⚡️AZƏRBAYCANIN HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMLƏRİNİN XƏRİTƏSİ YAYIMLANDI “GEOIMINT” adlı açıq mənbə kəşfiyyatı (OSINT) platformasının “Aryan” adı ilə tanınan araşdırmaçısı Azərbaycanın hava hücumundan müdafiə sistemləri və radar infrastrukturunun ətraflı xəritəsini hazırladığını açıqlayıb. Araşdırmaçının bildirdiyinə görə, xəritədəki bütün məlumatlar 4 noyabr 2026-cı il tarixinədək əldə edilmiş peyk görüntüləri və ictimaiyyətə açıq mənbələr əsasında toplanıb. Xəritə “GEOIMINT”in X sosial şəbəkəsindəki hesabında yayımlanıb. Xəritədə göstərilən obyektlərin yerləşdiyi yerlərin dəqiqliyi müstəqil şəkildə təsdiqlənməyib. #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA