⚡️Avropa Məhkəməsi erməni zabit Hayk Toroyanın öldürülməsi ilə bağlı işdə Azərbaycanın müraciətini rədd edib Avropa İnsan Hüquqları Məhkəməsi erməni zabit Hayk Toroyanın öldürülməsi və işgəncəyə məruz qalması ilə bağlı çıxarılmış mühüm məhkəmə qərarının Böyük Palataya göndərilməsi barədə Azərbaycanın müraciətini rədd edib. Bununla da iyunun 18-də çıxarılmış qərar qəti qüvvəyə minib. Beş hakimdən ibarət kollegiya noyabrın 2-də Bakının müraciətini rədd edib. İşin kökləri 2016-cı ilin aprelində Qarabağda baş vermiş hərbi əməliyyatlara gedib çıxır. Məhkəmənin ilkin qərarında Azərbaycan Toroyanın yaşamaq hüququnun pozulmasına və onun işgəncəyə məruz qalmasına görə məsuliyyət daşıyan tərəf kimi tanınıb. Məhkəmə həmçinin onun ailəsinin çəkdiyi iztirabları nəzərə alaraq Azərbaycanın 90 min avro təzminat, eləcə də məhkəmə xərclərinin ödənilməsi üçün əlavə 14 210 avro ödəməsinə qərar verib. Qondarma “Artsax Müdafiə Ordusu”nda mayor rütbəsi daşıyan Toroyan Talış yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları zamanı öldürülüb. Məhkəmə işi onun ölüm şəraitini, eləcə də ölümündən sonra meyitinin təhqir olunması və toxunulmazlığının pozulması ilə bağlı halları əhatə edib. #AvropaMəhkəməsi #Ermənistan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA