⚡️Gürcüstanın hərbi nümayəndə heyəti Bakıda səfərdədir Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Gürcüstan Milli Müdafiə Akademiyası rəisinin birinci müavini, polkovnik İmeda Qvritşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib. Daha sonra qonaqlar Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olublar. İnstitutun rektoru, polkovnik Elnur Ələsgərli ilə keçirilən görüşdə Azərbaycanın hərbi təhsil sistemində aparılan islahatlar, əldə olunan nailiyyətlər və iki ölkə arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib. #Gürcüstan #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA