⚡️Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə birgə təlim keçirilib Azərbaycan və İtaliya Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin, eləcə də Azərbaycan Müdafiə Nazirliyinin baş idarə, idarə və qoşun növlərinin hərbi qulluqçularının iştirakı ilə təlim keçirilib. Şəxsi Heyət Baş İdarəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində təşkil olunan təlim çərçivəsində iştirakçılara hərbi əməliyyatların planlaşdırılması və həyata keçirilməsi prosesində hərbi-mülki əməkdaşlığın (CIMIC) rolu və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin mülki əhali və müvafiq qurumlarla qarşılıqlı fəaliyyətin təşkili, eləcə də mülki infrastrukturla bağlı məsələlər diqqətə çatdırılıb. Təlim zamanı italiyalı hərbi ekspertlər hərbi-mülki əməkdaşlığın əsas prinsipləri, tətbiq mexanizmləri və beynəlxalq təcrübə barədə geniş təqdimatla çıxış ediblər. Təlim qrupları tərəfindən praktiki tapşırıqlar yerinə yetirilib. Bundan əlavə, Azərbaycan və İtaliya tərəfləri arasında bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və qarşılıqlı mübadiləsi, eləcə də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Sonda iştirakçıların sualları ekspertlər tərəfindən cavablandırılıb. #İtaliya #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA