❗️❗️❗️ Əldə etdiyimiz məlumatlara əsasən, Elnur İsmayılov həbsdə olan hicab məhbuslarını susdurmaq və öz nəzarəti altında saxlamaq məqsədilə onların ailələrindən təzyiq vasitəsi kimi istifadə edir. Elnur İsmayılov müstəntiq və vəkillər vasitəsilə ailələrə yalan vədlər çatdırır. Onlara deyilir ki, əgər həbsdə olan xanım sakit oturarsa, onu daha tez azadlığa buraxacaqlar. Halbuki məhbusların azadlığa buraxılması Elnur İsmayılovun səlahiyyətində deyil. O, sadəcə istintaq təcridxanasının rəisidir. Sözsüz ki, bu həbslərin arxasında cuhud İsrail rejiminin dayandığını çox gözəl bilirik. Elnur İsmayılovun məqsədi isə öz rahatlığını təmin etmək, hicab məhbuslarının etirazlarının qarşısını almaq və onları təcridxanada susdurmaqdır. Xüsusilə diqqətçəkən məqamlardan biri də ailələrin psixoloji vəziyyətindən istifadə olunmasıdır. Vədlərə asanlıqla inanan və təsir altına düşən ailə üzvləri görüşə gəldikdə Elnur İsmayılov onları bir kənara çəkir və belə deyir: «Siz xanımınızı başa salın ki, içəridə sakit otursun. Hər şey yaxşı olacaq, onu tezliklə azadlığa buraxacaqlar». Hətta ailələrin bu sözləri məhbus xanımlara çatdırması üçün Elnur İsmayılov növbədənkənar açıq görüşlər də təşkil edir. Elə xanımlar var ki, mövcud qaydalara əsasən, onlara hələ yalnız şüşə arxasından görüş verilməlidir. Lakin Elnur İsmayılov məhz həmin xanımların ailələri ilə birbaşa görüşməsinə şərait yaradır. Bunun arxasında isə ailələrə əvvəlcədən verilmiş tapşırıqlar dayanır: görüş zamanı məhbus xanımlar sakit dayanmağa razı salınmalıdır. Nəticədə, ailələrlə həbsdə olan xanımlar arasında ciddi narazılıqlar və mübahisələr yaranır. Bəzən bu mübahisələr səs-küyə və qarşıdurmaya qədər gedib çıxır. Ən acınacaqlısı isə budur ki, ailələrin məsələnin mahiyyətini anlamadan etdiyi hərəkətlər həbsdə olan xanımların vəziyyətini daha da ağırlaşdırır. Ailələr görüş yerini tərk etdikdən sonra Elnur İsmayılov həmin xanım məhbuslarla daha sərt rəftar olunması barədə göstərişlər verir. Nəzarətçilər əvvəlcə xanımlarla şirin dillə danışır, özlərini guya mömin bir qardaş kimi təqdim edirlər. Onlara «Mütləq ailənizin sözlərinə qulaq asın» deyə müraciət edirlər. Bu üsul nəticə vermədikdə isə təhdidlər başlayır. Bizə çatan məlumatların ən dəhşətli hissəsi isə xanımların saxlanıldığı kameralara su verilməsinə belə mane olunmasıdır. Elnur İsmayılov xanımları ailələrinin "məsləhət"inə qulaq asmaları üçün hətta susuz saxlayır. Buradan bir daha məhbus ailələrinə müraciət edirik: Bu cür yalan və şirin vədlərə aldanmayın! Biz illərdir çoxsaylı məhbus ailələri ilə əlaqədə olmuşuq və bu sahədə kifayət qədər təcrübəmiz var. Təcrübəmiz göstərir ki, həbs olunan şəxslərin ailələrinə belə vədlərin verilməsi sistemli şəkildə istifadə olunan təzyiq üsullarından biridir. Onları azadlığa buraxan hökümət heç əvvəldən həbs də etməzdi. Əvvəlcə ailələrə yaxınlarının tezliklə azadlığa buraxılacağı vəd edilir. Daha sonra onlardan susmaq, etiraz etməmək və baş verənləri mediaya çıxarmamaq tələb olunur. Əsas məqsəd məsələnin ictimailəşdirilməsinin qarşısını almaqdır. Çünki həbsxanalarda baş verən qanunsuzluqların cəmiyyətə çatdırılması bu üsullardan istifadə edənlərin maraqlarına ziddir. Məhbus ailələri anlamalıdırlar ki, həbsdə olan yaxınlarının üzərinə təzyiq göstərmək əvəzinə, onların hüquqlarını müdafiə etməli və üzləşdikləri qanunsuzluqların ictimailəşdirilməsinə çalışmalıdırlar. Adminlə əlaqə @Ar_Rad_Admin Məlumatlar anonim saxlanılır. İzləyicinin müraciəti əsasında kanalımızda paylaşılan hər hansı şəkil, video və məlumat sonradan silinmir. #Hicaba_Azadlıq Abunə olun 🟢 Ar-Rad İnfo