☄️🇦🇿🇺🇳 Azərbaycan və BMT regional əməkdaşlıq və Orta Dəhlizin inkişafı məsələlərini müzakirə ediblər Xarici işlər naziri Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Baş katibinin müavini Li Cunhua ilə görüşüb. Tərəflər Bakının BMT ilə əməkdaşlığını, regional və qlobal gündəliyi, eləcə də Azərbaycanın beynəlxalq təşəbbüslərə verdiyi töhfəni və 2030-cu il Davamlı İnkişaf Məqsədlərinə nail olunmasını müzakirə ediblər. Xüsusi diqqət C6 formatında Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə, Orta Dəhlizin inkişafına, ticarətə, investisiyaya və enerji təhlükəsizliyinə yönəldilib. Bayramov həmçinin azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin geri qayıtması və yenidənqurma işlərinə və sakinlərin təhlükəsiz qayıtmasına mane olan mina və partlamamış hərbi sursat təhlükəsi barədə danışıb. #Azərbaycan #BMT Abunə olun 🟢 Ar-Rad İnfo