⚡️Azərbaycan, ABŞ və Ermənistan TRİPP layihəsi üzrə üçtərəfli işçi qrupu yaradıb ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsinin icrasını sürətləndirmək üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. KİV-i ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə noyabrın 6-da üç ölkənin birgə bəyanatında bildirilib. İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi üzrə iki texniki qrup yaradılıb. Qruplar texniki məsələlərin həlli və marşrutun regional infrastruktur şəbəkələrinə inteqrasiyası ilə məşğul olacaqlar. Tərəflər layihənin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiqliklərini təsdiqləyiblər. #TRİPP #ABŞ #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA