🔯 İkili standartlar: Ərəb mediası və Bakının seçici siyasətinin beynəlxalq nəticələri Azərbaycanda təhsil müəssisələrində hicaba qoyulan qadağa məsələsi artıq daxili mübahisələrin hüdudlarını aşaraq nüfuzlu ərəb və İslam media qurumlarının diqqətini cəlb edib. “Əl-Hədəs” telekanalının hazırladığı reportajda İlham Əliyev rejiminin müxtəlif etnik və dini qruplara münasibətdə yürütdüyü siyasətdəki əsas ziddiyyətlər işıqlandırılıb. Belə ki, digər dinlərə verilən imtiyazlar nəzərə alındıqda, hicabın “dünyəvi geyim qaydalarını pozması” barədə irəli sürülən bəhanə öz əhəmiyyətini tamamilə itirir. Bu isə hakimiyyətin əsl məqsədləri ilə bağlı haqlı suallar doğurur. Bu ziddiyyət dövlətin simvolik siyasətində də açıq şəkildə özünü göstərir. Birinci Qarabağ müharibəsində həlak olmuş cühud-sionist Albert Aqarunovun obrazı müqəddəs rəmzlər səviyyəsinə yüksəldildiyi və Şəhidlər xiyabanındakı məzarı üzərində sionist rejim bayrağı yerləşdirildiyi halda, digər millətlərdən olan hərbçilərin xatirəsi qəsdən kölgədə saxlanılır və ya onların milli kimliyi silinir. Eyni zamanda, Azərbaycanda sionizm əleyhinə istənilən mövqe və ya sionist rejimin əməllərinə yönəlmiş tənqid sərt repressiyalarla qarşılanır. Bütün bu faktlar ərəb dünyasına və beynəlxalq ictimaiyyətə göstərir ki, Bakının bəyan etdiyi “multikulturalizm” əslində əhalinin ayrı-seçkilik əsasında bölünməsini gizlədən və hakimiyyətdəki dar bir zümrənin maraqlarına xidmət edən görüntüdən başqa bir şey deyil. ✡️ Abunə olun