𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.7%2.6K avg views
Posting 80.9/day last 22 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍

🔯 Amerikalı hərbi ekspert Con Spenserin Bakı səfəri: sionist rejim səfiri ilə görüş, Qarabağ müharibəsi haqqında kitab təqdimatı və hicabla bağlı açıqlamalar ABŞ ordusunun keçmiş zabiti, hərbi ekspert Con Spenserin Azərbaycana səfəri və X sosial şəbəkəsində paylaşdığı məlumatlar diqqət çəkir. Onun Bakıda keçirdiyi görüşlər, Qarabağ müharibəsi haqqında kitabının təqdimatı, sionist rejimin Azərbaycandakı səfiri ilə təmasları və Azərbaycanla İranı müqayisə etdiyi açıqlamalar bir sıra suallar doğurur. Con Spenser noyabrın əvvəlində Bakıya səfər edərək Liam Kollinzlə birlikdə müəllifi olduğu “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” kitabını təqdim edib. Təqdimat Bakı Kitab Mərkəzində keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Qaya Məmmədov və digər şəxslər iştirak ediblər. Spenser sosial şəbəkədəki paylaşımında tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib və xüsusilə Hikmət Hacıyev və Qaya Məmmədovun adını qeyd edib. Amerikalı ekspert kitabında 2020-ci il Qarabağ müharibəsində Azərbaycanın qələbəsini yalnız pilotsuz uçuş aparatlarının fəaliyyəti ilə izah etməyin yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə, qələbədə hərbi strategiya, quru qoşunlarının əməliyyatları, komandirlərin qərarları və döyüş meydanındakı təşəbbüs həlledici rol oynayıb. Lakin Spenserin Bakı səfəri yalnız kitab təqdimatı ilə məhdudlaşmayıb. O, sionist rejimin Azərbaycandakı səfiri Ronen Krauzsla da görüşüb və bu barədə paylaşım edərək yazıb: “Bu gün sionist rejimin Azərbaycandakı səfiri Ronen Krauzsla görüşmək çox xoş oldu. Həmçinin ‘Xutzpa’ kitabının Azərbaycan dilində nəşr olunmuş yeni versiyasını da əldə etdim.” Beləliklə, amerikalı hərbi ekspert eyni səfər çərçivəsində həm Azərbaycan rəsmilərinin iştirak etdiyi kitab təqdimatında olub, həm də sionist rejimin diplomatik nümayəndəsi ilə görüşüb. Spenserin sionist rejimlə bağlı mövqeyi də diqqətdən kənarda qalmamalıdır. O, Qəzzada sionist rejim ordusunun apardığı hərbi əməliyyatları müdafiə edən açıqlamaları ilə tanınır. Bu baxımdan onun Bakıda sionist rejim səfiri ilə görüşü və həmin görüşü ictimailəşdirməsi siyasi baxımdan nomaldır? Səfərin digər diqqətçəkən məqamı isə Spenserin Bakıda “Azad qadın” abidəsini ziyarət etməsi və bunun ardınca Azərbaycanla İranı müqayisə edən paylaşım yayımlamasıdır. Amerikalı ekspert Azərbaycanın əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, dünyəvi dövlət olduğunu xüsusi vurğulayıb. O, qadınların saçlarını örtməyə məcbur edilməməsini, istədikləri kimi geyinməsini və ictimai həyatda iştirakını müsbət hal kimi təqdim edib. Spenser Azərbaycanda məktəbli forması ilə bağlı qaydaların sərtləşdirilməsinə və dövlət məktəblərində hicabın məhdudlaşdırılmasına da toxunub. O, bu məhdudiyyətləri Azərbaycanın dünyəvilik ənənəsinin qorunması ilə əlaqələndirib. Daha sonra İranı sərt tənqid edən ekspert paylaşımını “Azərbaycan kimi olun” sözləri ilə yekunlaşdırıb. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Qəzzadakı sionist rejim hərbi əməliyyatlarını müdafiə edən amerikalı ekspert Azərbaycanda qadınların geyim azadlığını ön plana çıxarır, İranda isə qadın hüquqlarının pozulmasını kəskin şəkildə pisləyir. Bu yanaşma haqlı sual doğurur: qadın hüquqları və insan azadlıqları məsələsində eyni prinsiplər bütün ölkələrə, o cümlədən sionist rejimin Qəzzadakı fəaliyyətinə də tətbiq edilirmi? Digər maraqlı məqam isə sionist rejim səfirindən aldığı “Xutzpa” kitabının müəllifi ilə bağlıdır. Kitabın müəllifi sionist İnbar Arieli sionist rejim ordusunun 8200 saylı hərbi kəşfiyyat bölməsində leytenant kimi xidmət edib. Əsər sionist rejimin innovasiya və sahibkarlıq sahəsindəki inkişafından bəhs edir. Müəllifin hərbi kəşfiyyat keçmişi və kitabın sionist rejim səfiri tərəfindən amerikalı hərbi ekspertə təqdim edilməsi diqqətəlayiq məqamlardır. Bütün bu hadisələr birlikdə nəzərdən keçirildikdə, Spenserin Bakı səfərinin bir neçə istiqaməti üzə çıxır: Azərbaycanın Qarabağ müharibəsindəki hərbi təcrübəsinin "beynəlxalq" auditoriyaya təqdim edilməsi, Azərbaycan rəsmiləri ilə təmaslar, sionist rejim diplomatik nümayəndəliyi ilə görüş və Azərbaycanın dünyəvi dövlət modelinin İranla müqayisədə "müsbət" nümunə kimi göstərilməsi. Bu görüşlərin əvvəlcədən əlaqələndirilmiş siyasi və ya kəşfiyyat əməliyyatının tərkib hissəsi olduğu aydın deyilmi? Əsas məsələ isə daha genişdir: Azərbaycanda hərbi qələbə haqqında kitab təqdim edən, sionist rejimin Qəzzadakı əməliyyatlarını müdafiə edən və qadın hüquqları mövzusunda İranı tənqid edən amerikalı ekspertin açıqlamaları nə dərəcədə ardıcıl və prinsipialdır? Qeyd etmək lazımdır ki, tədbirdə iştirak edən Qaya Məmmədov həm də Milli Məclisin Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüdür. Onun və Hikmət Hacıyevin İranla bağlı sərt mövqeləri də diqqətdən yayınmır. Üstəlik, müxtəlif media mənbələrində Hikmət Hacıyevin Azərbaycan–sionist rejim əlaqələrinin inkişafında əsas rol oynayan şəxs olduğu dəfələrlə qeyd edilib. ✡️ Abunə olun

Views over time

01K2K3K6 Nov 08:3013 Nov 15:492.6K6 Nov 08:30: 0 views13 Nov 15:49: 2,580 views
Snapshots we took after posting.
WhenViews
6 Nov 2026, 08:300
13 Nov 2026, 15:492.6K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.