𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.7%2.7K avg views
Posting 81.0/day last 24 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️ASELSAN-ın 1,1 milyard dollarlıq HHM müqaviləsində adı açıqlanmayan müştərinin Azərbaycan olduğu bildirilir Türkiyənin ASELSAN şirkətinin hava hücumundan müdafiə (HHM) sistemlərinin ixracı üzrə imzaladığı 1,1 milyard ABŞ dolları dəyərində müqavilənin Azərbaycana aid olduğu bildirilir. Daha əvvəl “Poliqon” nəşri ASELSAN şirkətinin beynəlxalq müştəri ilə HHM sistemlərinin satışı üzrə ixrac müqaviləsi imzaladığını xəbər vermişdi. Şirkətin yaydığı məlumatda müqavilənin ümumi dəyərinin 1,1 milyard ABŞ dolları olduğu bildirilsə də, müştərinin adı və müqavilənin əhatə etdiyi HHM sistemlərinin növləri açıqlanmamışdı. Lakin noyabrın 10-da “Global Defense Corp” nəşri dərc etdiyi məlumatda ASELSAN şirkətinin 1,1 milyard dollarlıq müqavilə çərçivəsində Azərbaycan üçün hava hücumundan müdafiə sistemləri istehsal edəcəyini bildirib. Beləliklə, “Global Defense Corp” nəşrinin məlumatına əsasən, ASELSAN-ın əvvəlki açıqlamasında adı qeyd olunmayan beynəlxalq müştəri Azərbaycandır. Bununla belə, müqavilə çərçivəsində Azərbaycana hansı HHM sistemlərinin tədarük ediləcəyi barədə məlumat verilməyib. #Türkiyə #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA

Views over time

01K2K3K10 Nov 04:3213 Nov 15:492.3K10 Nov 04:32: 0 views13 Nov 15:49: 2,310 views
Snapshots we took after posting.
WhenViews
10 Nov 2026, 04:320
13 Nov 2026, 15:492.3K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.