🔯 Azərbaycandan havaya qalxan yük təyyarəsinin İsrailin Nevatim hərbi hava bazasına uçduğu bildirilir Azərbaycandan havaya qalxan İl-76 tipli yük təyyarəsinin İsrailin cənubunda yerləşən Nevatim hərbi hava bazasına uçuş həyata keçirdiyi bildirilir. Uçuşların izlənməsi sistemlərinin məlumatlarına görə, Azərbaycana məxsus “Silk Way Airlines” aviaşirkətinin istismar etdiyi, 4K-AZ100 qeydiyyat nömrəli təyyarə noyabrın 5-də Bakıdan İsrailin Beer-Şeva bölgəsinə uçuş həyata keçirib. Nevatim aviabazası İsrail Hərbi Hava Qüvvələrinin mühüm hərbi obyektlərindən biridir. Bazada F-35 qırıcı təyyarələri də yerləşdirilib. Azərbaycanla İsrail arasında əvvəllər də İl-76 tipli yük təyyarələri vasitəsilə hərbi hava bazalarına çoxsaylı uçuşların həyata keçirildiyi məlumdur. ✡️ Abunə olun