𝐀𝐫-𝐑𝐚𝐝 𝐢𝐧𝐟𝐨

@ar_rad_info · Turkish · active

Subscribers 24.8K Subscribers, last 30 days: 24.8K → 24.8K +0 24h
Reach per post (ERR) 10.6%2.6K avg views
Posting 80.9/day last 29 minutes ago
Reactions per 1K views 62.3 🤬 ❤ 👍
repost from Ar-Rad (Gündəm Azərbaycan)

⚡️SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktivlər alır 4 noyabr 2026-cı ildə SOCAR ilə ABŞ-ın Comstock şirkəti arasında aktivlərin alqı-satqısına dair yekun müqavilə imzalanıb. APA-nın məlumatına görə, müqavilə çərçivəsində SOCAR aşağıdakı aktivlərdə operator funksiyasını yerinə yetirmədən iştirak payları əldə edəcək: - Comstock şirkətinin Legacy Haynesville qaz hasilatı aktivlərindəki payının 20 faizini; - Western Haynesville qaz hasilatı aktivlərindəki payının 15 faizini; - Comstock şirkətinin Pinnacle Gas Services LLC-də sahib olduğu 73 faizlik payın 15 faizini. Müqaviləyə əsasən, sövdələşmənin ümumi dəyəri 1,65 milyard ABŞ dolları təşkil edir. Məbləğə standart alqı-satqı düzəlişləri tətbiq oluna bilər. Razılaşmanın şərtlərinə görə, SOCAR-ın Western Haynesville aktivlərindəki iştirak payı beş ildən sonra və həmin aktivlər üzrə investisiyanın 15 faizlik gəlirlilik səviyyəsinə çatması şərti ilə 7,5 faizə endiriləcək. Sövdələşmənin qüvvəyə minməsi üçün əsas götürülən tarix 1 iyul 2026-cı il müəyyən edilib. Hazırda əməliyyatın yekunlaşdırılması üçün qanunvericiliyin tələb etdiyi dövlət təsdiqlərinin alınması və digər hüquqi prosedurların həyata keçirilməsi istiqamətində işlər aparılır. #ABŞ #Azərbaycan Abunə olun🟢Ar-Rad GA

Views over time

01K2K3K5 Nov 08:2813 Nov 15:492.3K5 Nov 08:28: 0 views13 Nov 15:49: 2,310 views
Snapshots we took after posting.
WhenViews
5 Nov 2026, 08:280
13 Nov 2026, 15:492.3K

Who shared this post

Posts in other channels we index that link to this one. (Forwards with a hidden source can't be traced.)

Nobody yet.