⚡️Almaniyada CDU/CSU Azərbaycanın Ermənistana qarşı müharibəsi və enerji əməkdaşlığına görə ikiüzlülükdə ittiham olunur Azərbaycanla enerji əməkdaşlığını genişləndirdiklərinə görə ikili standartAlmaniyanın Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqı (CSU) partiyalarılar tətbiq etməkdə ittiham olunub. Səsləndirilən tənqiddə bildirilib ki, CDU/CSU-nun hakimiyyətdə olduğu dövrdə Almaniyanın Rusiya təbii qazından asılılığı 55 faizə çatıb. “Mənə maraqlı gəlir ki, məhz CDU burada bizə asılılıqdan danışmağa çalışır. Onların hökumətdə olduğu dövrdə Almaniyanın Rusiya təbii qazından asılılığı 55 faiz idi. CDU/CSU vaxtilə Almaniyanı bu vəziyyətə salmışdı”, – deyə açıqlamada qeyd olunub. Çıxışda Azərbaycanla enerji sazişlərinin genişləndirilməsi də tənqid edilib. Bildirilib ki, CDU/CSU Azərbaycanın Ermənistana qarşı hücum müharibəsi apardığını iddia etdiyi halda, bu ölkə ilə enerji əməkdaşlığının artırılmasında problem görmür. “Üstəlik, onlar Azərbaycanla enerji sazişlərini daha da genişləndirirlər. Ermənistana qarşı hücum müharibəsi aparmış bir ölkə ilə əməkdaşlıq etməkdən isə qətiyyən narahat olmurlar”, – deyə çıxışda vurğulanıb. Açıqlamanın sonunda CDU/CSU-nun xarici siyasətdə ikili standartlar tətbiq etdiyi iddia olunub: “Burada CDU/CSU-nun xarici siyasət məsələlərindəki ikili standartlarını bir daha görürük”. #Rusiya #Almaniya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA
𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨
Subscribers
24.8K
+0 24h
Reach per post (ERR)
10.7%2.7K avg views
Posting
81.0/day
last 34 minutes ago
Reactions per 1K views
62.3
🤬 ❤ 👍
Views over time
| When | Views |
|---|---|
| 10 Nov 2026, 07:15 | 0 |
| 13 Nov 2026, 15:49 | 2.3K |
Who shared this post
Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)
Nobody yet.