⚡️İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistana xəbərdarlıq edib Vilayəti bu barədə “İttilaat” qəzetində yayımlanan “Ermənistan Baş nazirinə açıq və səmimi müraciət” başlıqlı məqaləsində bildirib. Vilayətinin məqaləsində önə çıxan hissələr: - Son vaxtlar cənab Paşinyan Ermənistan üçün yalnız parçalanma və problemlər yaradan addımlar atıb. Ermənistan xalqının maraqlarına zidd olan bütün mənfi addımları bir sözlə ifadə etmək olar: Qərbin, xüsusilə Fransa, ABŞ və Böyük Britaniyanın siyasətinə getdikcə daha çox tabe olmaq. - Paşinyanın bu davranışı onun keçmişdəki mürəkkəb keçmişi nəzərə alınmaqla, Cənubi Qafqazda yeni düşmənçilik və gərginlik mərhələsinin başlanmasına səbəb olur. - Onun son addımı çoxüzlü bir şəxs olan Trampın Zəngəzur dəhlizinin adının «Tramp marşrutu» və ya TRIPP olaraq dəyişdirilməsi ilə bağlı əsassız və düşünülməmiş təklifini qəbul etməsidir. - İran Rusiya ilə birlikdə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyinin qorunmasını öz məsuliyyəti hesab edir. Necə ki, Böyük Kir dövründən indiyədək Dağıstanın Dərbənd şəhərinə qədər Qafqaz İran üçün təhlükəsizlik buferi olub. - 2021-ci ildə Tehranda keçirilən Astana sammitində mənim də şəhid İmamın [Əli Xamneyi] xidmətində olmaq şərəfinə nail olduğum görüşdə o, səhər cənab Ərdoğanla, axşam isə cənab Putinlə görüşlərində açıq şəkildə bildirdi ki, «Biz Zəngəzur dəhlizinin yaradılmasına qarşıyıq». - Şəhid İmamın [Əli Xamneyi] xarici siyasət və ölkənin mühüm məsələləri ilə bağlı strateji bəyanatları İran İslam Respublikasında qırmızı xətdir. - Sözümü Ermənistan səfirinə açıq şəkildə belə çatdırdım: Tramp və onun müttəfiqləri İranın bu qırmızı xəttini keçmək istəsələr, onların ayaqlarını qıracağıq. #TRİPP #Ermənistan #İran #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA