☄️🇪🇺 Britaniyanın ardınca Almaniya da sakinlərə 10 günlük ərzaq ehtiyatı hazırlamağı tövsiyə edib Almaniya Mülki Müdafiə və Fəlakətlərə Yardım üzrə Federal İdarəsi (BBK) sakinlərə hərbi münaqişələr, elektrik kəsintiləri, daşqınlar və təchizatda fasilələr yarandıqda evdə ərzaq ehtiyatı yığmağı tövsiyə edib. Tövsiyələrə əsasən, ərzaq ehtiyatı ən azı 10 günə çatmalıdır. Alman hakimiyyəti ərzaq və su ilə yanaşı, ilk yardım dəsti, zəruri dərmanlar, sənədlər, fənər, batareyalar, nağd pul, isti geyim və gigiyena məhsulları olan təxliyə çantası hazırlamağı tövsiyə edir. Ev heyvanları sahiblərinə qidanı ayrıca yığmaları tövsiyə olunur. #Almaniya Abunə olun 🟢 Ar-Rad İnfo