𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.7%2.7K avg views
Posting 81.0/day last 32 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍

❗️❗️❗️ Kürdəxanı təcridxanasının rəisi Elnur İsmayılovun yeni hoqqaları Kürdəxanı təcridxanasının rəisi Elnur İsmayılov hicab məhbuslarının ailələrinə zəng edərək onlardan həbsxana tərəfindən təmin edilməli olan zəruri əşyaları alıb gətirmələrini tələb edir. Halbuki həmin əşyalar təcridxana rəhbərliyi tərəfindən təmin edilməlidir. Bundan əlavə, özü xanım məhbuslara su verilməsinin qarşısını alır, digər tərəfdən isə məhbusların ailələrinə müraciət edərək onlardan təcridxanaya içməli su gətirmələrini istəyir. Daha sonra isə ailələrin gətirdiyi həmin suyu öz adından ehsan kimi məhbuslara paylayır. Beləliklə, həm öz cibindən xərc çəkmir, həm də fürsəti əldən verməyərək məhbusların gözündə özünü xeyirxah insan kimi göstərməyə çalışır. Bundan başqa, hicab məsələsinə görə həbs edilən məhbuslarla daha sərt rəftar olunur. Belə ki, xanım məhbuslar məhkəməyə aparılarkən qadın nəzarətçilər tərəfindən tam bədən yoxlamasından keçirilir, hətta onların ən məhrəm bədən nahiyələri belə ciddi şəkildə yoxlanılır. Axı bütün günü həbsxanada olan, daim nəzarət altında saxlanılan bu qadınları bu cür yoxlamağın səbəbi nədir? Onların həbsxanada nə silahı, nə də hər hansı başqa təhlükəli əşyası yoxdur. Belə bir yoxlamaya hansı zərurət var? Sözsüz ki, məhbuslarla bu cür davranış cuhud İsrail rejiminin sifarişidir. Bu cür rəftar qadın məhbusların ləyaqətini alçaltmaqdan, Azərbaycan kişisinin qeyrətinə toxunmaqdan başqa nə məqsədə xidmət edir? Düzdür, düşünə bilərsiniz ki, bu yoxlamaları qadın nəzarətçilər həyata keçirirlər. Lakin unutmamalıyıq ki, bu gün qadın nəzarətçilər tərəfindən aparılan belə yoxlamalar sabah kişi nəzarətçilər tərəfindən başqa və ya yeni məhbuslara qarşı aparıla bilər. Görünən odur ki, Elnur İsmayılov bu cür üsullarla hicab məhbuslarına qarşı xüsusi sərtlik nümayiş etdirir. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo

Views over time

01K2K3K10 Nov 16:0413 Nov 15:492.9K10 Nov 16:04: 0 views13 Nov 15:49: 2,890 views
Snapshots we took after posting.
WhenViews
10 Nov 2026, 16:040
13 Nov 2026, 15:492.9K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.