⚡️İlham Əliyev 2026-cı ilin “Mətbuat azadlığının düşmənləri” siyahısına daxil edilib “Sərhədsiz Reportyorlar” təşkilatı 2026-cı ildə jurnalistlərə və müstəqil media qurumlarına təzyiq göstərməkdə ittiham olunan 33 şəxs və qurumun yer aldığı siyahı yayımlayıb. Azərbaycan Prezidenti İlham Əliyev də siyahının siyasi xadimlər kateqoriyasına daxil edilib. Təşkilat bildirir ki, Azərbaycanda müstəqil media təzyiqlərə məruz qalır, jurnalistlər həbs edilir, senzura isə artıq sistemli xarakter alıb. İlham Əliyevə həsr olunmuş xüsusi materialda qeyd edilir ki, onun prezidentliyi dövründə Azərbaycan müstəqil jurnalist fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırıldığı ölkəyə çevrilib. “Sərhədsiz Reportyorlar” təşkilatının qiymətləndirməsinə görə, hakimiyyəti tənqid edən səslər susdurulur, müstəqil media qurumları bağlanır və ya fəaliyyətlərini xaricdən davam etdirməyə məcbur qalırlar. Təşkilat vurğulayır ki, 2022-ci ildə qəbul edilmiş “Media haqqında” qanun senzuranı institusional səviyyəyə qaldırıb. Həmçinin bildirilir ki, hazırda Azərbaycanın həbsxanalarında 27 media nümayəndəsi saxlanılır. Təşkilat jurnalistlərə verilən cəzaların getdikcə sərtləşdiyinə də diqqət çəkir. #DiktatorƏliyev #Azərbaycan Abunə olun 🟢 Ar-Rad GA