiləsi apardılar. Bu əməkdaşlıq iki ölkə ordularının döyüş hazırlığını artırmaq, peşəkar təcrübə mübadiləsini genişləndirmək və hərbi təlim sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Abunə olun ️🟢 Ar-Rad Hərbi