🔯 Bakıda cühud-sionist məktəbində yeni sinaqoq açılıb Sentyabrın 24-də Bakıda fəaliyyət göstərən “Or Avner” cühud-sionist məktəbinə yeni Tövrat tumarının gətirilməsi münasibətilə təntənəli mərasim keçirilib. Tədbirdə məktəbin şagirdləri, cühud-sionist icmasının üzvləri, ictimai xadimlər və çoxsaylı qonaqlar iştirak ediblər. Mərasimə sionist rejimin Azərbaycandakı cəsus səfiri Ronen Krauzs da qatılıb. Bayram proqramı Tövrat tumarının yazılmasının tamamlanması ilə başlayıb. Tövrat katibi icma nümayəndələrini və qonaqları növbə ilə dəvət edərək tumarın son hərflərinin yazılmasında iştirak etmələrinə şərait yaradıb. Tövratın yazılması başa çatdıqdan sonra təntənəli yürüş başlayıb. Tövrat tumarı məktəbin həyətinə çıxarılıb. Burada toplaşan iştirakçılar musiqi və ənənəvi cühud-sionist mahnılarının müşayiəti ilə rəqs ediblər. Mərasimin xüsusi hissələrindən biri Tövrat tumarı ilə keçirilən ənənəvi dairəvi yürüşlər və rəqslər — Hakafot olub. Hər bir yürüş mahnı və rəqslərlə müşayiət edilib. Mərasim zamanı yeni Tövrat tumarının gətirilməsi münasibətilə xüsusi hazırlanmış şeirlər və ithaflar da səsləndirilib. Daha sonra iştirakçılar mahnı və rəqslərin müşayiəti ilə məktəb binasına daxil olublar. Tövrat tumarını cühud-sionist məktəbinə gətirmək kimi şərəfli vəzifəni sionist siyasətçi Aviqdor Libermanın oğlu Amos Liberman yerinə yetirib. Tövrat tumarı məktəbin ikinci mərtəbəsində yerləşən yeni sinaqoqa təntənəli şəkildə gətirilib. Burada sinaqoqun açılışından sonra ilk dəfə Minxa duası oxunub. Beləliklə, Tövratın gətirilməsi mərasimi həm də yeni sinaqoqun tam fəaliyyətə başlaması ilə əlamətdar olub. Bundan sonra sinaqoq icmanın ibadət və dini həyat mərkəzi kimi fəaliyyət göstərəcək. Mərasimin dini hissəsindən sonra qonaqlar üçün böyük bayram ziyafəti təşkil edilib. Proqram sionist rejimdən xüsusi dəvət olunmuş qonaqların iştirakı ilə musiqili çıxışlarla davam edib. Bayram ab-havası cühud-sionist icmasının müxtəlif nəsillərini, məktəbin şagirdlərini və çoxsaylı dəvətliləri bir araya gətirib. Tədbir yeni sinaqoqda Arvit axşam duasının oxunması ilə başa çatıb. Yeni Tövrat tumarının gətirilməsi cühud-sionist ənənəsində ən mühüm və sevincli hadisələrdən biri hesab olunur. Bakıda keçirilən bu mərasim dini ənənələri, təhsili və icma həyatını birləşdirib. Məktəbin nəzdində yeni sinaqoqun açılması isə Azərbaycanın paytaxtında cühud-sionist icmasının həyatı üçün daha bir mühüm hadisə olub. Qeyd: Xəbərin gec yayımlanmasının səbəbi sözügedən məlumatın ilkin mənbə olan STMEGI saytından silinməsi və bu səbəbdən məlumatın dəqiqləşdirilməsinə əlavə vaxt tələb olunmasıdır. ✡️ Abunə olun